Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Sosial işin fərdi metodlarına psixoloji biliklərin daxil olması



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə38/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   34   35   36   37   38   39   40   41   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

5.3. Sosial işin fərdi metodlarına psixoloji biliklərin daxil olması 
1921-1930-cu illər, sosial işin fərdi metodlarına psixoloji biliklərin 
daxil olduğu illər kimi xarakterizə olunur. Biheviorizm, freydizm kimi 
məktəblərlə təmsil olunan ―yeni psixologiya‖, sosial işin nəzəriyyə və 
praktikasında öz əksini tapır. Bu dönəm sosial iş nəzəriyyəsində, irsilik, 
fərdin fizioloji inkişafı, intellektin inkişafı və geri qalması kimi 
fenomenlər öz interpretasiyasını tapır. Psixologiya və psxiatriya, 
kliyentin həyati situasiyalarının izahının əsas etibarlı mənbələri kimi 
çıxış edirlər.
Məsələn, Z.Freydin nəzəriyyəsi, eləcə də inkişaf psixologiyası, 
sosial iş nəzəriyyəsində davranış simptomlarının izahına, kömək və 
dəstəyin daxili proseslərinin analizinə şərait yaratdı. Öz növbəsində 
sosial biheviorizm də sosial işdə kliyentin sosial tarixinin öyrənilməsinə 
təsir göstərmişdir.
Baxmayaraq ki, ―müalicə‖ konsepsiyası sosial işdə aparıcı rol 
oynayırdı, bununla belə, ―müdaxilə‖ konsepsiyasının da ortaya çıxması, 
günün tələbi hesab oluna bilərdi. ―Müştərinin sosial tarixi‖ və ―müalicə‖ 
kimi üsullar, fərdi işdə üstünlük təşkil etməklə, sosial işçilərin kömək 
prosesindəki sosial standartlarına çevrilmişdilər. Müvafiq kömək 
prosesində aşağıdakı vacib interaktiv elementləri seçib ayırırlar: 

Ehtiyatlardan istifadə olunması; 


110 

Kliyentə problemlərini anlamasında köməkçi olmaq

Müştəriyə öz xarici sosial proqramına işləmək qabiliyyətinin 
aşılanması və inkişaf etdirilməsi. 
Diaqnostik üsullarda, ―müalicə‖ konsepsiyalarında nəzərə çarpacaq 
dəyişikliklər baş verməyə başlayır. 
XX əsrin 20-ci illərində artıq 
praktikaya psixoanaliz elementləri daxil olmağa başladığından, 
M.Riçmond fərdi iş metodunu yeniləşdirir və bu da psixi prosesləri 
sosial problemlər kontekstində nəzərdən keçirməyə şərait yaradır. 
Psixoanaliz, diaqnoz haqqındakı təsəvvürləri genişləndirdi və təkcə 
şəxsiyyətin deyil, həmçinin, sosial işçilər üçün mühüm olan sosial 
dəyişikliklərin də, elmi metod əsasında öyrənilməsinə şərait yaratdı. 
Kliyentin mənsub olduğu ətraf mühit vahid elmi sxem və məntiq 
əsasında izah olunmağa başlanmışdı. 1922-ci ildən başlayaraq, 
M.Riçmond ―Sosial fərdi işin‖ prinsiplərini işləyib hazırlayır və əvvəlki 
üsullardan başqa digər üsullar da ―fərdi inkişaf‖, ―insan münasibətlərinin 
tənzimlənməsi‖ inkişaf etdirilir. Bu üsullarda şəxsiyyət, bioloji 
faktorların və inkişaf faktorlarının – kliyentin digər insanlarla əlaqəli 
münasibətlərinin və özü haqqındakı təsəvvürlərin məcmusu kimi təsvir 
edilir. Fərdin həyatı digər insanlarla, mürəkkəb və ziddiyyətli 
münasibətlərin məcmusu kimi nəzərdən keçirilirdi və bu da insan 
münasibətlərinin rənarəngliyinin qarşılıqlı əlaqəsi və özünüifadə ilə 
əlaqədar idi. Psixoanalitik nəzəriyyələr əsasında, qarşılıqlı əlaqə 
modellərinin hazırlanmasından başqa, sosial işçi ilə kliyent arasındakı 
qarşılıqlı əlaqə prinsipləri də müəyyənləşdirildi. M.Riçmond bunu 
―mental gigiyena prinsipləri‖ adlandırdı. Sonra bu prinsiplər sosial 
işçilərin etik kodeksinin əsası kimi götürüləcək. Həmin prinsiplər özünə 
aşağıdakı müddəaları daxil edirdi:

Kliyentə rəğbət bəsləmək; 

Üstünlüyün ona verilməsi

Onun təriflənməsi; 

Onunla birgə fəaliyyət planlarının qurulması. 
Bu dövrdə, fərdi üsulun gələcək inkişafını V.Robinsonun və C.Tattın 
əsərlərində müşahidə etmək olar. V.Robinson fərdi iş metodunda yeni 
perspektivləri qeyd edir. O, diqqət mərkəzinə müştərinin situasiyasının 
deyil, onun dəyərlərinin, fərdi təcrübəsinin qoyulmasını və kömək 


111 
prosesinin məhz bu dominantlar üzərində qurulmasını təklif edir. 
Kliyentlə sosial işçi arasındakı praktiki qarşılıqlı əlaqədə əsas diqqət 
kliyentin keçmişinə, uşaqlıq həyəcanlarına, vərdişlərinə və dəyərlərinə 
yetirilir. Kliyentlə sosial işçinin təmas prinsipləri ilə əlaqədar məsələ də 
çox önəmlidir, çünki müştərilərin istəklərinin anlaşılması, ona sosial 
işçilər tərəfindən köməyin göstərilməsi prosesində mühüm rol oynayır. 
Sosial işin nəzəriyyə və praktikasının inkişafında mühüm rol oynayan 
nəzəri istiqamətlərdən biri də sosial işin funksional modelidir. Bu 
istiqamətin əsas ideoloqları kimi Q.Rank V.Stafi çıxış edirdilər. 
Z.Freydin ideyalarından çıxış edərək, Q.Rank belə hesab edirdi ki
şəxsiyyətin inkişafı prosesində yaşanan böhranlı vəziyyətlər, onun 
doğuşdan aldığı zədələrin nəticəsidir (müştəri onları doğum zamanı alır). 
Ona görə də müxtəlif sosial şərtlərdən asılı olmayaraq sosial işçi ilə 
kliyentin görüşü labüddür. Bu istiqamətin nümayəndələri öz diqqətlərini 
daha çox kliyentə köməyin göstərilməsi üzərində cəmləşdirir, onun 
uşaqlıq həyəcanlarına daha az maraq göstərirlər. Bu məktəbin 
nümayəndələrinin fəaliyyətindəki ən önəmli məqam, daha sonra kömək 
prosesini müəyyənləşdirəcək sosial işçilərlə kliyent arasında qurulan 
münasibətlərdir. 
Bu fərdi iş məktəbinin əsas anlayış aparatını formalaşdıran aparıcı 
anlayış proses anlayışıdır. Proses dedikdə, sosial işçilərlə kliyent 
arasındakı kömək prosesi nəzərdə tutulur. Pozitiv dominantların 
mövcudluğu şəraitində kömək prosesini qurmaq daha asan olur. Bu 
dominantlar sosial işin aksioması kimi çıxış edirlər. 
Funksional məktəb özünün nəzəri əsaslarını diaqnoz üzərində deyil, 
sosial işçi ilə müştəri arasındakı qarşılıqlı münasibətlər üzərində qurur 
qeyd edir ki, bu münasibətlərdə ən önəmli şey, vəziyyətin 
dəyişdirilməsinin forma və vasitəsi olan proses çıxış edir.
Funksional məktəb, sinxron üsul – ―burada və indi‖ prinsipinə 
əsaslnır və sosial işçi ilə müştəri arasındakı qarşılıqlı münasibətlərdə, 
müştərinin hazırki təcrübəsi, hiss və emosional həyəcanları 
aktuallaşdırılır. Buradan belə bir nəticə hasil olur ki, müştəriyə təklif 
edilən kömək yerində olmalı və onun özü tərəfindən qəbul edilməlidir. 
Bu halda subyektlər arasında başqa münasibətlər yaranır, onlar tərəf 
müqabilinə çevrilir və situasiyanın dəyişməsi üçün bərabər məsuliyyət 


112 
daşıyırlar. Cari nəzəri istiqamət, məqsəd olaraq qarşısına kliyentə kömək 
texnikalarının və metodlarının yaradılmasını, onların inkişafını qoyur. 
1928-ci ildə sosial işçilərin Milford konfransında kliyentlə fərdi 
sosial işin əsas aspektləri müəyyənləşdirildi. Bunlar aşağıdakılardan 
ibarətdir: 
1.
Sosial həyatın ümumi qəbul olunmuş normalarından tipik 
sapmaların, dəyişmələrin öyrənilməsi. 
2.
Həyati bilgilərdən və qarşılıqlı əlaqələrin qurulması normalarından 
istifadə olunması. 
3.
Çətin vəziyyətə düşmüş insanın həyatının konkret təfərrüatı ilə 
tanış olmaq. 
4.
Sosial dəstəyə ehtiyac duyan insanlara lazımi köməyin 
göstərilməsi və müvafiq kömək metodlarının tətbiq edilməsi. 
5.
Sosial müalicədə yerli icmanın vəsait və ehtiyatlarından istifadə 
olunması. 
6.
Əldə olunmuş biliklərin və toplanmış təcrübənin, fərdi üsulun 
tələblərinə uyğunlaşdırılaraq tətbiq edilməsi. 
7.
Sosial işin fərdi üsulunun məqsədlərini, etikasını və 
xüsusiyyətlərini müəyyənləşdirən fəlsəfi əsasların anlamı. 
8.
Sadalanan bütün aspektlərin vahid sosial iş sistemində 
birləşdirilməsi 
1957-ci ildə F.Baystekin sosial işçi ilə müştərinin qarşılıqlı 
əlaqələrindən bəhs edən kitabı çıxır. F.Baystek sosial işçi ilə müştəri 
arasındakı qarşılıqlı əlaqələrin əsas prinsiplərini aşağıdakı şəkildə ifadə 
edir: 

Fərdiləşmə; 

Hisslərin ifadəsində aşkarlıq; 

Müştərinin emosional durumuna nəzarət; 

Birbaşa münasibətlər; 

Müstəqilliyin inkişafı; 

Məxfilik. 
Helen Harris Perlmanın fikrincə, kömək prosesi 2 mühüm 
komponentdən ibarətdir: 


113 
1.
Kömək prosesi 
2.
Fərdin ehtiyatları 
Kliyentin probleminin həllini dar mənada, yənin onun istəkləri 
səviyyəsində nəzərdən keçirən müəllif, motivasiyanın yüksəldilməsi, 
fəaliyyət 
qabiliyyətlərinin 
genişləndirilməsini, şəxsi ehtiyatların 
zənginləşdirilməsini təklif edir. Onun nəzəri üsulunun məzmununda 
üstünlük təşkil edən anlayışlar kimi – yeni problem, proses, ehtiyatlar 
terminləri qeyd olunur. 
Problem dedikdə, fərdin müstəqil surətdə tələbatlarını ödəyə 
bilməmək qabiliyyəti və onun sosial fəaliyyətinə maneçilik törədən 
vəziyyət başa düşülür.
Proses dedikdə, müştərinin probleminin lazımi istiqamətdə 
dəyişməsinə səbəb olan, təkrarlanan ardıcıl fəaliyyət modeli başa 
düşülür. 
Proses, sosial işçi ilə kliyentin, subyekt-subyekt qarşılıqlı əlaqəsi 
zamanı bir sıra məqsədyönlü hərəkətlər vasitəsilə həyata keçirilir. 
Hərəkətlər ardıcıllığını aşağıdakı şəkildə təsvir etmək olar: 

Mənfi 
enerjinin buraxılması, narahatçılıq hisslərinin 
uzaqlaşdırılması, müsbət motivasiyanın formalaşdırılmasına 
kömək, dəstək; 

Emosional blokadanın yarılması; 

Problemin rasionallaşdırılması (sosial işçi müştəri ilə birgə 
problemin yeni anlamını, ona qarşı fərqli münasibətləri 
formalaşdırır 
və 
atacaqları 
növbəti 
addımlarıı 
müəyyənləşdirirlər); 

Sosial işçi müştəri ilə bərabər onun problemlərini həll edir və 
mühitinə, rollarına uyğun olan, mümkün imkan və ehtiyatları 
axtarıb tapır. 
Texniki baxımdan sosial işçi ilə müştərinin qarşılıqlı əlaqələri 
aşağıdakı əsas prosedurlardan ibarət olur: 

Kliyentin 
probleminin 
və 
onu 
törədən 
səbəblərin 
identifikasiyası; 


114 

Kliyentin və sosial işçinin problemin düzgün anlamında 
əminlikləri; 

İnformasiyanın toplanması və analizi

Qarşılıqlı 
əlaqə 
planlarının 
hazırlanması, 
onun 
gerçəkləşdirilməsi və təkmilləşdirilməsi. 
Cədvəldə peşəkar sosial işdə geniş yayılmış sosial iş 
nəzəriyyələrinin adları sadalanır. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə