Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


partlayışlar, diskretlik sosial dinamikanın mövcud nəzəriyyələrinə qarşı



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə32/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   28   29   30   31   32   33   34   35   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)


partlayışlar, diskretlik sosial dinamikanın mövcud nəzəriyyələrinə qarşı 
əsas çağırışdır. Onun fikrinə görə, son on illiyin kommunizm sisteminin 
süqutu, millətçilik və terrorizmin geniş yayılması, QİÇS epidemiyası, 
kompüter inqilabının sürətlə inkişafı kimi hadisələri yeni nəzəri 
yanaşmalar tələb edir. Fəlakətlər nəzəriyyəsi və xaos nəzəriyyəsi 
modellərinə əsaslanan sosial dəyişikliklərin yeni konsepsiyalarını 
yaratmaq zəruridir. Hallinen hesab edir ki, yeni yanaşmaların dərk 
edilməsində sosial proseslərin formal, riyazi modellərinin öyrənilməsi 
əhəmiyyətli yardım göstərmiş olar.
4.2. Sosial işdə pozitiv üsulların rolu. 
Sosial işdə pozitiv üsul, bir tədqiqat praktikası kimi özünü, 
sosionomların düzgün, konkret biliklərə əsaslanmasında və sosial işin bu 
və ya digər konsepsiyasının elmi cəhətdən izahında büruzə verir. Bu 
mənada pozitiv sosiologiya, sosial iş nəzəriyyə və praktikasının empirik 
əsaslarından birini təşkil edir.
Sosial işin cəmiyyətdə yerinin dərk edilməsi nöqteyi-nəzərindən, 
pozitiv 
mövqedə 
olanların sosiologiyanın sosial fiziki kimi 
dəyərləndirilməsi təsəvvürləri də çox önəmlidir. Çünki bu təsəvvürlərə 
rəğmən, cəmiyyət vahid bi sistem, qarşılıqlı əlaqədə olan elementlərin 
mexanizmi kimi nəzərdən keçirilirdi. Bu baxışları bir qədər 
sadələşdirmiş olsaq, onda onların sosial iş üçün də əhəmiyyətli olduğunu 
görmüş olarıq. Bu halda, müvafiq təsəvvürlərə əsasən, sosial iş 
cəmiyyətin ayrılmaz hissəsi, onun sosial institutu kimi nəzərdən 
keçirilməlidir.
Lakin sosial işin elmi əsaslarının təmin edilməsi nöqteyi-
nəzərindən pozitiv sosiologiyanın imkanlarının məhdud olduğunu da 
unutmaq olmaz. Bu məhdudiyyət özünü ilk növbədə, sosial köməyə 
ehtiyac duyan müştəri ilə aparılan, sosial-funksional və psixososial işin 
əsaslarının başa düşülməsində büruzə verir. Sosiologiyanın digər klassik 
paradiqmalarından 
biri 
isə 
funksionalizmdir. 
Funksionalizm, 
cəımiyyətin və sosial əlaqələrin elementlərinin ayrı-ayrı fraqmentlərini 
nəzərdən keçirərkən, onların yerini və rolunu daha geniş əlaqələr 
sistemində müəyyənləşdirir. Bir sözlə onları sistemli şəkildə öyrənir.


93 
Pozitivizm (lat. positivus-müsbət) XIX əsrdə meydana çıxan fəlsəfi 
cərəyanlardan biri, banisi fransız filosofu və sosioloqu Ogüst Kont hesab 
olunur.
Ogüst Kont 
Pozitivizm konkret elmləri həqiqi, gerçək biliyin yeganə mənbəyi 
sayır və fəlsəfi tədqiqatın idraki əhəmiyyətini inkar edir, nəzəri 
spekulyativliyi, biliklər əldə etməyin vasitəsi kimi abstraktlaşdırmanı 
qəbul etmirdi. Mahiyyətinə görə pozitivizm müəyyən münasibətlərdə 
ifrat məntiqi nəticələrə gətirib çıxarmış empirisizmdir. 
Bu cərəyanın ideyalarına əsasən, cəmiyyətdə baş verən hər hansı 
bir hadisəni və hər hansı bir insanın hərəkətini onun yaşadığı mühitə 
baxaraq başa düşmək olar. Misal üçün, pozitivizm cərəyanının ən 
görkəmli nümayəndələrindən biri olan Emile Durkheim (fransız) hər 
kəsə bir individual hərəəkət kimi görsənən intihar hadisəsini cəmiyyət 
tərəfindən təsirləndiyini və ortaya çıxdığını apardığı empirik 
araşdırmalarda sübut etmişdir, amma təbii ki bütün intihar hadisələri 
cəmiyyətin 
təsirindən 
baş vermir. Durkheim araşdırmalarının 
nəticəsində müəyyən etmişdir ki, sosial-iqtisadi yaxud siyasi böhran 
keçirən, sosial və ya dini dəyərlərin insanların həyatına ifrat dərəcədə 
təsir edən, insanın azadlığının nəzərə çarpacaq dərəcədə məhdud olduğu 
cəmiyyətlərdə intihar hadisələrinin sayı adətən yüksək olur. Durkheim 
bu möhtəşəm və müasir dünyamızda da ekspertlər tərəfindən istinad 
edilən araşdırması sosiologiya elminin problemləri dərk etmək cəhətdən 
nə dərəcədə dəyərli elm olduğunu sübut edir. 
İstifadə olunan metodlar statistik məlumatları tədqiqat, intervyular 
və uzun müddətli zamanda bir qrupun tədqiqat metodlarıdır. 
Pozitivizmin inkişafında üç mərhələ fərqləndirilir: I mərhələnin 
nümayəndələri O.Kont, E.Litter, P.Laffit(Fransa), Con Stüart Mill, 
Herbert Spenser (İngiltərə) olmuşlar. Qnoseologiya – idrakın inkişafının 
3 mərhələsi qanunu (Kont) və məntiq problemləri ilə (Mill) yanaşı 
pozitivistlər sosiologiyaya da mühüm yer vermişlər. 
II mərhələ - empiriokritisizmin meydana gəlməsi XIX əsrin 70-90-
cı illərinə təsadüf edir və obyektiv, real predmetləri hətta formal olaraq 


94 
qəbul etməyən Max və Avenariusun adları ilə bağlıdır. Maxizmdə idrak 
problemləri subyektivizmə keçən frat psixologizm mövqeyindən şərh 
olunurdu. 
III mərhələ kimi neopozitivizmin meydanaz gəlməsi Vyana 
dərnəyinin (O. Neyrat, R.Karnap, M.Şlik və s.) və Berlin empirik fəlsəfə 
cəmiyyətinin (Reyxenbax, F.Krauz və s.) fəaliyyəti ilə bağlıdır ki, bunlar 
da bir çox cərəyanları – məntiqi atomizmi, məntiqi pozitivizmi, ümumi 
semantikanı özündə birləşdirmişdir. Bu mərhələnin nümayəndələri 
simvolik məntiq, elmi tədqiqatın strukturu və s. fəlsəfi problemlərə əsas 
yer verərək, psixologizmi rədd edir, ―elm məntiqinin‖ riyaziyyatla 
yaxınlaşdırılması, qnoseoloji problemlərin formallaşdırılması yolu ilə 
getmişlər.

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə