Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Sosial işlə sosiologiyanın qarşılıqlı əlaqəsi



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə35/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   31   32   33   34   35   36   37   38   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

4.5. Sosial işlə sosiologiyanın qarşılıqlı əlaqəsi. 
Sosial işin nəzəriyyə və praktikası üçün insan probleminin tam 
halda biogen, psixogen və sosiogen elementlərinin üzvi vəhdəti kimi 
başa düşülməsinin prinsipial mənası vardır. Sosial iş insanın 
dünyagörüşünün təbiəti və mahiyyətinə nəzər salmadan öz məsələlərini 
səmərəli surətdə həll edə bilməz. 
İnsanın dünyanı başa düşməsində, onun həyatın mənası və 
məqsədləri haqqında təsəvvürləri, baxışları mühüm yer tutur.
Sosiologiya ilə sosial işin sıx qarşılıqlı əlaqəsinin mövcudluğuna 
baxmayaraq, bu əlaqənin dəqiq aydınlaşdırılması zərurəti hər zaman 
mövcud olmuşdur. Məsələn, bu əlaqəni sosial işin həm tədris fənni, həm 
də em sahəsi kimi dəyərləndirilməsi kontekstində müşahidə etmək bəzi 
hallarda çətin olur. Həm nəzəri, həm metodoloji, həm də tətbiqi planda 
bu əlaqənin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. 
Tətbiqi planda bu iki elm sahəsinin qarşılıqlı əlaqəsini onların 
tədqiqat obyektlərinin və predmetlərinin müəyyənləşdirilməsində, eləcə 
də tətbiq etdikləri səciyyəvi metodlarda müşahidə etmək olar. Hazırda 
çoxsaylı sosioloji ədəbiyyatın mövcudluğu müvafiq məsələlərin ətraflı 
aydınlaşdırılmasına imkan yaradır. 
Cari sahə üzrə ədəbiyyatın təhlili və xülasəsi aşağıdakıları 
söyləməyə imkan verir: 
Birincisi, sosiologiya və sosial işin tədqiqat obyektləri, yaxud 
onların nəyi öyrənməsi ilə əlaqədar məsələ ilə bağlı sosiologiyada 
müxtəlif fikirlər mövcuddur, lakin onların hamısını iki fikir ətrafında 
cəmləşdirmək olar: 


101 
Bir tərəfdən sosiologiyanın tədqiqat obyektinin bütövlükdə 
cəmiyyət, ayrılıqda isə sosial əlaqə və münasibətlərin rəngarəngliyi 
olduğunu israr edən fikir tərəfdarları, digər tərəfdən isə, ―sosiologiyanın 
obyekti – cəmiyyətin çoxsaylı sahələrindən biri olan sosial sahədir‖ 
fikrini irəli sürən qrup nümayəndələri çıxış edirlər. 
Həm elmi, həm də tətbiqi planda, bir elm kimi sosiologiyanın 
predmetinin və tədqiqat obyektinin xüsusiyyətlərini, müxtəlif sosioloji 
cərəyan və məktəb nümayəndələrinin nəzəriyyə və fikirləri kontekstində 
öyrənmək fyadalı olardı. Belə nəzəriyyələr sırasına sosiologiyada çox 
məşhur olan pozitivist cərəyanı və onun O.Kont, C.Mil və H.Spenser 
kimi məşhur nümayəndələrini aid edirlər. Pozitivist məktəb və onun 
nümayəndələrinin sosiologiya elmində özünəməxsusluqları onunla 
bağlıdır ki, onlar cəmiyyətlə əlaqədar mücərrəd fikirlərdən 
uzaqlaşmaqla, pozitiv sosial nəzəriyyəni yaratmağa cəhd göstərmiş və 
onun təbiət nəzəriyyələri qədər mühüm və əhəmiyyətli olacağını 
əsaslandırmağa çalışmışlar. Bununla əlaqədar klassik pozitivizm sırf 
nəzəriyyəyə əsaslanmış sosial fəlsəfədən fərqli olaraq, müşahidə, ictimai 
proseslərin müqayisəli tarixi-sosioloji təhlili, riyazi metodlar kimi elmi 
üsullarla öz mövqelərini təsdiqləməyə çalışırdı. 
Bundan başqa, sosioloji pozitivizmin naturalizm, təkamül, 
fenomenalizm, orqaniklik kimi xarakterik xüsusiyyətləri də var idi. 
Onun elmi idrak kimi biologiya, insanın anatomiya və fiziologiyası, 
qismən mexanika modelləri də var. Pozitivizm, cəmiyyətin fəaliyyəti və 
inkişafında labüd qanunların mövcudluğunu təsbit edir və onları təbiətdə 
baş verən proseslərin və qanunauyğunluqların davamı kimi nəzərdən 
keçirirlər. Müxtəlif variant və ayrı-ayrı elementlərdə, xüsusilə empirik 
sosiologiyada bu paradiqma hələ də öz sözünü deməkdədir.
Sosial iş sahəsindəki tədqiqatlar sosioloji göstəricilərə yaxud sosial 
gerçəkliyin təhlil metodlarına əsaslanır. Məsələn, risk qrupuna aid 
kliyentlərin sosial bioqrafiyasını yazarkən, sosial işçilər anket, 
müsahibə, arxiv sənədləri, avtobioqrafiyalar və digər informasiya 
toplamaq metodlarından istifadə edirlər. Bütün bunlar isə sosiologiyada 
tətbiq edilən mənəvi metodlardır. 
Beləliklə, hazırda heç bir sosial iş probleminin həllini 
sosiologiyasız təsəvvür etmək olmaz. 


102 
Cəmiyyətimizdə sosial iş sahəsinin yenicə inkişaf etdiyini nəzərə 
alsaq, onda bu sahə barəsində məlumatın nə qədər kasad olduğunu aşkar 
müşahidə etmiş olarıq. Sosial işdən fərqli olaraq pedaqoji sahənin 
hərtərəfli inkişafı, ölkəmizdə bu iki sahənin məhsuldar əməkdaşlığına 
möhkəm zəmin yaradacağına təminat verir. 
Tarixən vəziyyət elə gətirmişdir ki, sosial iş, təkcə lazımi köməyin 
göstərilməsi ilə qalmayıb, həmçinin əhalinin müxtəlif kateqoriyaları 
arasında, lazımi sosial stereotipləri də formalaşdırmışdır. Məsələyə bu 
cür baxış, belə bir fərziyyə irəli sürməyə əsas verir ki, sosial iş təkcə 
sosial pedaqogika deyil, sosial iş, elə sosial pedaqogikanın özü 
deməkdir.
Müxtəlif tarixi dönəmlərdə və müxtəlif mədəniyyətlərdə sosial iş, 
ictimai fəaliyyət növü olaraq, müxtəlif formalara malik olmuşdur. 
Məsələn, qədim Yunanistanda sosial kömək filantropiya, Romada isə 
xalq ənənələri kimi məşhur idi.
Ehtiyacı olanlara sosial köməyin göstərilməsi ayrı-ayrı vaxtlarda 
müxtəlif cür adlandırılmışdı. Məsələn, Qərbi Avropada XI-XVII 
əsrlərdə xeyriyyəçilik, XVIII-XX əsrlərdə mərhəmət, kömək, müdafiə 
və dəstək məqsədi ilə göstərilən fəaliyyət XX əsrin 50-ci illərinin 
ortalarından başlayaraq, bütün Qərbi Avropa ölkələrində ―sosial iş‖ kimi 
ümumi ad alır. Müvafiq fəaliyyət sahəsinin ümumi ad altında birləşməsi 
obyektiv proses idi və o bir sıra qərb ölkələrində kömək modelinin 
dəyişilməsi ilə əlaqədar olmuşdur. 
Şübhəsiz ki, sosial köməyin göstərilməsi ilə bağlı ilkin tədbirlər 
xeyriyyəçiliklə əlaqədar olmuşdur. Roma kilsəsinin ilk sənədlərindən 
biri məhz xeyriyyəçilik nəzəriyyəsi və praktikası ilə bağlı olmuşdur. Bu 
sənəd, ictimai köməyin göstərilməsi sahəsində ilk nəzəri mənbə hesab 
edilə bilər. Sosial iş müstəqil problem sahəsi kimi formalaşanadək onun 
başlıca fəaliyyəti, amalı və kömək forması, məhz xeyriyyəçilik 
olmuşdur. 
Dəyişən təkcə fəaliyyət növləri, dəstək obyektləri deyil, həmçinin 
dəstək subyektləri idi. Bu dəyişmələr öz bariz nümunələrini sivilizasiya 
tarixində tapmışlar. Tarixən dəstək və müdafiə funksiyalarını öz üzərinə 
götürmüş çoxsaylı subyektlər mövcud olmuşdur və onların arasında 


103 
bütləq, şamanlar, peyğəmbərlər, monarxlar, könüllü köməkçilər, 
peşəkarlar və b. olmuşlar. 
İctimai şüur kömək və dəstək ənənələrini tarixi dinamikada 
izləməklə, sosial iş, müstəqil paradiqma kimi ön plana çəkilir. Bu 
paradiqmanın əsas mahiyyətini insan və onun taleyi problemi təşkil edir. 
İnsan və onun taleyinə yardımçı olmaq məqsədi ilə müdaxilə sosial işin 
başlıca fəaliyyət prinsipidir. Müvafiq prinsip pedaqogikada da vacib 
olduğundan, sosial işlə pedaqogikanın qarşılıqlı əlaqəsini daha ətraflı 
nəzərdən keçirmək məqsədəuyğun olardı. Sosial iş sosial pedaqogika 
demək 
deyildir 
və 
pedaqogika bir sıra mühüm keyfiyyət 
xarakteristikalarına malik fəaliyyət sahəsidir. Bu sahə insan varlığını 
sosiomədəni münasibətlər sistemində, real gerçəklikdə nəzərdən keçirir. 
Reallıqda subyekt ehtiyacı olan insan kimi deyil, öyrənən, təhsil alan 
insan kimi çıxış edir. bu nöqteyi-nəzərdən, subyekt mədəni-tarixi 
prosesin təlim-təhsil daşıyıcısı kimi çıxış edir. 


104 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə