Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə41/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   37   38   39   40   41   42   43   44   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

5.5. Sosial işdə koqnitiv yanaşma 
Koqnitiv qiymətləndirmə terapiyası bir neçə il bundan öncə 
şəxsiyyətin dəyişməsinə inteqrativ yanaşma kimi inkişaf etmişdir. Bu 
yanaşma affektləri, davranışı və idrakı qarşılıqlı asılı və qarşılıqlı təsirdə 
olan psixoloji komponentlər kimi nəzərdən keçirir və hesab edir ki, 
oyanma mənbəyi insan tərəfindən psixoloji təhlükəsizlik axtarışını təşkil 
edir. İnsan bu təhlükəsizliyi müəyyən adəti təcrübənin təkrarı vasitəsilə 
əldə etməyə çalışır.
―Terapevtik koqnitiv qiymətləndirmə‖ (TKQ) adı kliyentdə idrak 
qabiliyyəti kimi qiymətləndirmənin inkişaf etdirilməsini psixoterapevtik 
müdaxilənin məqsədi faktı olduğunu göstərmək üçün qəbul olunmuşdur. 
Getdikcə daha çox aydın olur ki, insanlar çox nadir hallarda özlərinin 
bəzi daha əhəmiyyətli qiymətlərin dərk edirlər. 
Psixoterapiyanın əksər formaları kimi TKQ 1980-ci illərdə 
narahatlıq və depressiya kimi halətlərin müalicəsində istifadə olunurdu. 


120 
Bəzi kliyentlərin psixoloji vəziyyəti yaxşılaşmırdı və ya bu proses uzun 
sürmürdü, yaxud da kliyentlər bu metodun müəllifləri ilə terapevtlərlə 
yaxşılaşma baş verəndən sonra da işləməkdə davam edirdilər. 
TKQ-nin əsas müddəaları. 
Terapevtik koqnitiv qiymətləndirmə öz başlanğıcını sistemin 
elementlərinin qarşılıqlı əlaqəsini nəzərdə tutan ümumi sistem 
nəzəriyyəsindən götürür. TKQ-nin komponentlərini psixi proseslər, 
affekt, davranış və idrak təşkil edir. ―Affekt‖ termini, əsasən subyektiv 
emosional hisslərə və duyğulara şamil olunur. 
Tədqiqatlar göstərdi ki, əqidələrin dəyişməsi yeni emosional 
reaksiyalara gətirir. Bu, ―qorxmuş heyvanın‖ emosiyaları adlana bilər: 
heyvan təqdim olunan stimulu təhlükəli kimi qiymətləndirərək ona 
qorxu və qaçışla cavab verir. D.Vekslerin modelində bu emosional 
epizod aşağıdakı addımlardan ibarətdir: 
1.
Stimul; 
2.
Stimulun bilinməsi; 
3.
Müşahidə olunan stimulun gizli təsviri; 
4.
Təqdim olunan stimul barədə nəticəyə gəlmə; 
5.
Qiymət; 
6.
Qiymətlə müəyyən olunan emosional reaksiya; 
7.
Necə reaksiya vermək barədə qərar və davranış reaksiyası; 
8.
Davranış reaksiyasına nəzərən əks əlaqə (möhkəmləndirmə). 
Heyvanlardan fərqli olaraq insanlar xarici stimullardan əlavə
daxili stimullara, həmçinin öz hiss və fikirlərinə də reaksiya verirlər. 
TKQ-də nəticə və qiymətlər şəxsi həyat qaydalarına əsaslanır. Bu, 
təbii və sosial dünyada mövcud olan qarşılıqlı asılı və səbəb-nəticə 
münasibətlərinin, eləcə də, əxlaqi prinsiplərin və sosial dəyərlərin fərdi 
versiyalarıdır.
İnsanlar adət olunmuş emosiyalara malikdirlər, yəni onlar bəzi 
emosional hisslərə alışmışlar. Adəti emosiyaları qoruyub saxlamaq üçün 
onlar danışdıqlarını və etdiklərini öz hissləri ilə uzlaşdırmalıdırlar. Adəti 
emosiyalar onları saxlayan və bərpa edən davranış və idrakdan 


121 
asılıdırlar. İnsanlar bəzi hisslərə adət etməklə kifayətlənmirlər, onlar 
yenidən bu hissləri yaşamalıdırlar ki, psixoloji təhlükəsizlik duysunlar.
İnsanlar özlərini tanış mühitdə yaxın adamlarla daha rahat və 
təhlükəsiz hiss edirlər. Adət olunmuş dost münasibətlərinin çoxluğu 
darıxdırıcı, yeniliklərin çoxluğu isə təhlükəli ola bilər. TKQ-yə görə hər 
bir insanın dərkolunmaz həyat qaydaları vardır və bu qaydalar insanın nə 
hiss etməsini müəyyən edirlər.
Şəxsi-tipik affektlər mənfi olduqda (məsələn, narahatlıq, qəzəb) 
insanları bu mənfi hisslər ―istehsal edən‖ təcrübəni axtarmağa təhrik 
edirlər. Başqa sözlə, insan neqativ, lakin adəti affektlərsiz ―acından ölür‖ 
və onları hər yerdə arayır. Eyni zamanda o, ―özünü yaxşı hiss etmək 
yaxşıdır‖ mədəni normanı şüurlu olaraq qəbul edir. İnsanın şüurlu istəyi 
ilə dərk olunmayan istəyi arasındakı bu uyğunsuzluq onu çaşdırır və 
yardım axtarışına sövq edir. 
İnsan təbiəti haqqında əksər psixoloji müddəaların təməlində 
gedonizm prinsipi durur. Bu prinsipə görə bütün canlı varlıqlar, o 
cümlədən insanlar həzz, ləzzət arzulayır, ağrıdan, əzabdan isə qaçırlar. 
Mənfi şəxsi-tipik affektə olan tələbat isə, bu prinsipə münasibətdə istisna 
haldır. 
Şəxsi-tipik affektlərə xidmət edən davranış reaksiyaları 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə