183
günlərin sayı 70-80 - ə çatarsa, bu iqlim şəraiti diskomfort və ya
nisbətən əlverişli sayıla bilər.
Havanın temperaturunun 18 – 23
0
S olan günlərin sayı 30 – 40 –
a çatarsa, həmçinin temperatur 10 – 14
0
S – dən aşağı və 30
0
S – dən
yuxarı olan günləri tez -tez təkrarlanarsa, yağıntıların orta illik
miqdarı 1000 mm və ya 100 mm – dən aşağı, günlərin sayı çoxluq
təşkil edərsə, 15 m/san sürətlə əsən küləkli günləri sayı 120 – ni
ötərsə, günəşli saatların orta illik miqdarı 1600 klvt/ saatdan az
olarsa, rekreasiya məqsədilə istifadə üçün əlverişsiz sayılır (1 bal).
Çimərliklərin suyunun temik rejimini qiymətləndirərkən 17 –
25
0
S bizim region üçün komfort sayıldığını əsas götürmüşük (5 bal).
Çimərliklərdə suyun temperaturunun 14 – 27
0
S – yə çatan günlərin
təkrarlanmasını 4 bal, 13 – 28
0
S diskomfort olduğuna görə 3 bal,
13
0
S – dən aşağı və 28
0
S – dən yuxarı temperaturun tez – tez
təkrarlanmasını 2 bal, 12
0
S – dən aşağı və 29
0
S – dən yuxarı olan
günlərin sayının çoxluğunu bizim bölgə üçün əlverişsiz hesab etmək
olar (1 bal).
Rekreasiya bölgəsinin iqlim xüsusiyyətləri qiymətləndirilərkən,
həmin ərazi üçün komfort zona öyrənilir. Komfort bölgə coğrafi
enliklərdən, yaşayış məntəqəsinin hündürlüyündən, insanların həyat
tərzindən və s. asılıdır. Bizim zona üçün komfort şərait 18 – 23
0
S
arasında götürülə bilər. Küləyin sürəti və nisbi rütubət artdıqca
komfort zonanın hədləri də ona müvafiq olaraq dəyişir.
184
Bir nəfərə düşən yaşıllıq zonası qiymətləndirilərkən N. P.
Ş
elemovun və K. İ. Lyuomudrovanın təklif etdiyi meşə parklardan,
meşə və çimərliklərdən istifadə norması əsas götürülmüş sahil
bölgəsi üçün yerli xüsusiyyətlər nəzərə alınmışdır. Burada yaşıllıq
zonalarının orta yüklənmə normaları əsas götürüldüyündən biz də
rekreasiya məqsədi üçün istifadədə yaşıllıq normasının 0,8 m
2
/adam
– çox əlverişli (5 bal), 0,52 m
2
/adam - əlverişli (4 bal), 0,4 m
2
/adam-
orta əlverişli (3 bal), 0,3 m
2
/adam-nisbətən əlverişli (2 bal), 0,12
m
2
/adam - əlverişsiz (1bal) kimi qeydə almışıq.
Adambaşına düşən məişət xidmətinin həcmi respublikadakı
normaları uyğun götürülmüşdür. Burada respublika üzrə adambaşına
düşən orta məişət xidmətinin həcmi nəzərə alınmışdır. Bu baxımdan
çox əlverişli – 672,4 manat, əlverişli 528,4 manat, orta əlverişli –
350,1 manat, nisbətən əlverişli – 218,4 manat, əlverişsiz – 190 manat
götürülmüşdür.
Ə
halinin sıxlığı qiymətləndirilərkən ərazinin turizm və
rekreasiya baxımından mənimsənilməsində rolu nəzərə alınmış, N.P.
Ş
elomovun təklif etdiyi metodikaya uyğun olaraq hər km
2
-ə düşən
ə
halinin sayı əsas götürülmüşdür. Buna görə də əhalinin daha sıx
məskunlaşdığı ərazilər (hər km
2
- ə 500 nəfərdən çox) (5 bal), 300 –
450 nəfər əlverişli (4 bal), 150 – 290 nəfər orta əlverişli, 80 – 140
nəfər nisbətən əlverişli, 45 – 70 nəfər əlverişsiz kimi qiymətləndirilə
bilər.
185
Il ərzində 100 min rekreantın ərzaq tələbatı respublikamızda olan
fizioloji normalar, həmçinin istirahət və kurort müəssələrinin
gündəlik ərzaq tələbatının orta kütləsi əsasında hesablanmış, orta bal
göstəriciləri F.N. Əsgərovun tövsiyə etdiyi normaya uyğun
qiymətləndirilmişdir.
2.
Yuxarıda qeyd etdiyimiz bal sistemini saxlamaqla rekreasiya
ehtiyatlarının qiymətləndirilməsinin aşağıdakı komponentlər üzrə
aparılmasının daha məqsədə uyğun hesab edirik.
1.
Əlverişli iqlim. Tədqiq etdiyimiz ərazidə bol günəş ənərjisi ilə
təmin olunan dörd iqlim tipi müşahidə olunur. Iqlimin quru olması,
günəşli saatların illik miqdarının çoxluğu, açıq havaların mövsüm
dövründə tez-tez təkrarlanması burada istirahət və turizm
müəssələrinin yaradılması üçün əlverişlidir.
Xəzər sahilində ilin soyuq və mülayim dövründə (oktyabr, aprel)
bütün meteroloji məntəqələr üzrə havanın orta temperaturu 3-7
0
S
müşahidə olunmuşdur. Ilin soyuq və mülayim dövründə rütubətli və
mülayim havaların təkrarlanması - 57% (IV, VI, VII, VIII sinif), o
cümlədən yağışlı havalar – 37%, havanın temperaturu 7-10
0
S arsında
dəyişən və yuxarı olan günəşli havaların təkrarlanması 32% (II, III,
V, IX sinif) təşkil edir. Müalicə və istirahət üçün oktyabr ayının
ə
vvəlləri daha əlverişlidir. Yanvar fevral aylarında isə Altiağacda,
Ş
ahdağda qış idman oyunlarını təşkil etmək mümkündür.
Havanın temperaturu sahilboyu düzənliklərdə və çimərlik
zonasında 20 - 25
0
S, dağətəyi zonalarda isə 17 -23
0
S arasında dəyişir.
186
O cümlədən dağətəyi və dağlıq zonada açıq və qismən açıq havaların
təkrarlanması 69 – 72% təşkil edir ki, bu da yay aylarında dağlıq və
dağətəyi zonalarda istirahətin təşkili üçün əlverişli şərait yaradır.
Xəzər sahilinin iqlim göstəriciləri Qara dəniz sahillərinə nisbətən
üstünlüyü ilə seçilir. Tədqiqat prosesində Qara dəniz və Aralıq dənizi
sahillərinin Xəzər sahilləri ilə müqayisəsini aparmışıq.
Qara dəniz, Aralıq dənizi və Xəzər dənizi sahilləri iqlim
göstəricilərinin müqayisəsindən aydın olur ki, Xəzərsahili zona
günəşli saatların miqdarı və komfort günlərin sayına görə Aralıq
dənizi sahillərindən geri qalır. Bununla yanaşı iqlim göstəricilərinin
mühüm elementi olan günəş radiasiyasının bolluğuna görə Xəzər
sahilləri Aralıq dənizi sahillərindən üstündür. Deməli, Xəzər
sahillərində iqlimlə müalicə imkanları daha genişdir. Bununla yanaşı,
Xəzər sahilləri qısa və uzunmüddətli istirahətin təşkili baxımından
müqayisə etdimiz digər regionlardan üstünlüyü ilə fərqlənir.
Dənizsahili bölgədə komfort hədlərin təkrarlanması mövsüm
dövründə yerləşdiyi ərazidən asılı olaraq 69 – 75% çatır. Çimərlik
mövsümünün müddəti isə 110 – 125 gün davam edir. Ərazidə
mikroiqlim komfortluluğunun dəyişməsi Abşeronda küləkli havanın
təkrarlanmaı ilə əlaqədar olaraq 57% - ə düşür. Çimərlik
mövsümünün uzunluğu isə ən çox Abşeron və Neftçalanın dəniz
sahilləri üçün səciyyəvidir ki, bu da 135 günə qədər davam edir.
2.
Narın qumlu çimərliklər. Xəzərsahilinin mühüm rekreasiya
sərvətlərindən biri də narın qumlu çimərliklərdir. Xəzər dənizinin
Dostları ilə paylaş: |