Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Bihevioral və koqnitiv-bihevioral prosedurların səmərəliliyi



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə40/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   36   37   38   39   40   41   42   43   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

5.4. Bihevioral və koqnitiv-bihevioral prosedurların səmərəliliyi 
Bihevioral və koqnitiv-bihevioral prosedurların səmərəliliyini 
sübut edən dəlillər çoxdur, getdikcə onların sayı artmaqdadır. Lakin 
bihevioral yanaşmanı dəstəkləyən müəyyən sahələr xüsusilə seçilir. 
Buraya uşaq və yeniyetmələrin davranış problemləri daxildir. Koqnitiv-
bihevioral yanaşma depressiya ilə iş sahəsində də kifayət qədər 
faydalıdır: bu yanaşmanın spirtli içkidən istifadə, özünüidarə, uşaqlarla 
amansız davranış, iş qabiliyyətinin olmaması və s. problemlərə 
tətbiqinin ümidverici nəticələri mövcuddur. Sosial vərdişlər treninqi 
konsultant və sosial işçilərin bir sıra sahələrdə apardıqları işlərdə 
xüsusilə özünü doğrultmuşdur. Lakin onun uzunmüddətli faydası barədə 
sübutlar hələ yoxdur.
Psixoloji təmələ malik istənilən yanaşma kimi, davranış yanaşması 
böyük sosial problemlər – işsizlik, evsizlik, yoxsulluq, psixi pozuntular 
(məsələn, tibbi müdaxilənin əsas rol oynadığı şizofreniya) qarşısında 


116 
acizdir. Buna baxmayaraq, hətta bu vəziyyətdə ―davranış təfəkkürü‖ 
problemləri aydınlaşdırmağa və həll variantlarını, heç olmazsa qismən 
də olsa, görməyə kömək edir.
Koqnitiv-bihevioral terapiyanın ümumi sxemi belədir: 
Cəlbetmə (engagement) – yardım alma imkanlarına görə kliyentin 
gözləmələri tədqiq və müzakirə olunur. 
Problem üzərində fokuslaşma (problem focus) – bir sıra problemlər 
içərisində kliyentin nöqteyi-nəzərincə daha əhəmiyyətli olanların 
ayrılması və onların prioritetlərinin müəyyən olunması. 
Problemlərlə iş (problem assesment) – bir problem ayırd edilir və 
konkret hala görə detallarınadək nəzərdən keçirilir; konkret vəziyyətdə 
mümkün alternativ davranış yolları tədqiq olunur. 
Koqnitiv prinsiplərin öyrədilməsi (teach coqnitive principles) – 
Kliyentə öz fikirlərini müəyyən tərzdə - koqnitiv bihevioral metodun 
terminləri çərçivəsində nəzərdən keçirməyin öyrədilməsi. 
Etiraz (dispute, challenge) – bu, vəziyyət haqqında düşünməyin 
yeni üsullarının axtarışıdır. 
Kliyentə öznəetiraz vərdişlərinin öyrədilməsi (selfdisputing), yəni 
onu öz fikirlərini və əqidələrini yoxlamaq istiqamətində müstəqil 
işləməyə həvəsləndirmə. 
Ev tapşırığının seçimi və təşkili (set behavioral homework) – 
özünəetiraz prosesini və dəyişmə prosesindəki əngəlləri izləmək 
məqsədilə konsultantla görüş xaricində olan iş prosesinə kömək etmək.
Tamamlama (ending) – dəyişikliklərin gedişinə yardım məqsədilə 
özünüterapiya və ya özünəkömək fəndlərinin öyrədilməsi. 
A.Bek yanlış əqidələrin korreksiyası metodları kimi aşağıdakı üç 
metodu göstərmişdir: 
1.
İntellektual metod – şübhəli və ya yalnış konsepsiyaların 
testləşdirilməsi və daha vahid konsepsiyalarla əvəz olunması. 
2.
Eksperimental metod – real əqidələr kimi qəbul olunan yalnış 
ehtimalların yoxlanması məqsədilə müəyyən təcrübənin 
yaşanması. 


117 
3.
Davranış metodu – bacarmağın yeni strategiyalarının inkişafı, 
məsələn, müəyyən relaksasiya metodunun, konfliktdə 
davranma vərdişlərinin öyrədilməsi, desensitizasiya və s. 
Bek aşağıda sadalananları mənfi və ya yalnış təfəkkür üsulları 
hesab edirdi: 

―Ya hər şey, ya da heç nə‖ təfəkkürü (vəziyyətin ya ağ, ya da 
yalnız qara tonda anlaşılması); 

İfrat ümumiləşdirmə (yeganə mənfi nümunə gələcək 
uğursuzluqlardan xəbər verir); 

―Mental fikir‖ (İnformasiyaların seçilməsi. Məsələn, neqativ 
informasiyaların 
yığılması, 
pozitiv 
informasiyaların 
kənarlaşdırılması və ya yox edilməsi); 

Avtomatik 
olaraq 
qiymətin 
verilməməsi 
(pozitiv 
informasiyaya inamsızlıq və onun qiymətləndirilməsi. 
Məsələn, tərifi qəbul edə bilməmək); 

Əqli nəticəyə meyl (―o əsəbiləşdi – deməli, ... mən pisəm... o 
mənə nifrət edir... o pisdir‖ və s.); 

Maksimalizm və ya minimizasiya (hadisələri qeyri-mütənasib 
görmək; həddən artıq böyütmək, şişirtmək və ya kiçiltmək); 

Emosional xırdaçılıq (faktdan məntiqi nəticə çıxarmaq. 
Məsələn, pis əhvala görə); 

Labüdlük (təfəkkürdə, dildə və ya əqidələrdə, özünə, 
başqalarına, 
dünyaya 
istiqamətləndirilmiş 
―etməli‖ 
imperativinin mövcudluğu. Konsultasiya praktikası müəyyən 
etdi ki, bu motivasiyaya səbəb olmur, əksinə, qəzəb və ya 
günah hissini yaradır); 

Yarlıkların yapışdırılması və qoparılması (Məsələn, ―bu 
insanlar bunu, bunu etdilər - əvəzinə ―bu insanlar 
belədirlər‖). 

Personalizasiya (Məsələn, ―nə baş versə də bu sizin öz 
səhvinizdir‖). 
A.Ellis A.Bekin modelinə çox yaxın olan irrasional təfəkkür 
modeli təqdim edir: 


118 

İrrasional əqidələr təbiətcə mütləqdirlər və ―etməliyəm‖, 
―lazımdır‖, ―borcludur‖ formasında təzahür edirlər; 

Onlar məqsədin qoyuluşuna və əldə olunmasına mane olan 
mənfi emosiyalara səbəb olurlar; 

Qeyri-produktiv davranış formalarına gətirib çıxarırlar; 
İrrasional təfəkkürün nəticəsi olaraq insanın özünə və dünyaya 
münasibətlərində aşağıdakı xüsusiyyətlər yaranır: 

Dramatikləşdirmə, ―faciələşdirmə‖. 

Frustrasiyanı pis yaşamaq, nəticədə insan daim özünü 
bədbəxt hiss edir. 

Özünü və başqalarını etməli olduqları etmədiklərinə görə 
ittiham etmək, həyatı isə insanın istədiklərini vermədiyinə 
görə qınamaq. 

İfrat generalizasiya, ümumiləşdirmə, yəni xüsusi hadisələri 
ümumi proseslərə şamil etmək, xüsusi ilə ümumini 
qarışdırmaq. 
Vacibliklərin nəticəsində A.Ellisə görə təfəkkürdə aşağıdakı 
təhriflər inkişaf edir: 

Ya hər şey, ya da heç nə. 

Nəticə çıxarmağa meyl və neqativ qeyri-ardıcıllıq 

Gümanlar (təxminlər) 

Mənfi hisslər üzərində mərkəzləşmə 

Müsbət hisslərin rədd edilməsi 

Həmişə və heç vaxt 

Alçaltma 

Emosional izah 

Damğaların yapışdırılması və ifrat ümumiləşdirmə 

Personalizasiya 

Cəzanın gözlənilməsi 

Nöqsansızlıq 
Koqnitiv və bihevioral psixoterapiyada tez-tez yunan filosfu 
Epiktetə məxsus deyim sitat gətirilir: ―İnsanların ovqatını təlx edən 
şeylər deyil, bu şeylər haqda onların düşündükləridir‖. 


119 
Bütünlükdə bihevioral psixoterapiyanın proses kimi fərqləndirici 
xarakteristikaları aşağıdakılardır: 

Psixoterapiyanın bu növü insanlara, həyait situasiyalara 
özləri istədikləri kimi reaksiya verməyə qabil olmağa kömək 
edir; 

O, pasientin şəxsiyyətinin emosional sferasının dəyişməsi 
məqsədini qoymur; 

O, 
pozitiv 
münasibətlərin 
psixoterapiya 
prosesində 
vacibliyini nəzərə alır, lakin bunu psixoterapiyanın faydalılığı 
üçün yeganə şərt hesab etmir; 

Pasientin şikayət və simptomları onun gizli daxili problem və 
konfliktlərinin 
təmsilçiləri 
kimi 
deyil, 
reallıq 
və 
psixoterapiyanın obyekti kimi qəbul olunur; 

Psixoterapiyanın konkret məqsədləri və bu məqsədlərə 
çatmaq 
meyarları 
barədə 
yekdil 
rəyə 
gəldikdə, 
psixoterapevtik 
bağlılıq 
prinsiplərinə 
əməl 
olunur: 
psixoterapevt və pasient (biz necə bilərik ki, dəyişiklik baş 
verib?). 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə