Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Mövzu 3. Sosial işin mənəvi-humanist xarakteri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə23/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   19   20   21   22   23   24   25   26   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

Mövzu 3. Sosial işin mənəvi-humanist xarakteri 
3.1. Sosial işin mənəvi-humanist xarakteri 
3.2. Sosial işin xüsusiyyətləri 
3.3. Sosial işin insan hüquqlarının qorunmasında yeri 
3.4. Sosial iş və dövlətin sosial siyasəti 
3.5. Sosial işdə sosial müdafiə
3.1. Sosial işin mənəvi-humanist xarakteri 
Sosial iş sistemi ictimai tarixi sistem olmaqla mürəkkəb, açıq 
sistemlər sinfinə aiddir. Açıq sistem kimi sosial iş başqa sistemlərlə sıx 
qarşılıqlı təsirdə olub, onlarla informasiya mübadiləsi aparır. Bu, sosial 
iş modellərinin məzmununun, xarakterinin xüsusiyyətlərində təzahür 
edir. 
Praktik fəaliyyət kimi sosial iş sisteminin aşağıdakı elementləri 
var: 

Sosial işin obyekti və subyekti sosial iş sistemində ―kim fəaliyyət 
göstərir?‖ və ―fəaliyyət kimə istiqamətlənib?‖ sualına cavab verir. 

Sosial işin sahələri bu kimi sferaları əks etdirir ki, orada 
problemlər həll olunur, sosial işin məzmununun formalaşmasına 
təsir edir və cəmiyyətin inkişafının, onun mədəniyyətinin, ictimai 
şüurunun, ideologiyasının, siyasətinin səviyyəsi müəyyən olunur. 

Sosial iş institutları özünə onların aparıvı fəaliyyətinin həyata 
keçirilməsinə kömək göstərən əsas sosial xidmətləri və mərkəzləri 
daxil edir. 

Sosial işin metodları – xüsusi fəndlərin, məqsədlərə nail olma 
üsullarının və sosial işin vəzifələrinin kompleksidir. 

Formalar, adətən sosial işin metodları və institutları ilə 
əlaqədədirlər, kliyentin həyati problemlərinin həlli üçün həm 


58 
ayrıca tədbirlər, həm də sistematik, çoxsəviyyəli, uzunmüddətli 
proqramlar ayırd edilir. 
Sosial işin mürəkkəb, iyerarxiyalı məqsədgüdmə sistemində müxtəlif 
sistem səviyyələrini fərqləndirmək qəbul olunub. 
1.
Milli səviyyəni cəmiyyətin və dövlətin müəssisə və təşkilatları 
təşkil edir. Bu səviyyə çox ümumi səciyyələndirilir. Hazırda 
ölkəmizdə sosial müdafiənin alt sistemləri, əlavə təhsillə, dövlət 
səviyyəsində müxtəlif komitələr və nazirliklər simasında gənclər 
proqramları ilə təmsil olunub. 
2.
Regional səviyyə regionun spesifikliyi ilə onun təbii iqlim
iqtisadi, demoqrafik və başqa göstəriciləri ilə müəyyən olunur. 
3.
Bələdiyyə səviyyəsi ilk növbədə şəhər səviyyəsində sosial işin 
məqsəd və vəzifələrinin realizə edilməsində, məsələn, qəyyumluq 
və himayədarlıq problemlərinin həllində sosial müdafiə idarəsinin 
və xalq təhsili şöbəsinin qarşılıqlı münasibətləri, idarəetmə 
sahələrinin bölgüsünün, spesifikliyini əks edir. 
4.
Lokal səviyyə konkret mikrososium xüsusiyyətləri, onun sosial-
mədəni özünəməxsusluğu ilə əlaqədardır. 
5.
Sosial iş sisteminin regional, bələdiyyə və lokal səviyyəsi sosial 
xidmət modellərinin tiplərinin yüksək dərəcədə variativliyi və 
rəngarəngliyi ilə səciyyələnir. 
Sosial iş sisteminin mövcudluğunun səmərəli şərtlərini qeyd etmək 
məqsədəuyğundur: 

Sosial işin mədəni və sosial məqsədəuyğunluğu; 

Sistemin cəmiyyətin sosial vəzifələrinə və real imkanlarına 
adekvatlığı; 

Cəmiyyətin təqdim olunan sosial iş sisteminin realizəsinə hazır 
olması və hazırlılığı. 
Sosial iş institutları - əhalinin sosial problemlərinin həlli ilə məşğul 
olan (rəsmi, qeyri-rəsmi, dövlət, qeyri-dövlət, könüllü, ictimai xarakterli 
sosial xidmətlər) müəssisələridir. Hər bir sosial institutun özünün 
spesifik vəzifələri vardır. Sosial işin ümumdünya təcrübəsi, sosial iş 
institutlarının aşağıdakı növləri nümayiş etdirir: 


59 

Ümumprofilli 

İxtisaslaşmış 
Ümumprofilli institutlara konkret icmanın, kommunanın, 
bələdiyyənin və digər kiçik inzibati-ərazi vahidlərinin sakinlərinə xidmət 
göstərmək üçün açılmış müəssisələr aiddir. Bu müəssisələrin məqsəd və 
vəzifələri: insanların yaşayış yerinə maksimal dərəcədə yaxın olmaqla 
hər bir ehtiyacı olana ilkin sosial yardım göstərmək. 
Ümumprofilli müəssisələrin xüsusiyyətləri konkret ölkədə sosial 
yardımın modelinin spesifikliyi ilə bağlıdır. 
İxtisaslaşmış müəssisələr əhalinin müəyyən kateqoriyalarına sosial 
xidmətlər göstərirlər: sosial sığınacaqlar, reabilitasiya mərkəzləri və s. 
Sosial işə fərqli yanaşmaların tarixi təhlili və müqayisəsi, ―sosial iş 
bütünlüklə humanist yanaşmaya əsaslanır‖ fikrinin çox bəsit olduğunu 
üzə çıxarır. ―Humanst‖ (psixologiya) terminini ―insanpərvər‖(praktika) 
termini ilə eyniləşdirmək olmaz.
Humanist və fenomenoloji yanaşmalardan sosial işə gələn başlıca 
müddəa budur: maddi və ya obyektiv gerçəklik insanın indiki anda 
şüurlu şəkildə qavradığı və interpretasiya etdiyi reallıqdır. Əsas etik 
dəyər insanların öz talelərini müəyyən etməyə qabil olması prinsipidir. 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə