Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Sosial işin insan hüquqlarının qorunmasında yeri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə26/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   22   23   24   25   26   27   28   29   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

 
3.3. Sosial işin insan hüquqlarının qorunmasında yeri 
İnsan hüquqları problemi tarix boyu davam etmişdir. İnsan 
hüquqları – insanın və onun yaşadığı birliyin qarşılıqlı münasibəti 
məsələsinin şərhi və praktiki həlli üsullarından biridir. Bu fərdə insanlar 
və dövlət arasında öz bildiyi kimi hərəkət etmək (hüququn bu hissəsini, 
adətən azadlıq adlandırırlar) yaxud müəyyən fayda götürmək (bu 
hüququn özüdür) imkanı verən qarşılıqlı əlaqə prinsipləri, normalarıdır. 
İnsan hüquqları bu əlaqələrdə şəxsiyyətin azadlığını və ləyaqətini, onun 
ən yüksək dəyər statusunu təsdiq edir. 
İnsanın müasir hüquq konsepsiyasında üç əsas blok seçilir. Birinci 
blok hüquqlara fikir, vicdan, dini etiqad azadlıq hüququ, yaşayış və 


69 
şəxsiyyətin təhlükəsizliyi hüququ, ədalət, bərabərlik və insan ləyaqətinə 
hörmət hüququ aiddir. 
İkinci blok hüquqlara əmək, müstəqil iş yeri seçim, sosial təminat 
təhsil, sağlamlıq hüququ və s.daxildir. Bu hüquqların həyata keçirilməsi 
―dövlət – cəmiyyət – vətəndaş‖ sistemində qarşılıqlı təsirin xarakterini 
normativ şəkildə təyin etmək və fərdin müdafiəsi ürə xüsusi proqram, 
təminat sistemlərəi və mexanizmləri yaratmaq üçün dövlət tərəfindən 
müəyyən müdaxiləni nəzərdə tutur. 
Üçüncü bloka kollektiv adlanan hüquqlar – sülh hüququ, milli 
müqəddəratı təyin etmək hüququ, sağlam ətraf mühit, cinsi 
mənsubiyyətə, yaşa və milli əlamətə görə ayrıseçkilikdən azadlıq 
hüququ aiddir. 
İnsan hüquqlarının ən ümumi təsnifatə bütün hüquqların 
neqativ(azadlıqlar) və pozitivlərə bölünməsidir. Neqativ mənada azadlıq 
şəxsiyyətə münasibətdə məcburiyyətin, məhdudiyyətin olmaması, öz 
istədiyi kimi hərəkət etmək imkanının olması; pozitiv mənada isə, seçim 
azadlığı, ən başlıcası isə insanın qoyulmuş məqsədə nail olmaq
bütövlükdə fərdi inkişaf qabiliyyətini aşkar etmək bacarığıdır. Neqativ 
hüquqlardan fərqli olaraq pozitiv hüquqlar dövlətin, şəxsin və təşkilatın 
vətəndaşı müəyyən hərəkətlər həyata keçirmək üçün bu, yaxud başqa 
nemətlə təmin etmək vəzifəsini qeydə alır. Bütün sosial hüquqlar pozitiv 
hüquq xarakteri daşıyır. 
İnsan hüquqlarının ən geniş yayılmış təsnifatı onların mülki 
(şəxsi), siyasi, iqtisadi, sosial (sözün dar mənasında), mədəni və ekoloji 
hüquqlara bölünməsidir. 
Mülki (şəxsi) hüquqlar - əsasən neqativ hüquq xarakteri daşıyan 
təbii, əsas və ayrılmaz insan hüquqlarıdır. Mülki hüquqlara hər şeydən 
əvvəl yaşamaq hüququ, azadlıq və şəxsi toxunulmazlıq, təmiz ad və 
qürurun müdafiəsi, yaşamaq üçün yer seçimi və hərəkət etmək 
hüquqlarıdır. 
Siyasi hüquqlar vətəndaşların dövlətin idarə olunmasında və 
ictimai həyatda da fəal iştirakəı imkanlarını müəyyən edir. Onlara əsasən 
insanın vətəndaşlıq hüququ, seçki hüququ, ittifaq və assosiasiya, 


70 
nümayiş və iclas azadlığı, söz, fikir azadlığı, eyni zamanda mətbuat və 
vicdan azadlığı aiddir. 
İqtisadi azadlıqlar bilavasitə mülki və siyasi hüquqlara yaxındır. 
Onlar fərdin istehlak predmetlərindən və təsərrüfat fəaliyyətinin əsas 
amillərindən özü istədiyi kimi istifadə etməyin təminatı ilə bağlıdır. 
Mülki, siyasi və iqtisadi hüquqları çox vaxt liberal hüquq, yaxud 
birinci nəsil hüququ adlandırırlar.
İkinci nəsil hüquqlara sosial, mədən və ekoloji hüquqlar aiddir. 
Onlar birlikdə dövlətin hər bir insana layiqli yaşayış şəraiti, minimum 
maddi nemətlər və xidmət, həmçinin sağlam ətraf mühiti təmin etməsini 
müəyyən edir. 
Bütün adları çəkilən hüquqlar cəmlənmiş şəkildə BMT Baş 
Assambleyasının 1 dekabr 1948-ci ildə qəbuletdiyi Ümumi İnsan 
Hüquqları Deklarasiyasında sadalanmışdır. Deklarasiyanı BMT-nin onu 
hüquqi qüvvəyə mindirən daha dörd sənədi tamamlayır: iqtisadi, sosial 
və mədəni hüquqlar haqqında Beynəlxalq sənəd, Mülki və siyasi 
hüquqlar haqqında Beynəlxalq sənəd, sonuncu ilə bağlı iki Fakultativ 
protokol. 
1.
Qadın sosial təhlükəsizliyin obyekti kimi 
Sosial təhlükəsizlik, şəxslər və sosial qrupların mühüm maraqları, 
hüquq və azadlıqların pozulması təhlükəsindən müdafiə olunması 
deməkdir. Ümumilikdə isə sosial təhlükəsizlik obyekti dedikdə, 
şəxsiyyət və onun cəmiyyətin həyat və sosial fəaliyyəti sahəsində 
mövcud olan həyati əhəmiyyətli hüquq və azadlıqlara malik olması 
başa düşülür: yaşamağa, çalışmağa və əlverişli şəkildə iştirak etməyə 
olan hüququ və s. 
Sosial siyasət cəmiyyət və şəxsiyyət, eləcə də cəmiyyət və qadın 
sosiumu arasında mövcud olan münasibətləri tənzimləyir. Bu 
tənzimlənmənin 
əsası, şəxslərin sosial hüquqlarının realizə 
olunmasını təmin edən sosial sistemindən təşkil olunmuşdur. Bu o 
deməkdir ki, dövlət əhalinin müxtəlif qruplarına qarşı özünün 
paternalist siyasətini həyata keçirir. İnkişaf etmiş ölkələrin heç biri 
dövlətinin paternalist siyasəti olmadan fəaliyyət göstərə bilməz


71 
Sosialist təhlükəsizlik tədbirləri – həyat tərzinin keyfiyyətində baş 
verən dəyişikliklərlə əlaqədar təzahürün, proseslərin və şəxslərin 
mühüm 
əhəmiyyətə 
malik 
hüquq 
və 
azadlıqların 
məhdudlaşdırılmasıdır. 
Sosial xidmət insan hüquq və azadlıqlarına riayət olunması, 
humanizm, könüllülük, məxfilik, tolerantlıq, ünvanlılıq, ədalətlilik
diskriminasiyaya və stiqmatizasiyaya yol verilməməsi, çətin həyat 
şəraitində olan şəxslərin (ailələrin) sosial xidmətə götürülməsində 
bərabər imkanların təmin edilməsi, sosial inteqrasiya və əhalinin 
yaşayış keyfiyyətinin yaxşılaşdırılması prinsipləri əsasında həyata 
keçirilir. 
―Sosial xidmət haqqında‖ Azərbaycan Respublikasının Qanununa 
əsasən sosial işçi sosial xidmətə olan tələbatı qiymətləndirən və 
müəyyən edən, eləcə də sosial xidmət göstərən şəxsdir. 
―Sosial xidmət haqqında‖ qanunda sosial işçilərin aşağıdakı 
hüquqları təsbit edilmişdir: 

İşə qəbul olunarkən işəgötürənin vəsati hesabına tibbi 
müayinədən keçmək; 

Peşə 
hazırlığı 
səviyyəsinin 
yüksəldilməsi 
və 
təkmilləşdirilməsi məqsədilə işəgötürənin vəsaiti hesabına 
əlavə təhsil almaq; 

Xidməti vəzifəsini yerinə yetirərkən işəgötürənin vəsaiti 
hesabına zəruri geyim və avadanlıqlarla təmin olunmaq, 
nəqliyyat xərcləri üçün pul kompensasiyası almaq; 

Zəruri məlumatların əldə edilməsi üçün sorğu göndərmək. 
Sosial işçilərin vəzifələri aşağıdakılardır:

Sosial xidmətin göstərilməsini, sosial xidmətə olan tələbatın 
qiymətləndirilməsi 
və 
müəyyənləşdirilməsini 
həyata 
keçirmək, sosial xidmətə götürülən şəxsə (ailəyə) sosial 
xidmət göstərilməsinə dair fərdi planı tərtib etmək; 

Çətin həyat şəraitində olan şəxsin (ailənin) problemlərinin 
həllinə və aradan qaldırılmasına yardım etmək; 


72 

Sosial xidmətlərin göstərilməsi sahəsində qanunvericiliyə və 
peşə etikası normalarına əməl etmək; 

Sosial xidmətlərin sosial xidmətin göstərilməsi üzrə 
standartların tələblərinə uyğun olmasını təmin etmək; 

Sosial 
xidmət 
göstərdikləri 
şəxslərə 
münasibətdə 
ayrıseçkiliyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yol 
verməmək; 

Öz vəzifələrini yerinə yetirərkən əldə etdikləri məlumatların 
konfidensiallığını təmin etmək. 
İnsan hüquqları və insan ləyaqəti dedikdə aşağıdakılar nəzərdə 
tutulur: 
-sosial işçi həyat tərzi və dəyərlərindən asılı olmayaraq hər bir 
şəxsin seçim etmək və qərar vermək hüququna hörmətlə yanaşmalıdır. 
-sosial işçi müştərinin güclü xüsusiyyətlərini önə çəkməli və 
onların inkişaf etdirilməsinə səy göstərməlidir. 
-hər bir müştəri ilə tam bir varlıq kimi davranmaq. 
-hər bir insana şəxsiyyət kimi yanaşmaq. 
-hər bir müştəriyə fərdi yanaşmaq. 
-məxfiliyi saxlamaq. 
Sosial işçilərin xidmət göstərilən şəxsə münasibətdə bir sıra etik 
məsuliyyəti (öhdəlikləri) vardır. Belə ki, sosial işçi: 

Müştərinin rifahını önə çəkməli və maraqlarını müdafiə 
etməlidir; 

İşə başlamazdan əvvəl müştəri və onun həyat tərzi ilə bağlı 
hərtərəfli və dolğun məlumat əldə olunmasına zəmanət verən 
yazılı razılaşmanı imzalamalıdır; 

Ədalətli mühakimə və professionallığa mane olan maraqların 
toqquşmasından qaçmalıdır. 

Ödənişi təyin edərkən sosial işçilər ödənişib əsaslı, ədalətli və 
həyata keçirilən xidmətlərə uyğunluğuna əmin olmalıdır. 

Qərar qəbul etmək bacarığı məhdud olan şəxsin qərar qəbul 
etməsinə köməklik etməli, adından çıxış etdiyi müştərinin 


73 
hüquqlarını və maraqlarını müdafiə etmək üçün əsaslı 
addımlar atmalıdır. 

Sosial xidmət artıq ehtiyac olmadıqda və müştərinin 
ehtiyaclarına və maraqlarına xidmət etmədikdə proses 
dayandırılmalıdır. 
İnkişaf etməkdə olan ölkələrdəki yoxsul əhalinin əksəriyyətindən 
fərqli olaraq, keçid iqtisadiyyatlı ölkələrin yoxsulları bir qayda olaraq 
savadlı, təhsillidir; yenidənqurmadan qabaq onların iş təminatı vardı, 
pensiya yaşına çatdıqda isə dövlətdən müntəzəm ödəniş, pensiya və 
müavinət gözləyirdilər. İş yerləri ixtisar olunduqca və gizli işsizlik 
artdıqca, həmin yardım mənbələri də yoxa çıxmağa başladı. 
İşini itirənlər onların biliyinin, praktiki vərdişlərinin, formal və 
faktiki ixtisasartırmanın artıq heç kimə lazım olmadığından ümidsizliyə 
düçar olurlar. Onlar cəmiyyətə mənsubluq duyğusunu itirir – artıq heç 
nəyə gərək olmadıqlarını düşünürlər. Spirtli içkiyə aludəçilik yaranır. 
Ailədə münaqişə yüksək psixoloji və sosial istiqamətli gərginliyin bəzi 
təzahür formalarıdır.
Yoxsulluq səviyyəsində ilk plana üç əsas risk amili çəkilir: 
məşğulluq, yaş və yaşayış yeri. 
1.
Məşğulluq: təbiidir ki, ailə başçısının işsiz olduğu, yaxud 
iqtisadi cəhətdən aktiv olmadığı ailə təsərrüfatları digər əhali ilə 
müqayisədə daha yüksək yoxsulluq riskinə məruz qalır. 
2.
Yaş: ölkələrin əksəriyyətində uşaqlar qocalarla müqayisədə 
daha yüksək yoxsulluq riskinə düçar olur. Bundan başqa, ailədə 
uşaqların sayı çox olduqca, nisbi yoxsulluq riski daha yüksək 
olur,hətta istehlak miqyasından alınan effekt nəzərə alınsa belə. 
3.
Yaşayış yeri: əksər ölkələrdə kənddə yaşayan əhali yoxsulluqla 
bağlı riskə şəhər əhalisindən daha çox düçar olur – amma istisna 
hallar da mümkündür (Ukrayna). 
İşsizliyin ölçülməsi üçün istifadə olunan metod qadınların işsizlər 
siyahısına salınmasına maneçilik törədir. İşsizlərin siyahısına daxil olan 
şəxslər nəzərdən keçirilən dövr ərzində:


74 
1.
―işi olmayanlar‖ olub; yəni ödənişli işi olmayan, yaxud 
beynəlxalq məşğulluq təyini nöqteyi-nəzərindən muzda görə 
işləmirdilər; 
2.
―işə hazır‖ olublar; yəni nəzərdən keçirilən dövr ərzində muzda 
görə, yaxud muzdla olmayan ödənişli iş yerinə yetirməyə hazır 
olublar; 
3.
―iş axtarıblar‖; yəni ödənişli iş tapmaq üçün yaxın zaman 
ərzində konkret addım atmışlar. 
İnkişaf etməkdə olan ölkələrdə işsizlik üzrə sığorta ilə əhatə olunan 
zəhmətkeşlərin sayı məhduddur. Belə bir şəraitdə çox az sayda insan 
hansısa bir vaxt ərzində işsiz dura bilir. Əhalinin əksəriyyəti hər zaman 
hansısa bir iiqtisadi fəaliyyətlə məşğul olmalıdır. 
İşsizlik səviyyəsi yaşdan asılı olaraq çox fərqlənir. inkişaf etmiş 
ölkələrdə işsizlik gənclər arasında daha yüksəkdirş avropa İttifaqı 
ölkələrində işsizliyin səviyyəsi 20-24 yaşında olan qadınlar arasında 
Yunanistanda -32%, İtaliyada-36%, İspaniyada isə 41% təşkil edir.
Azərbaycana gəldikdə isə, bizdə işsizliyin səviyyəsi həm kişi, həm 
də qadın əhalisi arasında hələ də yüksək olaraq qalmaqdadır.
Azərbaycanda açıq işsizliyin səviyyəsi yüksk və sabitdir. İşləyənlər 
öz rifah vəziyyətini məhsuldarlığın və əmək haqqının artması vasitəsi ilə 
yaxşılaşdırır, işsizlər (əsasən də xroniki işsizlər) təminatsız qalırlar. 
ÜDM-un nəzərə çarpan artımına baxmayaraq, iş yelərinin yaranması
olduqca ləng gedir.
Statistika göstərir ki, respublikadakı işsizlərin ümumi sayının 60%-
ni qadınlar təşkil edir. Əvvəllər qadın əhalisinin yüngül və yeyinti 
sənayesindki yüksək məşğulluq səviyyəsi həmin sahələrdə qadınların 
kəskin surətdə azalması ilə əvəz olunur ki, bu da respublikamızda 
işsizliyin artmasına səbəb olur. Təəssüf ki, Azərbaycanda yoxsul 
insanların əksəriyyəti qadınlardır. 
Azərbaycanda kiçik və orta müəssisələrin özəlləşdirilməsi 
prosesində əhalidə həmin prosesə birmənalı olmayan münasibət 
yaranmışdır. Gender inkişafı baxımından qadınlrın 83%-i öz 
müəssisəsinin özəlləşdirilməsindən narazıdır. Sorğuda iştirak edənlərin 


75 
1000-dən 74%-i cavab verdi ki, onlar öz iş yerini əvvəl çalışdıqları 
müəssisənin özəlləşdirilməsi ucbatından itirmişlər. 
İnsanların sosial müdafiəsinin ilkin əsasını hüquqi baza təşkil edir. 
O, beynəlxalq qanunvericiliyi, Azərbaycan dövlətinin qanunlarını və 
yerli əsasnamələri, təlimatları. Metodikaları əhatə edir. 
İnsanların sosial müdafiəsinin aparıcı aspekti respublikamızda on 
ildən artıq yaşanan sosial-iqtisadi çətinliklər şəraitində uşaqların 
maraqlarının hərtərəfli nəzərə alınmasıdır. Sosial baxımdan müdafiəsiz, 
həmçinin risk qrupuna aid olan uşaqlara yardım xüsusi əhəmiyyət kəsb 
edir. 
İnsanların sosial müdafiəsi, həm də ciddi maddi-iqtisadi baza tələb 
edir. İnsanların sosial müdafiəsinin müasir maddi-iqtisadi bazası xeyli 
zəifləmişdir.
Sosial tərbiyyə sahəsində daha bir xoşagəlməz vəziyyət yaranır. 
Son onillik ərzində uşaq və gənclər üçün bədii filmlər və digər yaşlara 
yönəlmiş kino, televiziya istehsalı azalmışdır, uşaq nəzrlərinin qiyməti 
hamı üçün münasib deyil. Bütün bunlar belə bir nəticəyə gəlməyə imkan 
verir ki, uşaqlığın sosial müdafiəsinin hüquqi bazasının işlənilib 
hazırlanmasına baxmayaraq, onun maddi-iqtisadi bazası o qədər az 
qənaətbəxşdir ki, bu, qanunları həyata keçirməyi mümkünsüz edir. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə