191
abidələrdəndir. Xəzər sahillərində tərkibində balıqqulağı olan böyük
daşlara da təsadüf edilir.
Abşeron yarımadasında geomorfoloji xüsusiyyətlərinə görə
seçilən yarğanlar, qobular və onların yamaclarında səthə yaxın neft
layları turistləri daha çox cəlb edir. Abşeronun Məhəmmədli və
Digah kəndləri yaxınlığında üzə çıxan metan qazı burada daimi
yanan məşəl yaratmışdır. Hələ qədim zamanlarda Suraxanı kəndi
yaxınlığıda – üzə çıxan qazın alovlandığı yerdə atəşpərəstlər özləri
üçün məbəd tikmişlər. Sahil bölgəsində daim şölələnmiş qaz ən
cəzbedici mənzərə yaradır.
Xəzər sahillərində öz ekzotikliyi ilə seçilən təbiət abidələrindən
biri də Neogendən başlayaraq fəaliyyətdə olan palçıq vulkanlarıdır.
Burada fəaliyyətdə olan 5 palçıq vulkanı və bir çox sönmüş
vulkanlar mövcuddur. Sahil düzənliklərində sönmüş vulkanlar konus,
təpəcik formasında qalmışdır. Palçıq vulkanlarının püskürməsi
qazların alovlanması ilə müşayiət olunur ki, bu da ətrafda gözəl
mənzərə yaradır.
Flora və fauna abidələri, onların landşaft ekzotikliyində rolu:
Xəzər sahilinin zəngin iqlimi burada özünəməxsus rekreasiya
landşaftları yaratmışdır. Xəzərin şimal sahillərinin mülayim iqlimi,
suların səthə yaxın yerləşməsi sahilboyu meşə sahələrinin
yayılmasına səbəb olmuşdur.
Xəzər sahilində yerləşən meşəliklər torpaq və su mühafizəedici,
tarlaqoruyucu xassələri ilə yanaşı, kurort – istirahət məqsədilə
192
istifadə üçün də yararlıdır. Təəssüf ki, Xəzərsahili meşəliklərdən
rekreasiya məqsədilə cəmi 5 – 10% istifadə olunur.
Sahil zonasında ümumi meşəlik sahəsinin (838 km
2
) əsas
hissəsini meşə - parklar təşkil edir. Sahil zonasında əhalinin sayından
və yaşıllıqların sahəsindən asılı olaraq adambaşına 0,3-0,4 m
2
yaşıllıq
düşür ki, bu da 3 balla qiymətləndirilə bilər.bu yerlərdə rekreasiya
müəssələri yaradılarkən təbii resurslardan istifadə olunması
məqsədəuğundur. Əlavə onu da qeyd edək ki, bu heyvanların çoxu
qorunduğuna görə bu ərazilərdə ovçuluq turizmini inkişaf etdirmək
yalnız mövsüm dövründə mümkündür. Bütün bunlar nəzərə alınaraq
sahil zonasında respublikamızda turizmin yeni sahəsi olan
fotoovçuluğun inkişafına diqqət yetirilməlidir.
Sahil zonasının ovçuluq imkanlarından maksimum istifadə üçün
bu sahənin inkişafının qayğısına qalmaq lazımdır. Müqayisə üçün
qeyd edək ki, Türkiyənin Aralıq dənizi sahillərində istirahətə gələn
turistlərə meşələrdə tur, dağ keşisi, ceyran və s. heyvanların ovu
təklif olunur.
Respublikamızda ov heyvanları daha çox Böyük və kiçik
Qafqazda və Talış dağlarında yayıldığından ovçuluğu məhz bu
zonada təşkil etməyi məğbul sayırıq.
Xəzərsahili heyvanat aləmində rekreasiya məqsədilə istifadə və
heyvanların qorunması üçün aşağıdakılar zəruri hesab edirik.
a) Sahil zonasında fotoovçuluğun inkişaf etdirilməsi;
193
b) Xarici turistləri cəlb etmək üçün ov turizminin inkişaf
etdirilməsi;
c) Sahil zonasında qanunsuz ovçuluğa imkan verilməməsi;
d) Gələcəkdə rekreasiya müəssələrindən gələn gəlirin bir
hissəsinin sahil zonası heyvanlar aləminin aləminin qorunmasına sərf
olunması.
Xəzərsahili zonanın zəngin təbiətinin qorunması məqsədilə 113
min hektar sahəni əhatə edən dövlət qoruğu (Qobustan, Şirvan,
Qızılağac, Hirkan) və 3 yasaqlıq (Abşeron, Gil adası, Bəndovan)
yaradılmışdır. Bu qoruq və yasaqlıqlarda relikt və endemik bitki
növləri (dəmirağac, şabalıdyarpaq palıd, azat, Xəzər şanagülləsi və
s.), o cümlədən, Qobustanda ağac formalı ardıc, qoz, əncir, nar, sahil
zonası üçün səciyyəvi olan qocaman palıd, vələs və s. yayılmışdır.
Son dövrlərdə respublikamızda milli parkların yaradılması
təşəbbüsü geniş vüsət almışdır. 1997 – ci ilin iyul ayında Sankt –
Peterburqda Tasis proqramı üzrə “Yeni müstəqil dövlətlərdə ətraf
mühitə qayğıkeş münasibətin yayılması” mövzusunda keçirilmiş
yekun seminarda Azərbaycanda “Şahdağ” milli parkının yaradılması
proqramı bəyənilmişdir. Layihənin beynəlxalq maliyyə orqanları
tərəfindən dəstəklənməsini Britaniya şirkəti təmin edəcəkdir. Bu
milli parkən yaradılmasının ümumi dəyəri 350 min ABŞ dolları təşkil
edir ki, bunun da 280 min dollarını beynəlxalq təşkilatlar
müəyyənləşəcəkdir. “Şahdağ” milli parkında ərazinin ekosistemi ilə
yanaşı, onun tarixi – mədəni abidələrinin də qorunması nəzərdə
194
tutulur. Onu da qeyd edək ki, respublika Prezidentinin fərmanı ilə
Bakının sahil bağına milli park statusu verilmişdir. Bununla yanaşı,
Səbail qəsrinin bərpası, həmçinin Nargin adasında disney əyləncə
mərkəzinin yaradılması da nəzərdə tutulmuşdur.
Sahil bölgəsində yerləşən istirahət və turizm mərkəzlərində
səyahətlərin təşkili işində rekreasiya landşaftlarının mühüm rolunu
nəzərə alaraq aşağıdakı turist marşrutlarını daha aktual hesab edirik:
1. Bakı – Beşbarmaq – Siyəzən – Qalaaltı.
2. Bakı - Giləzi – Altıağac.
3. Bakı – Beşbarmaq – Xaçmaz – Xudat.
4. Bakı – Beşbarmaq – Xudat – Nabran – Yalama.
Onu da qeyd edək ki, əlavə olaraq bu marşrutlara Şamaxı,
İ
smayıllı, Quba, Qusar rayonalarındakı landşaft ekzotikliyi ilə
rekreantları cəlb edən ərazilər də daxil edilə bilər.
Cənub istiqamətində aşağıdakı ekzotik turist marşrutlarını təşkil
etmək daha məqsədəuyğundur.
1. Bakı – Qobustan.
2. Bakı – Ələt – Salyan – Neftçala.
3. Bakı – Masallı – Qızılağac.
4. Bakı – Masallı – Lənkəran – İstisu.
5. Bakı – Lənkəran – İstisu – Xanbulaqçay.
6. Bakı – Lənkəran –Astara – Lovani.
Dostları ilə paylaş: |