Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə14/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   10   11   12   13   14   15   16   17   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

 
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikiası 
Qanunu 
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası 
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər 
tutaraq qərara alır: 
1.1.
6-1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əölavə edilsin: 
―Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının 
minimum məbləğə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən 
məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir‖. 
1.2.
Aşağıdakı məzmunda 14.4-cü maddə əlavə edilsin: 


27 
―14.4. Bu Qanunun 18.2-ci maddəsinə uyğun olaraq ailə başçısını 
itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan 
hər birinə düşən məbləği ―Sosial müavinətlər haqqında‖ Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş ailə başçısını itirməyə 
görə sosial müavinətin məbləğindən az olduqda, əmək qabiliyyəti 
olmayan ailə üzvləriniin hər biri ailə başçısını itirməyə görə pensiya 
əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna 
malikdir.‖. 
Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. 
Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu 
haqqında Azərbaycan Respublikasının Qanunu 
 
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I 
hissəsinin 16-cı bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının 
Milli Məclisi qərara alır: 
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış 
minimumunun məbləği 
2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək 
qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar 
üçün 170 manat məbləğində müəyyəən edilsin. 
Maddə 2. Qanunun qüvvəyə minməsi 
Bu Qanun 2020-ci il yanvarın 1-də qüvvəyə minir. 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 29 noyabr 2019-cu il. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə