187
Azərbaycan sahil zolağının dayazlığı, suyun şəffaflığı, duzluluq
faizinin aşağı olması (10 – 13%), mövsüm dövründə dənizdə suyun
hərarətinin 18 – 24
0
S – yə çatması, çimərlik mövsümünün 140 – 160
gün davam etməsi burada rekreasiya təsərrüfatının inkişafı üçün
münasıb şərait yaradır.
Xəzərsahili çimərliklərin temperaturunun təhlilindən aydın olur
ki, komfort günlərdə suyun temperaturunun 18 – 21
0
S - ə çatması
çımərlik mövsümünə mane olan küləkləri, rütubətli günləri də əlavə
etsək, Xəzərsahili çimərliklərdə çimmək üçün normal temperatur 21
– 23,5
0
S götürülə bilər.
Xəzərsahili çimərliklər müalicəvi qumu və şəffaf suyu ilə Qara
dəniz sahili çimərliklərindən geri qalsa da, mövsüm dövründə suyun
temperaturunun yüksəkliyi baxımından üstündür. Burada əlavə
çimərliklərin mövsümünün davamiyyəti də Qara dəniz sahili
çimərliklərindən 20 – 30 gün artıqdır (Qara dəniz sahili çimərlik
müddətinin davamiyyəti 120 – 130 gün, Xəzərsahili də isə bu
göstərici müvafiq olaraq 130 – 145 gündür).
Xəzər dənizində duzluluq dünya okeanının orta duzluluğndan 2-
3 dəfə azdır. Çimərliklərdə bu, daha da azalır. Xəzər sahillərinin 0-20
m - ə qədər dərinliklərdə duzluluq 10 – 12% - i təşkil edir. Sahilboyu
çimərliklərdə ən çox duzluluq fevral, avqust aylarında 12,5 – 13,1%
müşahidə edilir.
3.
Mineral sular və müalicəvi palçıqlar. Qeyd etmək lazımdır ki,
Azərbaycanın mineral və termal sularına bir çıx hallarda yüksək
188
dağlıq, gözəl mənzərəli meşə örtükləri olan ərazidə rast gəlmək olur
ki, bu da həmin suların ətrafında kurort təsərrüfatının inkişafı üçün
geniş imkanlar yaradır.
Kurortoloqlar mineral və termal sulardan istifadə imkanlarını
müəyyən edərkən, onların müalicəvi xüsusiyyəti və kimyəvi
tərkibinə görə bir neçə qrupa bölmüşlər.
A: karbohatlı və hidrokarbonatlı, tərkibində ayrıca karbon qazı
və ionu olmaqla, orta temperaturu 10 – 20
0
S təşkil edən mineral və
termal sular. Buraya əsasən Dəvəçi – Siyəzən inzibati rayonlarında
yerləşən mineral və termal sular (Zeyvə mineral bulaqları – (debiti
2300 l/sut.çox), daxildir. Karbohatlı və hidrokarbonatlı mineral
suların ümumi debiti 5,5 min l/sut. – dan çox, orta temperaturu 10 –
20
0
S – dir. Bu sular uroloji xəstəliklərin müalicəsində istifadə olunur.
B: sulfidli və hidrogensulfidli, orta temperaturu 25 – 37
0
S - ə
çatan termal sular. Bu mineral və termal suların ümumi debiti 1240
min l/sut. – dur.
Ş
übhəsiz ki, yerləşdiyi ərazidən, minerallaşma dərəcəsindən asılı
olaraq bu mineral və termal suların orta temperaturu müxtəlifdir.
Belə ki,Nabran soyuq bulaqlar qrupunda suyun temperaturu 8 – 20
0
S,
minerallaşma dərəcəsi isə çoxdur. Abşeronda yerləşən termal suların
minerallaşma dərəcəsi isə az olsa da, temperatur 16 – 25
0
S – yə
(Şıxovda 71
0
S) çatır.
Bu sulfidli və hidrogen – sulfidli mineral və termal sularla əsasən
vanna müalicəsi aparılır, əsəb, dəri, qan – damar, dayaq – hərəkət
189
orqanları və s. xəstəliklər müaslicə edilir. Bu termal və mineral
bulaqların bazası əsasında 5000 yerdən çox sanatoriya – kurort
təsərrüfatı yaradılmışdır.
C: xlor – natriumlu və tərkibində ayrıca hidrogen – sulfidli,
suyunun temperaturu 40 – 45
0
S, minerallaşma dərəcəsi 4 – 7, 0 mlq/l
olan termal sular. Suyun temperaturunun yüksək olması termik
vannaların qəbulu üçün əlverişli şərait yaradır. Hərəkət orqanlarının,
xroniki revmatizmin, əsəb sistemi xəstəliklərinin müalicəsində bu
sulardan istifadə olunur. Həmçinin ürək – damar, giekoloji
xəstəliklərin müalicəsində də yaxşı səmərə verir
Lənkərann zonasında yayılmış natrim – xloridi suların ümumi
debiti 465 min l/sut – dan çox, suyunun temperaturu 41 – 45
0
S - ə
çatır. Bu suların bazası əsasında Lənkəranda 400 yerlik müalicə
pansionatı, “İbadsu” və “Qotursu” da yerli əhəmiyyəti istirahət
bazaları fəaliyyət göstərir.
Ç: yodlu – bromlu və tərkibinə üzvi maddələrin çoxluğu ilə
seçilən mineral sular. Bu suların minerallaşma dərəcəsi 2 – 5 mlq/,
temperaturu isə 27 – 33
0
S - ə çatır. Sahil zonasında yodlu – bromlu
sular. Neftçala rayonu əraziində yayılmışdır ki, onların da onların da
ümumi debiti 1500 l/sut – dan çoxdur.
Müalicəvi palçıqlar. Sahil bölgəsində çox böyük ehtiyata malik
müalicə ocaqlarını təmin etməyə imkan verir.
Plastiklik və yapəşqanlıq, istilik tutumunun çox, istilik
keçirmənin az olması palçıqla müalicənin səməmrəsini artıran fiziki
190
xassələrdir. Xəzər sahilində masazır, Böyük – şor gölündəki
müalicəvi palçığın plastikliyinin çox olması onların bəzən tamamilə
yapışmasına, xəstəliyin səmərəli müalicəsinə kömək edir. Həmçinin
bu palçıqların istilik effektinin yüksək olması, onunla müalicə
imkanlarını artırır.
4.
Rekreasiya landşaftları. Sahil boyunca 26,5 m – dən
başlayaraq 200 m - ə qədər uzanan düzənliklər, çəmən-meşələr,
yovşanlı-şoranlı səhralar, çəmənliklərdən sonra ucalan dağlar
ə
razinin estetik zənginliyini göstərir. Həmçinin burada mavi dəniz,
qumlu sahil, təmiz hava, açiq səma, mülayim cənub küləyi ərazinin
rekreasiya əhəmiyyətini artırır. Respublikamızın ərazisində 825 km
uzanan Xəzər sahilləridə yuxarıda qeyd etdiyimiz təbii zənginliklərlə
yanaşı, nadir təbiət abidələri də geniş yayılmışdır.
Burada – təbiətlə dənizin qovuşağında relikt meşəliklər, yaşı min
ildən çox olan ağaclar, ekzotik amillərin təsiri ilə yaranmış relyef
formaları, dəniz sahillərində inkişaf etmiş müasır dəniz çöküntüləri,
“yanardağ” kimi tanınan təbii məşəl bölgənin çox cazibədar
mənzərələrindəndir. Xəzər sahillərindəki zəngin təbiət abidələrinin
ə
razinin rekreasiya potensialında mühüm rolu vardır. Bunlar əsasən
aşağıdakı kimi qruplaşdırılır:
1. Geoloji – geomorfoloji abidələr və onların landşaft
ekzotikliyində rolu. Qobustan qayalıqları, Dibrar tipli qayalıqlardan
ibarət Beşbarmaq, küləyin təsiri ilə yaranmış Abşerondakı relyef
formaları, Şollar və Lənkəran ovalığndakı gətirmə çöküntüləri belə
Dostları ilə paylaş: |