178
Hotel”-in burada olması xarici turistlərin cəlb olunmasında
ə
həmiyyətli rol oynayır. Milli Parkın yaxınlığında dünyanın ən
ekzotik restoranı fəaliyyət göstərir ki, burada əksər vəhşi heyvanların
ə
tindən qızardılmış yeməklər və kabablar müştərilərə təklif olunur.
Asiya-
Barquzin, Sundarban, Pribaykal, Kedrovi Pad, Böyük
Qobi, Silinqol, Volonq, Sinxarac və s.;
Banqladeşdə benqal pələnglərinin qorunduğu Sundarban Milli
Parkı
8 min km
2
-dən çox sahəni əhatə edir. Milli Parkın ərazisində
nəsli kəsilməkdə olan benqal pələngi, Cənubi Asiyanın səciyyəvi
olan müxtəlif fauna növləri qorunur. Milli Parkın ərazisində safari
turlar üçün təşkil olunmuş cığırlar, müxtəlif müşahidə məntəqələri
mövcuddur. Burada turizmin müxtəlif növlərinin təşkili üçün onun
yaxınlığında kiçik həcmli yerləşmə müəssisələri tikilmişdir.
Çində pandaların qorunduğu Volonq Milli Parkı onun cənub-
şə
rqində musson meşələrinin arasında yerləşir. Milli Parkın
ə
razisində 500-ə yaxın panda qorunur. Bu Milli Park pandaların
qorunduğu yeganə ərazi sayılır. Buraya gələn turistlər pandaların
qidalanmasını, həyat tərzini müşahidə edə bilərlər. Milli Parkın
daxilində eko və safari turist marşrutları təşkil olunur. Milli Park
Çinə gələn xarici turistlərin daha çox baş çəkdiyi ərazilərdəndir.
Avropa-
Askaniya Nova, Belovejskaya Puşşa, Valday və s.;
Lyuberon Milli Parkı.
Lyuberon Milli Parkı Alp dağlarının
şə
rqində, Fransanın cənub-şərqində yerləşir. Fransızlar buranı
Provans adlandırırlar. Bənövşəyi-parlaq lavandalar, sıx yaşıl meşələr,
179
ağappaq təpələr bu milli parkın əsas ekzotik landşaftıdır. Parkın
ümumi sahəsi 1650 km
2
-dir. Parkda bir-birinin əksi olan iki tip iqlim
var və bunun nəticəsində burada çoxçeşidli, rəngarəng bitkilər bitir.
Lyuberon parkının yaxınlığında Avropada çox məşhur olan Altay
sidir ağaclarının iri plantasiyaları var.Lyuberonun digər ekzotik
landşaftı erozion mənşəli uçurumlardır. Bu uçurumlara baxmaq üçün
il ərzində minlərlə turist gəlir. Parlaq qırmızı və sarı rəngin çalarları
uçurumda olan oksidin yaranması ilə bağlıdır. Bu Milli Parkın
coğrafi mövqeyinin əlverişli olması, əsas istirahət və turizm
mərkəzlərinin yaxınlığında yerləşməsi ondan istifadə edən yerli və
xarici turistlərin sayını artırır.
Avstraliya-
Ridcent-River, Xamersli-Reync, Tanami-Dezert və
s.
Uluru və Kata-Tyuta Milli Parkları.
Avstraliyanın mərkəzində
yerləşir. Park 3 səhra ilə əhatələnib: Hibson, Simpson və Viktoriya.
Ə
trafa baxdıqda gözə sonu görsənməyən səhralıqdan və orada olan
dyunlardan başqa heç nə görsənmir. Ümumi sahəsi 1300 km
2
olan
parkın ərazisi yerli aborigenlərə məxsusdur. Uluru və Kata-Tyuta
Milli Parkları yerli əhali üçün müqəddəs sayılır. Uluru yer üzündəki
ə
n böyük daşdır. Onun hündürlüyü 350m, uzunluğu 36 km, eni isə
1,6 km-dir. Daşın 6 km-i yerin altındadır. Uluru sanki səhrada
aysberqi xatırladır. Onun burada necə əmələ gəlməsi hələ də
müəmmalıdır. Daşın üstündə qədim insanların müxtəlif əşyaları,
heyvan və insanların şəkilləri canlandırılır. Turistləri bura cəlb edən
180
ə
sas səbəblərdən biri də daşın rənginin dəyişməsidir. Qısa vaxt
ə
rzində daş rəngini qızılı-sarıya, sonra tünd-qırmızıya, bənövşəyiyə
və nəhayət sonda tamamilə qaraya çevirir.
181
Mövzu:15. Azərbaycanın Xəzərsahili rekreasiya – turizm
təsərrüfatı
Plan:
1.
Sahil zolağının sərhədləri və ehtiyatlarının qiymətləndirilməsi
üsulları
2.
Xəzərsahili
bölgədə
rekreasiya
ehtiyatlarının
qiymətləndirilməsi
3.
Xəzər sahilində rekreasiya əhəmiyyətinə görə seçilən tarixi
memarlıq
abidələri
4.
Xəzərsahili bölgədə turizmin perpektiv inkişafı
1.
Sahil zolağı dedikdə yalnız çimərlik deyil, ondan müəyyən
qədər kənarda yerləşən rekreasiya əhəmiyyətli ərazilər nəzərə
alınmalıdır. Bu baxımdan biz bunun sahil zolağı üzrə müqayisəli
sərhədini çəksək və sahil bölgəsində olan təbiət, tarixi-mədəni
abidələri, mineral və termal suları, rekreasiya landşaftlarını, o
cümlədən sosial infrastruktur sahələri də buraya əlavə etsək, bunların
da sahildən 20-25 km kənarda yerləşdiyini görə bilərik.
Bununla belə, biz sahildən 20-30 km uzaqda yerləşən əraziləri
sahil zonası kimi qəbul edə bilərik. Sahil zonası dedikdə, 1 - 5 km -
lik ərazilərin əsas, 5-14 km daxilə doğru olan ərazilərin isə ehtiyat
ə
razi kimi qəbul olunmasını məqsədə uyğun hesab edirik. Xəzərsahili
rekreasiya ehtiyatları qiymətləndirilərkən ehtiyat ərazilərin də
182
götürülməsi məqsədə uyğundur. Sahil zolağının sərhədləri isə hər bir
rekreasiya rayonunun özünəməxsus xüsusiyyətlərini nəzərə
alınmaqla müəyyən edilə bilər.
Rekreasiya
ehtiyatlarının
qiymətləndirilməsində
ə
sas
problemlərdən biri də ayrı-ayrı meyarlar üzrə bal sistemi əsasında
ş
kalanın tərtibidir.
Bal qiymətinin meyarları aşağıdakı kimi götürülmüşdür:
1 bal - əlverişsiz;
2 bal-nisbətən əlverişli;
3 bal-orta əlverişli;
4 bal - əlverişli;
5 bal çox əlverişli.
Bu baxımdan biz havanın temperaturu 18 – 23
0
S - ə çatan
günlərin sayı 135-dən çox olarsa (5 bal) komfort günlər – çox
ə
lverişli, 100-135 günə çatarsa əlverişli (4 bal), 100 günə qədər
olarsa orta əlverişli (3 bal) götürmüşük ki, bu da ümumi iqlim
göstəricilərinin rekreasiya məqsədilə istfadəyə yararlı olduğunu
göstərir.
2 bal – rekreasiya məqsədləri ilə istifadə üçün nisbətən əlverişli
hesab olunur. Burada havanın temperaturu 18 -23
0
S olan günlərin
sayı 50-70 çatarsa, həmçinin havanın temperaturunun 16
0
S – dən
aşağı və 28
0
S – dən yuxarı qeydə alındığı günlərin sayı tez-tez
təkrarlanarsa, yağıntıların orta illik miqdarı 800 mm və ya 150 mm –
dən aşağıdırsa, küləyin orta sürəti 15m/san – dən çox qeydə alınan
Dostları ilə paylaş: |