152
Xaçmaz və Dəvəçidəki termal sulardan ibarətdir. Ölkədə bu suların
ümumi debeti 3,2 min l / sutka təşkil edir.
Qeyd olunan mineral sular yayıldığı ərazilərdə balneoloji
kurortlar əsasən müxtəlif uroloji xəstəliklərin müalicəsində istifadə
olunur. Hidrokarbonatlı sular yayıldığı ərazilərin coğrafi şəraitindən
asılı olaraq kompleks turizm məqsədilə istifadə olunur. Belə ki,
Bolqarıstanda 33000 yerlik müalicəvi sanatoriyaların əksəriyyəti bu
suların baxasında yaradılıb.
2. Sulfidli və hidrogensulfidli termal sular. Bu tipli termal sular
Rusiyanın şimali Qafqaz bölgəsində, Krımda, Balkan yarımadasında
daha çox yayılıb. Bu sularda temperatur 16 – 25
0
s – dən yüksək olur
(bəzi sularda 80
0
s - ə çatır). Termal suların əsas müalicəvi
xüsusiyyətlərinə dəri, dayaq – hərəkət orqanları, əsəb xəstəliklərinin
müalicəsi daxildir. Hidrogensulfidli sulardan müxtəlif dərmanların
hazırlanmasında da istifadə olunur. Bu mineral – termal sular Fransa,
Böyük Britaniya, Şimali Qafqaz, Ukrayna və s. ölkələrdə yayılıb.
Azərbaycanda ən çox hidrogensulfidli kükürdlü sular Abşeron və
Lənkəran bölgəsində yayılıb. Ölkədə fəaliyyət göstərən kurortlardan
3200 yerlik bu suların bazası əsasında fəaliyyət göstərir.
Hidrogensulfidli suların digər əhəmiyyətinə kimya sənayesində və
müalicə palçıqları ilə birlikdə vanna müalicəsində istifadə
olunmasıdır.
3. Yodlu – bromlu termal sular. Bu suların yayılması əsasən
neftli – qazlı ərazilər üçün səciyyəvidir. Bu növ termal suların ümumi
153
debiti 8 mln l /sut. qədər qiymətləndirilir. Əsas yayıldığı ərazilərə
ABŞ – ın Meksika sahili, Şimali Afrika ölkələri, İtaliyanı, həmçinin
Azərbaycanı da aid etmək olar. Bu termal sulardan istifadə müalicəvi
xarakterinə görə digərləri ilə müqayisədə azlıq təşkil edir. Bunun da
səbəbi qeyd olunan termal sularda digər qarışıqların çox olmasıdır.
4. Xloridli və ayrıca tərkibində karbon qazının üstünlük təşkil
etdiyi sular. Bu sular minerallaşma dərəcəsinin yüksək olmasına görə
digər sulardan üstündür. Bu suların bəzilərinin tərkibində hidrogen,
kalsium, karbon qazının üstün olması müalicə əhəmiyyəti ilə yanaşı
süfrə suyu kimi istifadə olunmasına şərait yaradır. Qeyd olunan
mineral suların tərkibinə maqni və kalsi tərkibli kimyəvi
birləşmələrin çox olması onların müalicəvi xüsusiyyələrini artırmış
olur. Bu suların ümumi debiti 500 mln l/sut çox qiymətləndirilir.
Yayıldığı əsas ərazilərə Rusiyanın Şimali Qafqaz bölgəsi 125 mln
l/sut,
Türkiyə,
Çexiya,
Slovakiya,Ukraynanın
Karpat
hissəsi,Fransa,İtaliya və s. qeyd etmək olar. Azərbaycandakı bu
mineral sular Kiçik Qafqaz və Naxçıvanda yayılıb.
Mineral və termal sularla yanaşı müalicəvi palçıq vulkanları,
baleoloji əsas təbii bazasını təşkil edir. Belə kurortlar Gürcüstanda,
Rumıniyada, Yeni Zelandiyada, Ukrayna, ABŞ və Azərbaycanda
fəaliyyət göstərir. Dünyada mövcud olan palçıq vulkanlarının ümumi
ehtiyyatı 1,3 mlrd km
3
təşkil edir.
Azərbaycanda müalicəvi palçıq vulkanları Abşerondakı Böyük
Ş
or, Masazır göllərində yayılıb. Bu müalicəvi palçıqların bazasında
154
ölkəmizdə ayrıca müalicə mərkəzləri təşkil olunmasa da müxtəlif
sanatoriyalarda istifadə olunur.
2.
Mineral və termal sular turizm ehtiyatı baxımından
qiymətləndirilərkən nəzərə alınan əsas amillərə onun debiti,
müalicəvi xüsusiyyətləri və digər təbii komplekslərlə birgə istifadə
imkanları daxildir. Mineral suların ümumi sutkalıq debiti min litrdən
çox olursa istifadə üçün yararlı sayılır. Bununla yanaşı mineral və
termal suların yayıldığı ərazilərin təbii şəraiti, onlardan istifadə
imkanlarına təsir etmiş olur. Mineral və termal suların ətrafında digər
turizm ehtiyatları mövcuddursa, onların kurort – turizm baxımından
mənimsənilməsi daha çox effektiv sayılır.
Mineral və termal suların qiymətləndirilməsində müalicəvi
xüsusiyyətləri onların müxtəlif xəstəliklərin müalicəsində tətbiq
olunması ilə bağlıdır. Mineral suların tərkibinin müxtəlifliyi, digər
zərərli qarışıqların az olması, antropogen təsirə məruz qalmaması
ondan istifadənin əhəmiyyətin artırmış olur.
Mineral və termal suların digər təbii komponentlərlə əlaqəsini
aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Mineral və termal suların yayıldığı ərazilərdə landşaft
ekzotikliyi ilə seçilən təbii komponentlərin olması. Balneoloji
kurortların digər təbii və antropogen ehtiyatlardan birgə istifadə
olunması mehmanxana tipli balneoloji kurortların yaradılması üçün
yaralıdır. Belə ki, balneoloji kurortlar landşaft ekzotikliyi ilə seçilən
155
ə
razilərdə daha çox tikilir və onun kompleks kurort – turizm
xidmətləri göstərmək imkanları artır.
2. Mineral və termal suların yerləşdiyi coğrafi şəraitin əlverişli
olması turizm infrastrukturunun yaradılması baxımından münbit
şə
rait yaradır ki, bu da ehtiyatların kompleks istifadəsinə imkan verir.
Balneoloji turizm ehtiyatlarının coğrafi şəraiti dedikdə onu əhatə
edən təbii landşaftla yanaşı, sosial – iqtisadi infrastruktur sahələrinin
mövcudluğu, digər təbii – antropogen turizm resursları ilə birgə
istifadə imkanlarının nəzərə alınması daxildir. əksər balneoloji turizm
ehtiyatlarından istifadə də əsas meyarlardan biri digər turizm
ehtiyatlarından birgə istifadə etmək imkanlarıdır. Buna görə də əksər
Avropoa ölkələrində balneoloji kurortların təşkilində təbii mühitin
saflığı və müxtəlifliyi nəzərə alınmaqla yanaşı, yerləşdiyi ərazinin
təbii müxtəlifliyindən, antropogen turizm ehtiyatlarından istifadə
etməklə istirahət və dərketmə turizminin inkişafına şərait yaratmış
olur. Burada istehsal olunan mineral süfrə suyu isə bütün Avropada
məşhurdur.
3. Ərazinin mənimsənilməsinin əsas xüsusiyyətlərindən olan
ehtiyatların
yayılması
balneoloji
kurort
baxımından
qiymətləndirilərkən ətraf mühitin sağlamlığının qorunmasıdır. Yəni
ə
gər təbii ehtiyatlardan istifadə mineral və termal suların tərkibinin
dəyişməsinə, çirklənməsinə şərait yaratmamalıdır. Bununla yanaşı
balneoloji kurortlarda yaşıllıq norması digər istirahət – turizm
mərkəzlərindən yüksək olur. Belə ki, balneoloji kurortlarda yaşıllıq
Dostları ilə paylaş: |