Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Sosial xidmətin iqtisadi aspektləri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə20/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   16   17   18   19   20   21   22   23   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

Sosial xidmətin iqtisadi aspektləri 
Sosial xidmət dövlət büdcəsinin vəsaiti, ödənişli əsaslarla sosial 
xidmət göstərilməsindən əldə olunan vəsaitlər, hüquqi və fiziki şəxslərin 
ianələri, qrantlar, eləcə də qanunla nəzərdə tutulan digər mənbələr 
hesabına maliyyələşdirilir. 
Sosial 
xidmət 
haqqının 
ödənilməsi. 
Sosial 
xidmət 
müəssisələrində və evlərdə sosial xidmət ödənişsiz, qismən ödənişli və 
tam ödənişli əsaslarla göstərilir. Çətin həyat şəraitində olan şəxslərə 
(ailələrə) dövlət sosial xidmət müəssisələrində və evlərdə sosial xidmət, 
zəmanət verilmiş həcmdə ödənişsiz göstərilir. 
Ödənişsiz sosial xidmət əmək qabiliyyətli qohumlarının və ya 
qanuni nümayəndələrinin himayəsindən məhrum olan Azərbaycan 
Respublikası vətəndaşlarına göstərilir. Ödənişsiz sosial xidmətdən əlavə 
göstərilən sosial xidmətlərin haqqı onlar tərəfindən ödənilir. Dövlət 
sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam 
ödənişli ərtlərlə sosial xidmətin göstərilməsi qaydası və sosial xidmət 
haqqının məbləği Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 


45 
müəyyənləşdirilir. Ödənişli sosial xidmətlər çətin həyat şəraitində olan 
şəxs (ailə) ilə sosial xidmət göstərən subyektlər arasında bağlanmış 
müqavilə əsasında həyata keçirilir. Bələdiyyə sosial xidmət müəssisələri 
gəlir əldə etmək məqsədi güdmür və sosial xidmət haqqı sosial xidmət 
göstərilməsi ilə bağlı xərclərin, əməkdaşların əmək haqqlarının və digər 
cari 
xərclərin 
həcminə 
uyğun olaraq bələdiyyə tərəfindən 
müəyyənləşdirilir. Özəl sosial xidmət müəssisələrində sosial xidmət 
haqqı müəssisə ilə sosial xidmətə götürülmüş şəxs arasında bağlanmış 
müqavilə ilə müəyyən edilir. 
Sosial xidmət sahəsində dövlət sifarişləri fiziki və hüquqi şəxslərə, 
o cümlədən qeyri-hökumət təşkilatlarına verilə bilər. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə