149
istehsal etdiyi məhsullara tələbat artıb. Məsələn: xalçaçılıqda toxunan kiçik
xalçaların əngləri təbii olduğuna görə ölkəyə gələn turistləri daha çox cəlb edir.
İ
stehsalı ənənəvi toxuculuq sahələrindən olan ipəkçilik ölkədə e.ə. IV
ə
srdən inkişaf etməyə başlayıb. İpək toxumanın Azərbaycan üçün fərqli
üslubların olması qədim adətlərə söykənən ipək üzərində naxış vurma
sənəti əcnəbi turistləri cəlb edən vasitələrdən sayılır. Ölkədə ənənəvi
ipəkçilik s ənəti Basqal, İsmayıllı, Şəki, Ordubad, Şamaxıda nəsildən -
nəsilə ötürülür və naxışvurma üçün << möhür >> xüsusi sənətkarlıqla
hazırlanır.Ölkədə ipək toxumasının turizmdə suvenir istehsalı üçün əhəmiyyəti
daha çox müxtəlf dəsmallar, kiçik ölçüdə olan ipək işləmələrindən,
kələğayılardan ibarətdir.
Ölkədə xalq sənətkarlığı nümunələrindən biri də dulusçuluq və keramika
ilə bağlı olan müxtəlif saxsı qab istehsalından ibarətdir. Ölkədə bu sahə
neolit və tunc dövründən inkişaf etməyə başlayıb. Hazırda bu sənətkarlıq
nümunələri Lənkəran, Masallı, Ərkivan, Qazax, Quba, Abşeronun bəzi
kəndlərində öz əhəmiyyətini saxlayıb. Ölkədə saxsı qablar ənənəvi sahə
olduğuna görə milli irsi nümunələrin yayıldığı əksər yaşayış məntəqələrində
mövcuddur. Qeyd olunan sənətkarlıq nümunələrini yerli və beynəlxalq turizmdə
istifadə etmək mümkündür.
Ölkədə milli irsi nümunələrdən misgərlik sənəti e.ə. II əsrdə ölkədə geniş
yayılmağa başlayıb. Misgərlik sənətkarlığının inkişafı XV-XVI əsrdə ən
yüksək həddinə çatıb. Xüsusilə Azərbaycanın qədim şəhərləindən Şəki,
Ş
abran, Qəbələ, Bərdə və Ordubadda daha çox inkişaf etmişdir.
Bu dövrdə misgərlik sənətkarlığı digər metal üzərində oyma
sənətkarlığı ilə bərabər bütün ölkə ərazisində yayılmağa başlayıb.
Hazırda misgərlik sənət nümunələri və digər metal üzərində oyma
sənəti Şirvan və Şəki – Zaqatala bölgəsində öz əhəmiyyətini saxlayıb.
Misgərliyin yüksək inkişaf etdiyi və qədim adət-ənənələrə söykənən
sənətkarlıq beynəlxalq turist marşrutlarında istifadə olunur.
150
Ölkədə ağac üzərində oyma sənəti də adət-ənənələrə əsaslanır. Xüsusilə
Şə
ki – Zaqatala, Tovuz, Qazax rayonlarında bu sənətkarlıq nümunələri öz
ə
həmiyyətini saxlayıb.
Ölkədə milli bayramların etnoqrafik sənət nümunələrinin turizm
ə
həmiyyəti vardır. Ən mühüm etnoqrafik sənət nümunələri Xınalıq, Lahıc,
Basqalda öz əhəmiyyətini saxlayıb. Ölkədə qeyd olunan yaşayış məntəqələri
ə
sas turist marşrutlarına salınıb.
Milli irsi nümunələrin turizm baxımından qiymətləndirilməsi aşağıdakı
kimi qruplaşdırılır:
1. Milli irsi nümunələrin müəyyən bir ərazidə daha geniş yayılması,
bir – birinə yaxın yerləşməsi və qədim adət - ənənələri özündə əks etdirməsi.
2. Milli irsi nümunələrin beynəlxalq turizmdə istifadə olunması üçün
mövcud olan tranzit turizm marşrutlarının üzərində yerləşməsi.
3. Müxtəlif suvenir istehsalının ölkədə və bölgələrdə ənənəvi sahə kimi
inkişaf etməsi və bölgələrdə milli irsi nümunələrin qədim adət - ənənələrinin
qorunub saxlanması.
Ölkədə milli irsi nümunələrinin beynəlxalq turizmdə istifadəsi üçün
Caspian Group Consaltinq şirkətinin qiymətləndirilməsi zamanı aşağıdakı
nəticələr alınmışdır:
1. Nümunəvi mədəni irs sahəsi üzrə İpək yolunun bir hissəsi kimi qədim
mədəniyyət abidələrinin mövcudluğu. Müxtəlif arxeoloji ərazilərin və
qədim şəhər xarabalıqlarının qorunub saxlanılması. Bu da tranzit
turların təşkili üçün əlverişli şərait yaradır.
2. Ənənəvi sənətkarlıq sahəsi əksər bölgələrdə yayılıb və öz
ə
həmiyyətini saxladığına görə turistləri daha çox cəlb edə bilər. Lahıc,
Xınalıq və digər qədimliyi ilə seçilən yaşayış məntəqələrinin qorunub
saxlanılması xarici turizmin inkişafına təkan vermiş olar.
3. Beynəlxalq musiqi və digər milli bayramlarla bağlı festivalların
keçirilməsi üçün əlverişli şəraitin olması.
151
Mövzu:13. Mineral və termal sular, onların rekreasiya-
turizm əhəmiyyəti
Plan:
1.
Mineral və termal sular, onların müalicəvi xüsusiyyətləri
2.
Mineral və termal suların turizm ehtiyatı baxımından
qiymətləndirilməsi
3.
Kurort – sanatoriya müəssisələrinin başlıca xüsusiyyətləri
4.
Dünyanın məşhur mineral və termal suları, bəzi balneoloji
kurortları
1.
Mineral və termal sular müalicəvi xüsusiyyəti, kimyəvi
tərkibinə və süfrə suyu kimi istifadə olunmasına görə qruplaşdırılır.
Mineral sular qruplara bölünərkən onlarin müalicəvi xüsusiyyətləri
ilə yanaşı süfrə suyu kimi istifadə olunmasi da nəzərə alinir. Bu
baxımdan mineral sulardan hidrokarbonatlı və xlor tərkibi olan
karbonlu sularln süfrə suyu kimi istifadə olunması geniş yayılıb.
Mineral və termal suların kimyəvi tərkibinə müalicəvi
xüsusiyyətlərinə görə aşağıdakı qruplara bölünür:
1. Karbonatlı və hidrokarbonatlı, tərkibində ayrıca karbon qazları
olan mineral sular. Bu sulardan minerallaşma dağları, Karpatın qərb
ə
təyi, Bolqarıstan, Rumıniyanın ərazisində, Türkiyənin Zonquldağ
bölgəsində daha çox yayılıb. Hesablanmış ümumi debeti 55, 5 mln l /
sutka təşkil edir. Azərbaycanda bu suların əsas yayılma arealı Quba,
Dostları ilə paylaş: |