Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə24/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   20   21   22   23   24   25   26   27   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

Özünümüəyyənetmə
- insan təbiətinin əsas hissəsidir‖ əqidəsi belə 
bir fikrə gətirir: insanlar son nəticədə öz vəziyyətlərinə görə 
cavabdehdirlər. İstənilən halda ―Mən‖ ilə yaşantı arasında uyğunsuzluq 
yaranan andan etibarən insanın müdafiəsi adekvat işləmir və əvvəl bütöv 
olan ―Mən‖ strukturu dağılır. Bu baş verərkən insan həyəcan və təhlükə 
qarşısında son dərəcə zəif olur. O, özünü yalnız başqaları üçün deyil, 
özü üçün də anlaşılmaz aparır. 
K.Rocersin çoxsaylı bioqraflı hesab edirlər ki, onun elmi 
yaradıcılığının xarakterinə hadisələrin inkişafının təbii proseslər 
şəraitində izləməkdən zövq almaqdan ibarət uşaqlıq dövrünün təbiətinə 
olan marağı böyük təsir etmişdir. Kliyentin inkişafını isə o, psixoloji 
müdafiənin və özünüdərketmənin (mənlik şüurunun) özü tərəfindən 
istiqamətləndirilməsinin zəifləməsi prosesləri vasitəsilə təsvir edirdi.


60 
Rocers özünün şəxsiyyət və davranış nəzəriyyəsinə aid 
tədqiqatlarını genişləndirir və onların nəticələrini ―Kliyent üzərində 
mərkəzləşmiş terapiya‖ kitabına daxil edir. Onun nəzəriyyəsi 19 başlıca 
tezisə əsaslanır: 
1.
Hər bir fərd öz təcrübəsinin daim dəyişən dünyasında 
mövcuddur. Bub dünyanın mərkəzini fərdin özü təşkil edir. 
2.
Orqanizm hadisələrin fərdin təcrübəsində necə yazılmış 
olmasına və onları qavramasına reaksiya verir. Məhz bu 
qavrayış sahəsi fərdin ―reallığıdır‖. 
3.
Orqanizm bu fenomenoloji sahəyə təşkil olunmuş tam kimi 
reaksiya verir. 
4.
Orqanizm bir başlıca tendensiyaya və meylə malikdir. Özünü 
yeni təcrübəsini mənimsəyən quruluş kimi fəallaşdırmaq, özünə 
kömək etmək və özünü böyütmək istiqamətindədir. 
5.
Davranış - əsasən müəyyən məqsədə istiqamətlənmiş 
orqanizmin öz ehtiyaclarını qavrayışına uyğun olaraq sınaqdan 
keçirdiyi metodlar vasitəsilə təmin etmək cəhdidir. 
6.
Emosiya, belə məqsədyönlü davranışı müşayiət edir və əsasən 
onu doğurur. Emosiyanın intensivliyi orqanizmə kömək və onun 
gücləndirilməsi 
üçün davranışın vacibliyinin subyektiv 
qavranılması sahəsinə aiddir. 
7.
Davranışı anlamaq üçün ən yaxşı və uduşlu mövqe fərdin özü 
ilə əlaqəsindən irəli gəlir.
8.
Qavranılan ümumi sahənin bir hissəsi tədricən özünütəsdiq kimi 
müəyyənləşdirilməyə başlayır. 
9.
Ətraf mühitlə qarşılıqlı təsir nəticəsində, xüsusilə başqalarının 
qiymətləndirmə 
xarakterli 
qarşılıqlı 
təsiri 
nəticəsində 
özünüstruktur formalaşır. 
10.
İnsanın davranışını müəyyən edən dəyərlər: a) təcrübə ilə 
bağlı olanlar; b) ―Öz‖ün struktur hissəsi ilə əlaqədar olanlar; c) 
bilavasitə orqanizm tərəfindən qazanılanlar; başqalarından 
mənimsənilmiş, lakin təhrif olunmuş formada sanki bilavasitə 
qazanılmış kimi qazanılanlar. 
11.
Fərdin həyatı boyu təcrübə toplaması gedişində dəyərlər: a) 
―Öz‖ə münasibətdə rəmzləşdirilə, qavranıla və təşkil oluna 
bilərlər, yaxud b)‖Öz‖ün strukturu ilə qavranılanla əlaqə 


61 
olmadığı üçün nəzərə alınmaya bilərlər; yaxud da c) təcrübə 
―Öz‖ün strukturuna uyğun gəlmədiyi halda, inkar olunan və ya 
təhrifli şəkildə rəmzləşdirilə bilərlər. 
12.
Orqanizmin qəbul etdiyi davranış üsullarının əksəriyyəti 
―Mən‖ konsepsiyasına uyğun gələnlərdir.
13.
Bəzi hallarda davranışı simvollaşdırılmamış orqanik təcrübə 
və ehtiyaclar doğurur. Belə davranış ―Öz‖ün strukturuna 
münasibətdə ardıcıl olmur. Bu halda davranış, sanki həmin fərdə 
aid olmur. 
14.
Ətraf aləmə uyğunlaşmaqda psixoloji bacarıqsızlıq insanın 
müəyyən mühüm xarici və daxili təcrübəni qəbul və dərk 
etməməsi 
zamanı yaranır. Dərk olunmayan təcrübə 
simvollaşdırılmır və tam ―Öz‖ün bir hissəsinə çevrilə bilmir. 
Belə bir hal baş verdiyi təqdirdə psixoloji gərginlik üçün şərait 
yaranır. 
15.
Psixoloji uyğunlaşma (adaptasiya) ―Mən‖ konsepsiyasının 
orqanizmin bütün xarici və daxili təcrübəsinin assimilyasiyasına 
uğradığı quruluş zamanı baş verir. 
16.
―Öz‖ün strukturu ilə uzlaşmayan istənilən təcrübə təhlükə 
kimi qavranıla bilər. Belə uyğunsuzluqların sayı çox olduqca, 
―Öz‖ daha rigid quruluşa malik olur və özünə kömək funksiyası 
daha zəif yerinə yetirilir. 
17.
Müəyyən şəraitdə, əsasən ―Öz‖ üçün heç bir təhlükənin 
olmadığı bir vəziyyətdə, ―Öz‖ə uyğun olmayan təcrübə elə 
qavranıla bilər ki, ―Öz‖ quruluşunu dəyişər (yenidən qurular) və 
bu təcrübəni assimilyasiya edər. 
18.
Fərd bütün xarici və daxili təcrübəni vahid ardıcıl və 
birləşmiş sistem kimi qavrayır və qəbul edirsə, bu halda o, 
başqalarını daha yaxşı anlayır və başqalarına qarşı ayrı-ayrı 
fərdlər kimi daha açıq olur. 
19.
Fərd ―Öz‖ün strukturunda daha çox öz təbii təcrübəsini 
qavradığı və qəbul etdiyi bir zamanda öz dəyərlər sistemini (bu 
sistem, əsasən xarici təsirlərə əsaslanıb subyektiv şəkildə 
rəmzləşdirilmişdi) dəyişdirdiyini aşkar edir və dəyərlərin 
yenidən qiymətləndirilməsinin təbii prosesi davam edir.


62 
Rocersin şəxsyyət haqqında başqa fərziyyəsi (8-ci müddəa) 
belədir: inkişaf edən uşağın daxili aləminin bir hissəsi ―mən özüm‖ 
ifadəsində təzahür edir. O, uşaq davranışını mühitlə qarşılıqlı təsirin 
gedişində uşaqda özü, mühit, mühitlə qarşılıqlı təsirdə olan özü 
haqqında anlayışın yaranması kimi təsvir edirdi. 
Böyüdükcə situasiya dəyişir, uşağa başqaları qiymət verməyə 
başlayır. Uşaqlara başqalarının məhəbbəti və özü haqda ―sevilən uşaq‖ 
təsəvvürü artıq davranışdan asılı olur. Məsələn, qardaşa nifrət uşağa 
deyilən ―sən pissən‖ , ―səni sevmirik‖ sözlərindən doğa bilər. Uşaq 
müsbət ―mən‖ – konsepsiyasını qoruyub saxlamaq naminə təcrübəni 
təhrif etmək zərurəti ilə də üzləşə bilər. 
Analoji olaraq, psixoterapiya prosesində bütün iştirakçıların hiss və 
qavrayışlarında dəyişikliklər baş verə bilər. Kliyent öncə düşünə bilər ki, 
köməkçi pul məsələsində maraqlıdır. Bu gerçəklik kliyentin terapevti 
qavramasını təhrif edə bilər və reallıqda qayğı terapevtin davranışının 
başlıca motivi olduğu halda, kliyent özünə yönələn bu qayğını görməz. 
İnsanın daxili hesablama sistemini onun persepsiya sahəsi (hiss və 
yaşantı dünyasının qavrayışı) təşkil edir. Şəxsiyyət üzərində 
mərkəzləşmiş terapiya nöqteyi-nəzərincə, bu daxili hesab sistemi 
insanları, özlərini nə üçün məhz belə aparmalarını tam şəkildə anlamağa 
imkan yaradır. Bu davranış, münasibətlər və bütövlükdə şəxsiyyət haqda 
xarici düşüncələrdən fərqlidir.
Psixoterapevtik təcrübə və tədqiqatlar göstərdi ki, bu keyfiyyətlər 
yaradıla və münasibətlərdə mövcud ola bilərlər. Bundan əlavə, 
şəxsiyyətə, mərkəzləşmiş yönümlü terapevtlərə aydın oldu ki, 
özünüdəyişmə, özünüqəbul kimi hadisələr, bilavasitə əlaqədə olan, tələb 
olarsa, maneələri dəf etməyə qabilliyin inkişafı, münasibətlərdə açıqlıq, 
―xarici qiymətləndirmə lokusu‖ndan ―daxili qiymətləndirmə lokusu‖na 
keçid – bütün bunlar qısamüddətli intensiv qrup psixoterapiyası 
kurslarında və hətta bir intervyunun gedişində baş verə bilər. 
Şərtsiz müsbət münasibət və onun təzahürləri – mülayimlik, 
qəbuletmə, qayğı vacibdir. Çünki terapevtin kliyenti müsbət qiymət 
vermədən qəbul etməsi, terapevtik dəyişikliklər ehtimalını artırır. 
Kliyent görüş anında fərqli hisslər-coşqunluq, narazılıq, təhlükə, qəzəb, 


63 
cəsurluq, məhəbbət və ya qürur hissi keçirə bilər. Bunlardan asılı 
olmayaraq terapevt onu qəbul etməyə hazır olmalıdır.
Rocers rəqabətliyi terapevtik böyümədə vacib şərt kimi 
dəyərləndirirdi. ―Bu, onu nəzəri tutmur ki, həkim impulsiv olaraq ağlına 
gələni söyləyir. Bu o deməkdir ki, terapevt kliyentin hisslərini rədd etmir 
və münasibətlərdə mövcud olan istənilən davamlı hissə qarşı açıqdır və 
bu açıqlığa həmişə hazırdır. Bu peşəkarlıq maskası arxasında gizlənmək 
həvəsindən uzaqlaşmaq deməkdir‖. ―Terapevtin təqdim etdiyi‖ 
empatiya, konqruentlik və şərtsiz müsbət münasibətdən əlavə üç başqa 
şərt də mövcuddur. 
Kliyent və həkim psixoloji təmasda olmalıdırlar. 
Kliyent müəyyən adamla və ya müəyyən səbəbdən narahatlıq, 
zəiflik və ya uyuşmazlıq hiss etməlidir. 
Kliyent terapevtin təqdim etdiyini qəbul və ya hiss etməyə qadir 
olmalıdır. 
Terapevt kliyentə hörmət nümayiş etdirərək ona rahat olanı 
seçməyə icazə verir.
Terapevt kliyentin həm müsbət, həm də mənfi hisslərinə, həm onun 
nitqinə, həm də susmasına, sakitliyinə diqqət yetirir. Bu ilk saat, növbəti 
yüzlərlə saatın birincisi və ya yeganə saat ola bilər; bu, kliyentin özünün 
müəyyənləşməsi üçün həm zaman, həm də imkandır. Əgər kliyentin 
sualları varsa, terapevt onların arxasındakı hissləri tanımağa və onlara 
cavab verməyə çalışacaq. ―Bütün bunların öhdəsindən necə gəlim?‖ 
kimi sakramental sual müxtəlif hiss və niyyətləri ifadə edə bilər.
Sosial iş yalnız fokusuna universal istiqamətlənmiş deyil, daha çox 
seçici istiqamətli olmalıdır: öz yanaşmasında prezentiv olmaqdan çox, 
reaktiv və məqsədlərində daha təvazökar olmalıdır. O, öz görüş sahəsinə 
aid tələbatlara münasibətdə preventiv olmalıdır. Lakin bütövlükdə 
cəmiyyətin tələbatları ilə məşğul olmaq üçün o, nə qabiliyyətə, nə 
resurslara, nə də mandata malikdir. Göründüyü kimi, sosial işdə 
humanist yanaşma, humanist psixologiyanın banilərinin nümayiş 
etdirdikləri sosial, ictimai təfəkkür tendensiyasını əks etdirir. Belə ki, 
Böyük Britaniya Milli Sosial İş İnstitutunun Barklay komitəsinin 1982-
ci ildə dərc olunmuş məşhur hesabatında sosial işin rolunun 


64 
konsepsiyasının genişləndirilməsinə aid təkliflər vardər. Buraya həm 
ənənəvi konsultativ iş, həm də sosial qayğının planlaşdırılması (social 
care planning) daxil olmalıdır.
Beləliklə, humanist yanaşmanın sosial işin formalaşmasına təsir 
edən başlıca ideya və dəyərləri aşağıdakılardır: 

Empatiya 

Hörmət 

Diqqət 

Rəqabətlik 

Konkretlilik 

Həyat vərdişləri 

Çətinliklərin öhdəsindən gəlmək vərdişləri 

Qəbuletmə 

Özünüdərketmə 

Başqalarına şərtsiz/şərtli müsbət münasibət 

Özünə şərtsiz/şərtli münasibət 

Özünüqüvvətləndirmə 

Başqalarını qüvvətləndirmə 

Sağlam mikro və makro sistemlərin yaradılması. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə