140
ə
traf mühitin monitorinqindən, əhalinin ekoloji cəhətdən maarifləndirilməsindən,
ekoturizmin inkişafını təmin etməkdən ibarətdir. Milli Parkın fauna aləmi zəngin
olmaqla 200 növdən çox köçəri quşlar, məməlilərdən canavar, çaqqal, çöl
donuzu, tülkü, qamışlıq pişiyi məskunlaşmışdır. Milli Parkın ərazisində 10-dan
çox ekoloji post, 30-a yaxın müşahidə məntəqəsi mövcuddur. Milli Parkda turizm
infrastrukturu yaradılmamış, ekoloji turlarda hələ ki istifadə olunmur.
Ağgöl Milli parkı ekoturizmdə istifadə üçün geniş potensiala
malikdir.Burada turizm informasiya mərkəzinin yaradılması, kiçik qayıqlardan
istifadə etməklə ekskursiyaların təşkili mümkündür.Bununla yanaşı Milli parkın
ə
razisində turistlərin istifadəsi üçün müşahidə məntəqələrinin olması, yerli və
ə
sas turist marşrutlarında istifadə olunması məqsədəuyğun olardı.
3. Akademik H.Ə.Əliyev adına Ordubad Milli Parkı. Milli Park 2003-cü ildə
Ordubad yasaqlığının bazasında yaradılmışdır. Milli parkın sahəsi 12,1 min ha
olub, Zəngəzur dağlarının cənub-qərbində 1000-3906 m hündürlüyə qədər olan
ə
raziləri əhatə edir. Bitki örtüyü dağ-kserofitləri, dağ quru çölləri, alp, subalp
bitkilərindən ibarətdir.
Ordubad Milli Parkının yaradılmasının məqsədi ərazidə ayrı-ayrı təbii
komponentlərin mühafizəsi, endemik fauna və floranın qorunub saxlanılması və
turizm üçün əlverişli şəraitin yaradılmasından ibarətdir.Milli parkın ərazisinin çox
hissəsi dağlıq olmaqla soyuq iqlim hakimdir.Milli parkın ərazisində 217 növ və
yarımnöv quş, 32 növ və yarımnöv məməlilər, 12 növ sürünənlərə rast gəlinir.
Heyvan növlərinin çox hissəsi Azərbaycanın “Qırmızı Kitabı” na daxil olmuşdur.
Milli parkın ərazisində ölkəmizdə nəsli kəsilməkdə olan bəbir, manul pişiyi,
Qafqaz bezoar keçisi, dağ qoyunu (muflon), zolaqlı kaftar və s. yayılmışdır.Milli
parkın ərazisindən axan Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay,
Ordubadçay, Kotamçay, Kititçaylarda dağ şəlalələrinə, həmçinin 16 növ balığa
rast gəlinir.Bunlardan ən məşhur olanı “Qızılxallı” balıq Milli parkın çaylarında
daha çox yayılıb.
141
Ordubad Milli Parkı təbii zənginliyi ilə yanaşı, tarixi-mədəni abidələr də
yayılıb. Burada tunc dövrünə aid daş qoç heykəlləri, eramızdan əvvəl II-I əsrlərdə
mövcud olmuş qədim insan məskənlərinin qalıqları, qədim Gilan şəhərinin
xarabalıqları, Gəmiqaya dağında çoxlu qayaüstü petroqlitləri və s. qeyd etmək
olar.
Ordubad Milli parkının ərazisindən ekoturizmdə istifadə üçün əlverişli təbii
və tarixi-mədəniyyət abidələri olduğuna görə digər ərazilərdən seçilir.Milli parkın
ə
razisində turistlərin istifadəsi üçün cığırlar müəyyən olunmuş və müşahidə
məntəqələri yaradılmışdır.Milli parkda turizm infrastrukturunun yaradılması üçün
informasiya mərkəzinin olması, buraya gələn turistlər üçün dağlarda çadırların
qurulmasında xüsusi yerlərin ayrılması mümkündür.Milli parkın ərazisində dağ-
idman turizminin, həmçinin fotoofçuluğun təşkili əhəmiyyətli olardı.Milli parkın
ə
razisindən Naxçıvanda mövcud olan turist marşrutlarında və yerli ekoturizm
məqsədli ekskursiyalarda istifadə olunur.
4. Hirkan Milli Parkı. Hirkan dövlət qoruğunun bazasında 2004-cü ildə
yaradılmışdır. Milli parkın ərazisi 21,4 min ha olmaqla Xəzər dənizinin
yaxınlığından 22 m-dən başlayaraq 980 m-ə qədər yüksələrək Talış dağlarının
unikal təbii komplekslərini əhatə edir. Hirkan Milli parkının yaradılmasında əsas
məqsəd üçüncü dövr relikt və endemik bitkilərinin mühafizəsi “Qırmızı Kitab” a
daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin
monitorinqinin həyata keçirilməsi, həmçinin ekoturizm-istirahətin təşkilinə şərait
yaratmaqdan ibarətdir.Milli parkın 93%-ni meşələr təşkil edir.Meşələrin aşağı
sərhədində şabalıdyarpaq palıd, dəmirağacı, vələs, ipək aksiyası, hirkan ənciri,
Qafqaz xurması, azat, şümşad, yuxarı qalxdıqca (1000-1500 m) fıstıq meşələri ilə
ə
vəz olunur. Bununla yanaşı Milli parkın meşələrində müxtəlif lianalar, pirkal,
yalanqoz, hicəvər və s. rast gəlinir.
Milli parkda endemik flora növləri ilə yanaşı, özünəməxsus fauna növləri də
yayılıb. Burada Azərbaycanın “Qırmızı Kitabın”ına düşən bəbir, xallı maral,
142
vaşaq, çöl donuzu, cüyür, yenot, qara leylək, müxtəlif qartal növləri, toğlu
götürən və s. qeyd etmək olar.
Hirkan Milli Parkı öz nadir təbiət abidələri ilə də məşhurdur.Burada 100-dən
çox təbiət və mədəniyyət abidələri vardır.Ən məşhur təbii meşə abidələrindən biri
Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən təbii meşəlikdir.Milli
parkda olan müxtəlif təbii və süni göllər, kiçik şəlalələr, termal su mənbələri də
turizm əhəmiyyətli təbiət abidələrindəndir.
Hirkan Milli parkında turizm infrastrukturu qismən yaradılmışdır.Son illərə
qədər
qoruq
olduğuna
görə
bütün
təsərrüfat
fəaliyyəti
qadağan
olunmuşdur.Hazırda Milli parkda turizm fəaliyyətinin aparılması üçün
infrastruktur yaradılmasına başlanılmışdır.Belə ki, Milli parkın ərazisində
ekoturizm üzrə informasiya mərkəzinin yaradılması, turist cığırlarının müəyyən
olunması, Milli park haqqında bukletlərin buraxılması planlaşdırılır.Milli parka
gedən yolun bərpası və onun ətrafında olan iaşə obyektlərinin tədricən ləğv
olunması turistlərin cəlb olunmasında, ekoloji mühitin qorunmasında mühüm rolu
vardır.
5. Altıağac Milli Parkı. Milli Park eyni adlı qoruğun bazasında 2004-cü ildə
yaradılmışdır.Milli Parkın sahəsi keçmiş eyni adlı qoruğun sahəsindən iki dəfə
çoxaldılaraq 11000 ha-a çatdırılmışdır.Milli Parkın yaradılmasında əsas məqsəd
Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftlarının, flora və fauna
növlərinin qorunub saxlanılması, bərpası, ekoloji monitorinqin həyata keçirilməsi,
rekreasiya məqsədilə istifadədədir.Milli Parkın 90%-i meşələrlə örtülüdür ki,
bunun da əsas hissəsi palıd, vələs, şərq fıstığı, itiyarpaqlı ağcaqayın, iberiya
palıdın, həmçinin dərman bitkilərindən ibarətdir.Milli Parkın ərazisində cüyür,
qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, qartal,
qaratoyuq və s. yayılıb.
Milli Parkın Bakı şəhərinə yaxınlığı (120 km), burada ekoturizm məqsədilə
kütləvi turizmdə istifadə etmək mümkündür.Altıağac Milli Parkı Azərbaycanın
ş
imal turist marşrutunda yerləşdiyinə görə, həmçinin Şahdağ Milli Parkı ilə qonşu
Dostları ilə paylaş: |