143
olması kompleks turizm fəaliyyətinin aparılmasını təmin etmiş olur.Bununla
yanaşı Milli Parkda qanunsuz ovçuluğun qarşısının alınması, yırtıcı heyvanların
(xüsusilə canavar) populyasiyasının nəzarətə götürülməsinə ehtiyac vardır.
6. Şahdağ Milli Parkı. Milli Park 2006-cı ildə yaradılmış və böyüklüyünə
görə digər milli parklardan 2-3 dəfə böyükdür.Milli Park Qafqazın şimal-şərq və
cənub-şərqin, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz, Şamaxı rayonlarını əhatə
edir.Milli Parkın ərazisinə İsmayıllı, Pirqulu dövlət qoruqları və qeyd olunan
rayonların meşə fonduna daxil olan sahələr daxil edilmişdir. Milli Parkın sahəsi
115,8 min ha olmaqla, bunun da 83%-dən çoxunu meşələr təşkil edilir. Milli
Parkın ərazisində endemik bitkilər, nəsli kəsilməkdə olan fauna növləri
qorunmaqla yanaşı, zəngin tarixi-memarlıq abidələri də qorunur.Milli Parkın
ə
razisində dağlıq relyefin üstün olması, burada iqlim müxtəlifliyinə, həmçinin
zəngin bitki və heyvanat aləminin yayılmasına səbəb olmuşdur.Şahdağ Milli
Parkında ekosistemin bərpası, qorunması, idarə edilməsi, torpağın münbitliyinin
qorunması, elmi-tədqiqat işlərinin aparılması, əhalinin ekoloji cəhətdən
maariləndirilməsi, rekreasiya ehtiyatlarından istifadə, ekosistemin inkişafı qarşıya
məqsəd qoyulmuşdur.
Ş
ahdağ Milli Parkında meşələr 83% təşkil edir ki, onların da tərkibi iberiya,
şə
rq palıdı, şərq fıstığı, Qafqaz vələsi, tam zolaq yaratsa da, qarışıq halda
göyrüş,ağcaqayın, qara çöhrə, qoz, cır alma, armud, əzgil, yemişan və s.yayılıb.
Milli Parkın ərazisində dərman bitkiləri, müxtəlif kol bitkiləri də üstünlük təşkil
edir.
Ş
ahdağ Milli Parkının heyvanat aləmi də zəngindir. Burada məməlilərdən
cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral,
yenot,qarapaça, meşə pişiyi, təkə, vaşaq, gəlincik, porsuq və s. Quşlardan
qırqovul, qaratoyuq, alapaxta, bildirçin, müxtəlif qartal növləri və s. təsadüf
olunur.
Ş
ahdağ Milli Parkında arxeoloji və tarixi-mədəni abidələr də zəngindir. Milli
Parkda Beşbarmaq səddi, Çıraqqala (V-VI əsr), Gilgilçay istehkamı, Lahıc,
144
Basqal, Xınalıq tarixi-mədəniyyət və etnoqrafiq abidələrin və s. qeyd etmək olar
ki, bu da turizmin kompleks inkişafına, təbiət və tarixi-memarlıq abidələrinin
ə
laqələndirilməsinə imkan verir. Milli Parkın ərazisində olan Baş Qafqaz
silsiləsinə aid daimi qarlı zirvələri – Bazardüzü(4466 m), Tufandağ(4206 m),
Ş
ahdağ(4243 m), Qızılqaya(3739 m), Babadağ(3632 m) dağ-idman turizminin,
alpinizmin inkişafı üçün əlverişli şərait yaradır.
Milli Parkın ərazisi məşhur termal və mineral sularla zəngindir ki, bunlardan
Xaltan, Xası, Cimi, Qalaaltı və s. qeyd etmək olar. Bununla yanaşı Milli Parkda
təbiət abidələrindən şəlalələr (Afurca və s.), dağ çölləri, yaşı min ilə çatan palıd
ağacları, geomorfoloji abidələr yayılıb ki, bunlar da turizmin inkişafına əlverişli
şə
rait yaradır.
Ş
ahdağ Milli Parkı turizm baxımından son dövrlərə qədər geniş istifadə
olunmuşdur. Milli Parkın ərazisində məşhur istirahət və turizm mərkəzlərinə
Afurca, Çinarlar, Qəçrəş, Təngaltı, Qalaaltı, Çuxuryurd, Pirqulu, Basqal, Talıstan,
Lahıc və s. qeyd etmək olar. Bu baxımdan Milli Parkda turizm infrastrukturu da
qismən də olsa formalaşmışdır.
Ş
ahdağ Milli Parkında ekoturizmin inkişafı üçün Qubada informasiya
mərkəzinin yaradılması, daxili turist marşrutlarının müəyyən olunması,
fotoofçuluğun təşkili, dağ-idman turizmi, alpinizm tədbirlərinin keçirilməsi
mümkündür. Milli Parkın ərazisində təklif olunan turist marşrutları
aşağıdakılardır:
- İsmayıllı – Lahıc – Babadağ – Xaltan – Quba (133 km)
- İsmayıllı – Basqal – Bədo – Lahıc – Şamaxı (125 km)
- Bakı – Beşbarmaq – Dəvəçi – Quba – Qəçrəş (176 km)
Milli Parkın ərazisində olan etnoqrafik və müxtəlif bayramların, festivalların
keçirilməsi mümkündür. Etnoqrafik tədbirlər Xınalıq, Lahıc, Basqal kəndlərini
ə
hatə edə bilər. Milli Parkın Bakıya yaxınlığı ekoloji turizm marşrutlarının
təşkilinə imkan verir. Belə ki, Milli Parkın ərazisində mövud olan yerli turist
marşrutlarında kütləvi ekskursiyalar təşkil olunması məqsədəuyğundur.
145
7. Abşeron Milli Parkı. Milli Park 2006-cı ildə Bakı şəhəri Əzizbəyov
rayonu ərazisində, Abşeron Dövlət Təbiət yasaqlığının bazasında, 783 ha sahədə
yaradılmışdır. Milli Park Abşeronun cənub-şərq qurtaracağı, Şah dili ərazisini
ə
hatə edir.
Abşeron Milli Parkının yaradılmasında əsas məqsəd ətraf mühitin
mühafizəsi, nəsli kəsilməkdə olan nadir fauna növlərinin (Xəzər suitisi, ceyran,
gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, iri yaşayış
məntəqəsinə yaxın olduğuna görə ekoturizmin inkişaf etdirilməsi, ekoloji
monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji maarifləndirilməsindən
ibarətdir.
Milli Parkda əsas bitkilər yarımsəhra və effemerli kserofitlərdən ibarətdir.
Milli Parkın heyvanat aləminə sürünənlər, suda-quruda yaşayanlar, gəmiricilərlə
yanaşı, quşlardan gümüşü qağayı, qu quşu, yaşılbaş ördək, vağ, qaşqaldağ,
məməlilərdən ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, porsuq, tülkü, oxlu kirpi,
suiti məskunlaşmışdır.
Göygöl Milli Parkı. Milli Park 2008-ci ildə Azərbaycan respublikası
prezidentinin sərəncamı ilə yaradılıb. Hazırda Milli Parkın sahəsi qoruqdan fərqli
olaraq genişləndirilmiş və 10 min ha. qədər artırılmışdır. (əvvəlki sahəsi 6275 ha).
Milli Park Kiçik Qafqazın şimal-şərqində Murovdağın ətəklərində, ekzotik
landşaftla əhatə olunmuş göllər kompleksinin bazasında təşkil olunmuşdur.
Göygöl Milli Parkı Kəpəz dağının şimal yamacında meşə və subalp
qurşaqlığında dəniz səviyyəsindən 1100-3065 m yüksəklikdə yerləşir. Milli
Parkın ərazisində fıstıq, vələs, şərq palıdı meşəliyi yayılmışdır. Ərazisinin 83%-ni
meşələr tutur.
Milli Parkın yerləşdiyi coğrafi şərait ğlkədə bu qəbildən olan mühafizə
ə
razilərinin içərisində həm mikroiqlim baxımından, həm də oksigenlə zəngin
ekzotik landşaft baxımından digərlərindən üstündür. Hazırda Milli Parkda heç bir
təsərrüfat fəaliyyətinə icazə verilmir.
Dostları ilə paylaş: |