Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə25/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   21   22   23   24   25   26   27   28   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

 
3.2. Sosial işin xüsusiyyətləri 
 
Sosial iş bir ixtisas kimi əhalinin kasıb, məzlum, aciz və əzilmiş 
təbəqəsinin maraqları və sosial rifahı uğrunda vəkillik edən bir tarixə 
malik və bu sahədə ad qazanmış bir sahədir. Əslində sosial iş, xalqn 
dərrakəsinə xidmət edən bir ixtisas kimi fəxr etməyə haqqı çatan bir 
peşədir. Baxmayaraq ki, tarixən sosial iş kasıblara və məzlumlara 
xidmət edirdisə, hazırda bu ixtisasın xidmət dairəsi çox genişlənmişdir 
və bu gün sosial işçilər məktəblərdə, dövlət orqanlarında, tibbi xidmət 
sahələrində, ailə və uşaq rifah mərkəzlərində, ruhi sağlamlıq 
mərkəzlərində və özəl bölmələrdə fəaliyyət göstərirlər. Sosial iş elə bir 
ixtisasdır ki, o fərdlərə, qruplara və icmalara öz sosial funksiyalarını 
həyata keçirmək üçün münasib və münbit sosial şərait yaradır. Sosial iş 
elə bir peşədir ki, o insanların rifahı üçün sosial dəyişikliklər edir, 
insanlar arasındakı münasibətlərdə problemləri həll edir və insanların 


65 
rifahını yüksəltmək üçün onların daxili güclərinə, öz daxili 
potensiallarına arxalanmağa yönəldir. Sosial iş rifahlarına çaatmaq üçün 
insanların müstəqil olmasına da şərait yaradır. İnsan davranışlarının və 
sosial sistemlərin nəzəriyyələrindən istifadə edərək sosial iş insanlar 
ətraf mühitlə təmasda olan zaman müdaxilə edir. İnsan haqlarının 
prinsiplər və sosial ədalət, sosial işin əsas bünövrəsidir.
Peşə daşıyıcıları olaraq sosial işçilər aşağıdakı mühüm rolları yerinə 
yetirirlər: 
-sosial işçilər müvəkkil kimi; 
-sosial işçilər ailə məsələləri üzrə məsləhətçilər kimi; 
-sosial işçilər sosial pedaqoqlar kimi; 
-sosial işçilər psixi sağlamlıq üzrə mütəxəssislər kimi; 
-sosial işçilər siyasi qərar qəbul edənlər kimi; 
-sosial işçilər tədqiqatçılar kimi; 
-sosial işçilər xidmətçilər və əhali arasında əlaqələndiricilər kimi. 
Sosial işçilər tərəfində həyata keçirilən rollar və funksiyalar 
aşağıdakılardır: 
1.
Sosial işçilər brokerlər kimi. 
Məqsəd: müştəri və resurslar arasında əlaqə yaratmaq. Müştəriləri 
mövcud mənbələrə yönəltmək. 
Təsviri: bu işi həyata keçirmək üçün sosial işçilər müştərinin 
ehtiyaclarını qiymətləndirərək onların bacarıq və qabiliyyətlərini ortaya 
çıxarırlar ki, onlar müxtəlif xidmətlərdən istifadə etsinlər. Həmçinin 
onlara mövcud resursları əldə etmələri üçün də yardımçı olurlar. 
2.
Sosial işçilər vəkilər kimi. 
Məqsəd: müştərilərin arzu və tələblərini müvafiq yerlərə çatdırmaq 
üçün çalışırlar. Onlar həmçin insanlara mənfi təsir edən siyasət və 
proqramların dəyişilməsinə çalışırlar. Eyni zamanda, tələb olunan yeni 
siyasət və proqramların yaradılması uğrunda da mübarizə aparırlar. 


66 
Təsviri: vəkillik sosial işin özəyidir və sosial işçilərin etik qaydalar 
məcəlləsində əsas götürülmüşdü. Sosial elmlər üzrə alimlər vəkillik 
funksiyasına belə tərif verirlər: vəkillik əhalinin aciz və təcrid olunmuş 
təbəqəsi adından çıxış edərək onların hüquqlarını qoruyur, onları 
müdafiə edir, müdaxilələr edir və eyni zamanda yeni siyasət və 
proqramların yaranması üçün təkliflər və tövsiyyələr verirlər. 
3.
Sosial işçilər müəllim kimi. 
Məqsəd: bu sosial işçilər problemlər yaranmamışdan qabaq onların 
qarşısını almaq üçün müştəriləri və ya əhalini maarifləndirirlər, onlara 
bilik və bacarıqlar aşılayırlar. 
Təsviri: bu sahədə işləyən sosial işçilər makro səviyyədə fəaliyyət 
göstərmiş olurlar. Onlar öyrəndikləri bilik və bacarıqları üzbə-üz 
müsahibə zamanı, yaxud xüsusi dərs proqramları zamanı müştərilərə və 
əhaliyə ötürürlər. Öyrətdikləri biliklər gündəlik sosial və yaşayış 
bacarıqları, davranış dəyişikliyi etmək üçün biliklər, öncədən qarşısını 
almaq kimi sahələri əhatə edir. 
4.
Klinik/ Məsləhətçi kimi sosial işçilər. 
Məqsəd: müştərilərə hisslərini daha yaxşı başa düşməyi izah etməklə, 
davranışlarını dəyişməklə, eyni zamanda problemlərin qarşısını almaq 
üçün bəzi bacarıqları öyrətməklə müştərilərin sosial funksiyalarını 
artırmağa kömək edir.
Təsviri: bu sosial işçilər sosial işin nəzəriyyə və metodikasını tətbiq 
etməklə insanlara onların psixososial disfunksiyalarını dəf etməkdə, 
mənəvi və əqli pozuntular zamanı müdaxilə edərək yardım etmək, 
habelə əlillik və zədənin qarşısının alınmasında və yaxşılaşmasında 
kömək edirlər. Bunu etmək üçün sosial işçilər insan davranışının 
nəzəriyyəsini, eyni zamanda sosial mühitin insana necə təsir etməsini 
yaxşı bilməlidirlər. Bu onlara müştəriyə stresini, disfunksiyasını və 
mənəvi çətinliyini həll etmək üçün düzgün müalicə formasının 
seçilməsində kömək etməkdir.
Sosial işçilərin peşə hazırlığının ilk proqramları 
XIX əsrin sonunda 
Amsterdamda, sonradan isə Berlində və Londonda meydana gəlmişdir.


67 
Bugünkü gündə ―sosial işçi‖ peşəsini bir neçə ixtisas təmsil edir: 
sosial pedaqoq-psixoloq, etnoloq, sosial hüquqşünas, ekoloq, valeoloq, 
sosial animator, qerontoloq, ―risk qrupları‖ ilə çalışan sosial işçilər, tibbi 
sosial işçilər, məktəbdə çalışan sosial işçi, istehsalarda çalışan sosial işçi, 
ekstremal vəziyyətlərdə sosial işçi və s. 
Ümumpeşə fənləri sahəsinə aşağıdakılar aiddir: müxtəlif sosial 
mühitdə sosial işin spesifikliyi; aparıcı yerli və xarici sosial iş təcrübəsi; 
əsas psixoloji funksiyalar və onların fizioloji mexanizmləri, psixikanın 
təşəkkülündə təbii və sosial amillərin qarşılıqlı münasibəti, insan 
davranışında iradə və emosiyaların, tələbat və motivlərin, eləcə də 
şüursuz mexanizmlərin əhəmiyyəti; şəxsiyyətə sosioloji yanaşma, onun 
sosiallaşma prosesində formalaşması amilləri və sosial davranışın 
tənzimlənməsinin əsas qanunauyğunluqları və formaları; sosial birliklər 
və sosial qruplar, sosial proseslərin növləri və nəticələri haqqında elmi 
təsəvvür; kütləvi sosial hərəkatların yaranmasının və inkişafının əsas 
mənbələri; sosial qarşılıqlı əlaqələrin formaları,. Sosial inkişafın 
amilləri, sosial təşkilatların növləri və strukturu; ümumi və ailə 
pedaqogikasının əsasları; pedaqoji fəaliyyətin formaları, vasitələri və 
metodları; tərbiyyə işi və maarifləndirmənin forma və metodları; məişət 
və ailə tərbiyyəsinin milli xüsusiyyətləri, xalq ənənələri; ana və uşaqları 
mühafizəni tənzimləyən, onların sosial müdafiəsini təmin edən ailə
əmək, mənzil qanunvericiliyi normaları; cinayət və mülki hüququn 
əsasları; qəyyumluq, hamilik, övladlığa götürmə, valideynlik 
hüquqlarından məhrumetmə qaydaları və təşkili, xüsusi təlim-tərbiyə 
müəssisələrinə göndəri, tibbi-sosial işin, sosial maarifin, sağlam həyat 
tərzinin təbliğinin təşkili. 
Sosial işçinin hazırlığına həmçinin başqa dillərə məxsus mühitdə 
peşəkar fəaliyyətin imkanlarını nəzərə almaqla xaric dilləri bilmək; öz 
işini təşkil etmək bacarığı, kompyuter metodlarını bilməsi, öz 
imkanlarını təhlil etmə və s. bacarıqları da daxildir. 
Sosial işçini peşəkar funksiyaların realizəsi ilə bağlı məqsədin 
qoyulması və vəzifələrin qısaca və dürüst ifadə edilməsi bacarığı; 
kollektivdə iş yoldaşları ilə birgə işləmək qabiliyyəti; idarəetmə 
metodları ilə tanışlıq, icraçıların işini təşkil etmək, idarəetmə qərarlarını 
tapmaq və qəbul etmək bacarığı; pedaqoji fəaliyyətin əsaslarına 


68 
yiyələnmək; fələrarası layihələrdə işləməyə hazırlıq; insanda mənəvi və 
cismani, bioloji və sosial əsasların qarşılıql münasibətlərinin, insanın 
texniki inkişaf dövründə onun təbiətdə mövcudluğunda ziddiyyətlərə və 
böhrana münasibətinin mənasının başa düşülməsi səciyyələndirilməlidir. 
Bütövlükdə, nəzəri bilikləri və praktiki bacarıqları əldə edəndən 
sonra sosial iş üzrə mütəxəssis sosial iş sahəsində təşkilati-idarəetmə, 
elmi-pedaqoji və praktiki fəaliyyətə malik olmalıdır. 
Peşə seçimi hər bir insanın, xüsusilə gəncin (o, öz qüvvəsini 
sınamaq sahəsini ilk dəfə seçir) həyatında ciddi addım olduğundan
ətraflı götür-qoy etməli, şüurlu, əsaslandırılmış surətdə yanaşmalıdır. 
Peşə seçimi üçün əsas qabiliyyət – gələcək mütəxəssisin 
şəxsiyyətinin özünəməxsus mənəvi-əxlaqi keyfiyyətlərinin və sosial işə 
meylinin üzvi birləşməsi ola bilər.
Beləliklə, sosial işçinin əxlaqi davranışı onun şəxsiyyətinin əxlaqi 
və mənəvi keyfiyyətləri ilə müəyyən olunur. 
Sosial iş poliparadiqmal nəzəriyyə və təcrübə kimi səciyyələnir. 
Sosial işin metodologiyası müştəridən başqa sosial işçinin də iştirak 
etdiyi predmet və obyektin, eləcə də sosial işçi və kliyentin qarşılıqlı 
münasibətinin baş verdiyi sosial kontekstin, sosial işin strukturunun və 
sahənin fəaliyyət prinsiplərinin öyrənilməsini nəzərdə tutur. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə