156
normal hər gün üçün 25 – 30 m
2
çox olur. ətraf mühitin saflığı üçün
kurort müəssisələrinin ətrafında meşə massivləri ilə əhatə olunması
onların əhəmiyyətini artırır.
3.
Kurort – sanatoriya müəssisələri başlıca xüsusiyyətlərinə
aşağıdakılar daxildir:
Kurort – sanatoriya müəssisələrində müalicə və
sağlamlığın bərpasının bir həftədən bir aya qədər davam etməsi. Bu
baxımdan kurort müalicə müəssisələri uzunmüddətli turizm
fəaliyyətinə daxil edilir. Kurort müalicə müəssisələrində posientlərə
qoyulmuş diaqnozdan asılı olaraq onlardan istifadə müddəti dəyişir.
Kurort – sanatoriya müəssisələrində xidmətlərin qiyməti
digər turizm növlərinə nisbətən yüksək olur. Bununda səbəbi müalicə
və sağlamlığın bərpasının uzunmüddətli olması, tibbi diaqnoza uyğun
müalicənin aparılmasıdır. Əksər ölkələrdə kurort müəssəsisələtinin
rentabelliyin təmin etmək üçün sosial turlara üstünlük verilir. Belə
sosial turların təşkili daha çox yerli əhaliyə istiqamətlənir.
Kurort
–
sanatoriya
müəssisələrində
mövsümlük
probleminin olmaması. Iqlim – dəniz kurortlarından başqa, digər
balneolji və palçıqıa mülicə kurortlarında mövsümlük az müşahidə
olunur. Bəzi ölkələrdə balneloji kururtlar mövsümlər arası dövrdə
daha çox fəaliyyət göstərir. Kurort – müalicə müəssisələrində
mövsümlüyü aradan qaldırmaq üçün müxtəlif tədbirlər həyata
keçirilir.
157
Kurort – sanatoriyalarda olan əsasən orta və yaşlı nəsil
arasında formalaşır. Bu baxımdan kurort – sanatoriya xidmətlərinə
tələbat ilboyu formalaşa bilir.
Kurort – sanatoriya müəssisələrinin tiplərinə daxildir: balneoloji,
palçıq və iqlim. Balneoloji kurortlarda müalicə vannaları və mineral
sulardan süfrə suyu kimi istifadə etməklə müalicə prosesi aparılır. ən
çox balneolojikurortlar Cexiya, Rusiya, Balkan ölkələrində, Fransa,
İ
taliya və s. ölkələrdə yayılıb.
Müalicəvi palçıq kurortlarında vannalardan istifadə olunur.
Palçığın müsalicəvi əhəmiyyətin artıran amil onun yapışkanlığı və
temperaturunun yüksək olmasıdır. ən çox palçıqla müalcə kurortları
Rusiya, Ukrayna, Avstriya, Yeni Zelandiya,ABŞ – da və s. yayılıb.
Iqlim kurortları dəniz sahillərinə yaxın yerləşdirilir. Bu da dəniz
qumları və günəş vannaları qəbul etməyə imkan verir. Iqlim
müalicənin aero və helioterapiya növləri vardır. Iqlim kurortları daha
çox Aralıq, Qara, Egey, Qırmızı, Xəzər və digər quru iqlimə malik
olan dənizlərin sahillərində fəaliyyət göstərir.
4. Dünyanın məşhur mineral və termal suları, bəzi balneolji
kurortları
Cənubi Avropa ölkələrində:
1. Fransada Priney turizm bölgəsindəki dağ massivlərində olan
Mondor, Vişi, La – Burdu balneloji suların tərkibi əsasən
hidrokarbonatlı və sulfidli və s. kimyəvi tərkibli sulardan ibarətdir.
1200 – dən çox belə mineral su mənbəyi vardır. Onların bazasında 30
158
– dan balneoloji kurort fəaliyyət göstərir. Bunlardan ən məşhurlarına
Vişi, Spa, Vittel, Plomber – Le – Ben, Evian – Le – Ben və s. misal
göstərmək olar.
Vişi balneloji kurortu Luara çayının sahilində, ətrafı ekzotik
landşaftlarla örtülmüş mənzərəli ərazidə yerləşir. Burada olan
hidrokarbonatlı və natriumlu sulardan müalicə məqsədilə istifadə
olunmaqla yanaşı, müalicəvi süfrə suyu kimi də istifadə edilir. Vişidə
fəaliyyət göstərən 20 – dən çox kurort – sağlamlıq müəssisələrində
müalicə, sağlamlıq, istirahət, kosmetik tədbirlərdə həyata keçirilir.
Vittel balneoloji kurortu Fasil dağlarında, 340 m yüksəklikdə
unikal təbiətə malik ərazidə yerləşir. Az minerallaşmış sulfidli –
xloridli mineral su mənbələri ilə zəngindir. Bunlardan süfrə suyu və
müalicə vannalarında istifadə olunur. Balneoloji kurort mərkəzində il
ə
rzində 300 mln. Deka – litr süfrə suyu istehsal olunur və bütün
Avropada məşhurdur. Vittel kurort mərkəzində kompleks turizm
xidmətləri göstərən 6000 yerdən çox kurort – sağlamlıq müəssisələri
vardır.
2. Italiyada Florensiya və Mərkəzi Italiya bölgəsində,
Lambardiniyada mineral və termal sular daha çoxdur. Ən məşhurları
Blaçco, Komo, Arana, Palanasa mineral sularıdır. Onların bazasında
balneoloji kurortları fəaliyyət göstərir. Florensiyadakı Ravvina
turizm – kurort mərkəzi termal sular əsasında fəaliyyət göstərir.
Italiya termal və müalicəvi su ehtiyatlarına görə Avropada qabaqcıl
yerlərdən birini tutur. Ölkıdı 2000 – dən çox termal su mənbəyi
159
mövcuddur ki, onların da əksəriyəti hidrogensulfidli sulardan
ibarətdir. Italiyanın məşhur kurortlarına Abano – Terme, San –
Pelleqrino – Terme, Salsomadjore – Terme, Kapri, Viaredjo və s.
qeyd etmək olar. Italiya kurort – sanatoriya komplekslərındə yerlərin
sayına görə Avropada Rusiya və Çexiyadan geri qalır.
Abano – Terme – Venesiya düzənliyində, dəniz səviyyəsindən
600 m hündürlüyə qədər olan ərazidə yerləşir. Bir hissəsi eyniadlı
Milli Parkın ərazisinə düşür. Kurort bölgəsində 150 – dən çox termal
su mənbələri vardır ki, bu suların da tərkibi natrium – xloridli və
yodlu – bromludur. Mineral – termal suların ətrafında ekzotik
landşaftın, yarı quraq hava şəraitinin müşahidə olması onun kurort –
turizm əhəmiyyətini artırmış olur. Abano – Terme termal su
mənbələrindən antik dövürdə istifadə olunurdu. Hazırda bu termal
suların bazasında 12300 yerlik 30 – dan çox kurort – sağlamlıq
mərkəzləri fəaliyyət göstərir.
3. İspaniyada mineral və termal su mənbələri Əndəlüs və
Kataloniya əyalətində daha çoxdur. Burada 1000 - ə yaxın mineral su
mənbələri vardır ki, bunlardan ən məşhurlarına Palamos, Badalona
kurortlarında istifadə olunan xloridli və hidrokarbonatlı, radonlu
suları qeyd etmək olar. İspaniyanın Kardova turizm bölgəsində
termal sular yayılıb ki, onlardan balneoloji kurortlarda istifadə
olunur. İspaniyaya gələn turistlərin 14% - ə qədəri mövcud balneoloji
kurortlardan istifadə edir. İspaniyanın məşhur kurortlarına Kosta –
Dostları ilə paylaş: |