Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə21/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   17   18   19   20   21   22   23   24   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

Sosial xidmətin subyektləri
dedikdə sosial xidmət göstərənlər və 
bu xidmətə götürülənlər nəzərdə tutulur. 
Dövlət – sosial xidmətin mühüm subyektidir. ―Sosial xidmət 
haqqında‖ Azərbaycan Respublikası Qanununa əsasən sosial xidmət 
sahəsində dövlət öz üzərinə bir sıra vəzifələr götürür. Bu, sosial dövlət 
ideyasından qaynaqlanır və dövlətin üzərinə daha çox öhdəliklər 
götürməsindən irəli gəlir. Həmin vəzifələr əsasən aşağıdakılardan 
ibarətdir: 
1.
Sosial xidmət sahəsində dövlət siyasətinin formalaşdırılması və 
həyata keçirilməsi, o cümlədən müvafiq normativ hüquqi 
aktların və dövlət standartlarının qəbul edilməsi; 
2.
Sosial 
xidmətlərin 
göstərilməsi 
sahəsindəki 
fəaliyyətə 
bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki 
şəxslərin cəlb edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi 
və dəstəklənməsi; 
3.
Sosial xidmətin təmin edilməsi üçün zəruri infrastrukturun və 
şəraitin, o cümlədən maddi-texniki bazanın yaradılması və 
inkişaf etdirilməsi; 
4.
Sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmət 
sisteminin qanunla müəyyən edilmiş forma və növləri üzrə 
xidmət göstərilməsinin təmin edilməsi; 
5.
Sosial xidmət sahəsində beynəlxalq əməkdaşlığın inkişaf 
etdrilməsi. 


46 
Ölkəmizdə sosial işçi institutu yenicə formalaşdığından sosial 
işçilərin hazırlanmasına ciddi ehtiyac vardır. Sosial işçilərin 
hazırlanması zamanı artan tələbatı nəzərə alaraq, iki istiqamətə üstünlük 
verilməlidir:
Birincisi, hazırda sosial xidmət müəssisələrinin mövcud 
şəbəkəsində fəaliyyət göstərən şəxslərin mütərəqqi təcrübəsinə uyğun 
olaraq ―sosial işçi‖ kimi yenidən hazırlanması; 
İkincisi, ali və orta ixtisas təhsil müəssisələrində yüksək ixtisaslı 
sosial işçilərin hazırlanması. 
Bunun üçün müvafiq tədris və təlim proqramları işlənib 
hazırlanmalıdır. Təlim proqramları sosial işçilərin ailələrdə sosial işin 
aparılması və uşaq tərbibyəsi haqqında dolğun bilgiləri əhatə etməlidir. 
―Sosial xidmət haqqında‖ Azərbaycan Respublikasının Qanununun 
17-ci maddəsinə (sosial xidmət müəssisələri) əsasən çətiin həyat 
şəraitində olan şəxslərə sosial xidmətin ayrı-ayrı formalarına və 
növlərinə uyğun xidmətin göstərilməsi məqsədilə sosial xidmət 
müəssisələri yaradılır və fəaliyyət göstərir. Bu müəssisələrin dairəsi 
kifayət qədər genişdir və bura aşağıdakılar aid edilə bilər: 
• Ahıllar, əlillər və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 
internat evləri; 
• Psixonevroloji internat; 
• İnsan alveri qurbanları üçün yardım mərkəzləri; 
• Günərzi qayğı mərkəzləri; 
• Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial 
reabilitasiya müəssisələri; 
• Sosial-psixoloji yardım mərkəzləri, müvəqqəti sığınacaqlar, peşə 
istiqamətləndiirmə mərkəzləri; 
• Palliativ yardım mərkəzləri, hospislər; 
• İcma əsaslı reabilitasiya mərkəzləri, himayədar ailə, kiçik qrup 
evləri, müvəqqəti qayğı xidmətləri; 
• Sosial mağazalar və yeməkxanalar, digər müəssisə və xidmətlər. 


47 
―Sosial xidmət haqqında‖ qanunun 7-ci maddəsinə görə şəxs (ailə) 
aşağıdakı əsaslardan azı biri olduqda çətin həyat şəraitində hesab edilir: 
1.
Uşaqların valideynlərini itirməsi və ya valideyn himayəsindən 
məhrum olması; 
2.
Uşaqların sağlamlıq imkanlarının məhdud olması; 
3.
Yetkinlik yaşına çatmayanları baxımsızlığı və ya sosial təhlükəli 
vəziyyətdə olması; 
4.
Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq 
qabiliyyətinin, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə 
biləcək əmək qabiliyyəti olan qohumların və ya qanuni 
nümayəndələrin olmaması. 
5.
Şəxsin ictimai təhlükəli xəstəliyə tutulmasına görə həyat 
fəaliyyətinin məhdudlaşması; 
6.
İnsan alverinin qurbanı olması; 
7.
Məişət zorakılığından zərər çəkməsi; 
8.
Müəyyən yaşayış yerinin olmaması; 
9.
Valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum 
olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin 
həmin müəssisələri tərk etdikdən sonra yaşayış yerinin 
olmaması; 
10.
Şəxsin sosial yadırğama (dezadaptasiya) və sosial 
məhrumiyyət (deprivasiya) vəziyyətində olması. 
Göründüyü kimi, sosial xidmətə götürülmək üçün əsaslar kifayət 
qədər geniş və əhatəlidir. Bu hallardan biri olduqda şəxsin sosial 
xidmətə götürülməsinə əsas yaranır. Lakin bu heç də o demək deyil ki,
çətin həyat şəraitində hesab edilən istənilən şəxs ölkədə mövcud olan 
sosial xidmət siisteminin bütün forma və növlərindən istifadə edə bilər. 
Belə ki, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum 
olmuş uşaqlara göstərilən sosial xidmət əsasə stasionar formada (evləri 
və internat müəssisələri yerləşdirmə) və onların təlim tərbiyəsinin təşkili 
istiqamətində olmalıdır. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə