Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   32   33   34   35   36   37   38   39   ...   59

116 
 
Təbii turizm ehtiyatlarının iqtisadi qiymətləndirilməsi beynəlxalq təcrübədə 
daha  çox  yayılmışdır.  İqtisadi  qiymətləndirmədə  dəyər  vasitəsi  kimi  kapital 
qoyuluşu  əsas  ünsürlərdən  biri  sayılır.  Kapital  qoyuluşunun  əsas  xüsusiyyətləri 
ehtiyatın investitsiya tutumundan, onun qaytarılma imkanlarından, digər resursla 
birgə  istifadəsindən  asılıdır.  Bu  baxımdan  kapital  qoyuluşunun  effektivliyi  təbii 
turizm ehtiyatlarından istifadə zamanı gələcəkdə verə biləcəyi gəlirlərdən asılıdır. 
Turizmdə  kapital  qoyuluşunun  həcmi  müəyyən  vaxt  üçün  verildiyinə  görə, 
qoyulmuş kapitaldan mənfəət, investitsiyaların orta məbləği əsasında hesablanır. 
Göründüyü  kimi  təbii  turizm  ehtiyatlarının  qiymətləndirilməsində  bir  neçə 
metod formalaşmışdır. Bunları ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, 
təbii  turizm  ehtiyatlarının  qiymətləndirilməsində  iqtisadi  metodların  daha  geniş 
tətbiqi  vacibdir.  Bu  da  ehtiyatların  dəyərinin  müəyyən  edilməsinə,  ondan 
istifadənin effektivliyinə, turizmin müxtəlif sahələrinin inkişafına şərait yaratmış 
olur.  
Təbii  turizm  ehtiyatlarının  yayıldığı  ərazinin  coğrafi  şəraiti  də  onun 
qiymətləndirilməsinə  təsir  etmiş  olur.  Belə  ki,  bəzi  rus  və  polyak  tədqiqatçıları 
rekreasiya  turizm  ehtiyatlarını  qiymətləndirərkən  təbii  komponentlərin 
ə
laqələndirilməsini aşağıdakı kimi tövsiyyə edirlər: 

  Çimərlik-meşə-ekzotik  landşaft  belə  təbii  komponentlərin  cəmi  turizm  və 
istirahət  baxımından  əlverişli  sayılır.  Qeyd  olunan  xüsusiyyətlərin 
yayıldığı  ərazilərə  İtaliya,  Fransanın  Aralıq  dənizi  sahilləri,  Baham 
adalarını və s. misal göstərmək olar. 

  Çimərlik-yarımsəhra-meşə.  Turizm  baxımından  istifadə  üçün  yararlı 
sayılır.  Lakin  belə  ərazilərdə  istirahət  və  turizmin  inkişafı  üçün  bir  neçə 
təbii komponentlərin olmaması ona olan tələbatı nisbətən azaldır. Burada 
hava şəraitinin mövsüm dövründə əlverişli olması, çimərlik mövsümünün 
davam  etmə  müddətinin  artması  turizm  və  istirahətin  təşkilinə  imkan 
yaradır. 


117 
 

  Çimərlik-səhra-yarımsəhra.  İlboyu  çimərlik  mövsümü  üçün  əlverişli  şərait 
olsa  da,  turizm  və  istirahətin  digər  növlərinin  təşkili  üçün  əlverişsiz 
sayılır.  Qeyd  olunan  xüsusiyyətlər  Qırmızı  dəniz,  İran  körfəzi  və  Aralıq 
dənizinin Şm Afrika sahillərində geniş yayılmışdır. 
 
3.
  Antropogen  ehtiyatların  qiymətləndirilməsi  təbii  turizm  ehtiyatlarından 
fərqli  olaraq  onun  ərazi  üzrə  təsnifatından  və  əhəmiyyətinə  görə 
qruplaşdırılmasından  asılıdır.  Antropogen  ehtiyatların  qiymətləndirilməsində  2 
metod üstünlük təşkil edir:  
1. Ehtiyatların beynəlxalq təsnifat sistemində yeri və istifadəsi; 
2.  Ehtiyatlardan  istifadənin  ekskursiya  və  digər  turizm  əhəmiyyətinə  görə 
qruplaşdırılması; 
Ehtiyatların qiymətləndirilməsində tarixi-mədəni abidələr 3 qrupa bölünür: 

  Beynəlxalq  əhəmiyyətli  abidələr.  Belə  tarixi  memarlıq  nümunələri  dünya 
irsinin  əsas  komponentləri  kimi  qorunur.UNESKO-nun  tarixi  –mədəni 
abidələr siyahısına daxil edilir. Beynəlxalq turist marşurtlarında daha çox 
istifadə  olunur.  məs:  İçərişəhər  abidələr  kompleksi,  Qobustan  qayaüstü 
rəsmləri, Şəki xan sarayı və s.    

  Regional  və  ya  ölkə  əhəmiyyətli  abidələr.  Ölkənin  tarixini  özündə  əks 
etdirən,  memarlıq üslubuna seçilən, bir neçə  tarixi abidələrinin  müəyyən 
bir  ərazidə  yayılmasına  görə  fərqlənən  milli  irs  və  tarixi  arxitektur 
abidələrə deyilir. 

  Yerli  əhəmiyyətli  abidələr.  Bölgənin  tarixini  özündə  əks  etdirən  tarixi 
memarlıq nümunələri, bəzi dini abidələr də daxil edilir. Yerli əhəmiyyətli 
abidələrə  kurqanlar,  müxtəlif  tarixi  hadisələrlə  bağlı  olan  muzeylər  və 
tarixi diyarşünaslıq qoruqları və s. daxildir. 
Antropogen  turizm  ehtiyatlarının  qiymətləndirilməsinə  etibarlılıq  və 
dayanıqlılıq, yüklənmə həcmi də təsir göstərir. 


118 
 
Təbii  və  antropogen  resursların  yayılması  birbaşa  turizm  sənayesi  ilə  bağlı 
olduğuna  görə  onlardan  kənd  turizmində  istifadə  olunması  xx  əsrin  70-ci 
illərindən  sonra  Avropada  başlanıb.  Bu  ehtiyatlardan  istifadə  kənd  turizmində 
ə
halinin  istirahəti  seçərkən  ətraf  mühitlə  bağlılığı  və  ekoturizm  hərəkatında 
iştirakı  ilə  müəyyənləşir.  Kənd  turizminin  əsas  təbii  antropogen  bazasına 
aşağıdakılar aiddir: 

  Milli parklar və təbiət əraziləri 

  Mədəni və milli irsin kənd yaşıl turizmdə istifadəsi 

  Tarixi arxitektur abidələrdən kənd yaşıl turizmində istifadə 

  Tətillər və istirahət seçilərkən ətraf mühitlə bağlılığı. 
Kənd turizmi insanların ətraf mühitlə bağlılığına görə Avropada ekoturizmin 
tərkib  hissəsi  kimi  inkişaf  etdirilir.  Kənd  turizmi  ayrıca  olaraq  şəhər  mühitinin 
kənd  mühiti ilə  əvəz  olunmasından başqa  kəndlərdə  kiçik  sahibkarlığın inkişafı, 
kənd  təsərrüfatı  məhsullarının  istehlakçılara  birbaşa  çatdırılmasının  təmin 
olunmasına,  müasir  texnologiyanın  inkişafı  şəraitində  kənd  təsərrüfatı 
məhsullarının  emalında  yaranan  problemlərin  həllində,  həmçinin  mövcud 
ehtiyatlardan səmərəli istifadəyə görə digər turizm növlərindən fərqlənir. 
Rekreasiya zonalarında tələbatın bölgüsü 
1. İş günündən sonra bir neçə saatlıq istirahət-şəhərkənarı zona -3-5 saat 
2. Bir günlük və ya həftə sonu istirahət –intensiv rekreasiya zonaları və bəzi 
şə
hərkənarı kənd ərazilərinin seçilməsi -1-2 günlük 
3. Həftəlik  istirahətin  seçilməsi  –  ayrı  –ayrı  istirahət  zonaları  və  kənd 
turizmində iştirak-qısa müddətli istirahət 
4. Məzuniyyət dövrlərində istirahətin seçilməsi-geniş rekreasiya zonaları və 
kənd turizmi – uzunmüddətli istirahət  
5. Xarici  turlarda  iştirak  mövsüm  və  mövsümlər  arası  dövrdə  istirahət  və 
beynəlxalq tədbirlərlə bağlı rekreasiya zonalarından istifadə - qısa və uzun 
müddətli istirahət. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə