Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   37   38   39   40   41   42   43   44   ...   59

131 
 
ə
məliyyatlarının  sürətli  şəkildə  həyata  keçirmək  mümkündür.  Bu  cür  səviyyəli 
informasiya  şəbəkəsinin  yaradılması  turizm  agentlikləri,  turopepatorlar  və 
potensial  müştərilər  arasındakı  əlaqələri  sürətləndirib,  turistlərin  tələbatları  ilə 
turizm müəssisəsinin iqtisadi mənafelərinin ödənilməsi üçün şərait yaradır. 
İ
nternetin turizm  müəssisəsi üçün  yaratdığı imkanları qısa olaraq  aşağıdakı 
kimi göstərə bilərik.  
•  Şəbəkə marketinqinin həyata keçirilməsi. 
•  Təklif etdiyi xidmətin «On-line» rejimi üzərindən satılması. 
•  Ərazicə uzaq olan müştərilərlə əlaqə yarada bilinməsi. 
•  Ucuz  kommunikasiya  vasitələri  ilə  əlaqəyə  çıxış  (elektron  poçt,  rəqəmli 
telefon, videotelefon, və s.) 
•  İnternetin 
köməyi 
ilə 
biletlərin 
satılması, 
otel 
nömrələrinin 
bronlaşdırılması.  
Səmərəli reklamın həyata keçirilməsi. 
•  Elektron sərgilərdə, yarmarkalarda, sərgilərdə və s. iştirak. 
•  Uzaqdan qeyri-nəqd hesablaşmaların həyata keçirilməsi. 
•  365 gün, 24 saat operativ iş rejimi. 
•  Potensial əməkdaşların axtarılması.  
•  Müəssiəsənin  ictimaiyyətlə  aparılan  əlaqələrinin  yüksək  keyfiyyətlə  və 
sürətlə aparılması.  
•  Müəssisənin  korporativ  saytının  yaradılması  və  onun  İnternetdə 
yerləşdirilməsi. 
Potensial  turistin  İnternet  vasitəsilə  əldə  edə  biləcəyi  informasiyaları  qısa 
şə
kildə belə göstərmək mümkündür: 
•  Məsafədən  asılı olmayaraq  istənilən  turizm  müəssisəsinin xidmətlərindən 
istifadə etmək. 
•  Öz  marşurutunu  müəyyənləşdirmək,  nəqliyyat  vasitələri  və  bilet 
qiymətləri haqqında məlumatlar almaq. 
• Nəqliyyat vasitələrinə və otel nömrələrinə yerləri bronlaşdırmaq. 


132 
 
•  İstifadə etdiyi xidmət və əmtəələrin haqqını ödəmək. 
•  İnternetin axtarma sistemlərindən istifadə etmək. 
•  Elektron poçtdan istifadə etmək. 
İ
nformasiya, onun etibarlı mübadilə vasitələri (İnternet, intranet və s.) turizm 
üçün  niyə  bu  qədər  vacibdir.  Bu  suala  cavab  vermək  üçün  turizm  xidmətinin 
özünəməxsus 
xüsusiyyətlərini,   turizm 
məhsulunun 
yaradılması,   istifadə 
olunması  zamanı  qarşıya  çıxan  məsələlri  araşdırmaq,  turistlərin  fərdi 
xüsusiyyətlərini nəzərə almaq lazımdır.  
İ
qtisadiyyatın  bütün  sahələri  kimi  turizmdə  də  göstərilən  xidmətin 
istehlakçıya  çatdırılması  (marketinq)  və  onun  daha  tez  və  sərfəli  şəkildə 
reallaşdırılması  mühüm  məslələrdən  biri hesab olunur.  Əgər turizm  şirkəti  üçün 
bu  məsələ  nə qədər  vacibdirsə,   istehlakçı  üçün də  eyni  aktuallıq daşımaqdadır. 
Özünün  qısa  məzuniyyətini  daha  mənalı  şəkildə  keçirə  bilmək  istəyən  hər  bir 
işgüzar adam çoxlu sayda turizm məhsulu təklif edən firmaların seçimi qarşısında 
qalırlar.  Bu  isə  çaşqınlığa  və  məsələnin  reallığa  çevrilməsinə  maneələr  yarada 
bilər. Bundan əlavə göstərmək lazımdır ki, turizm xidmətinin özü bir sıra unikal 
xüsusiyyətləri ilə  də fərqlənir.  Bunlar  turizm  məhsulunun bir yerdən  başqa  yerə 
daşına bilməməsi, turizm xidmətinin nisbətən mövsümi xarakter daşıması, turizm 
xidmətinidən  istifadə  edən  insanların  yüksək  tələbkarlıqları  ola  bilər.  Potensial 
turistlərə  nəzər  salsaq  onların  kifayət  qədər  təhsilli,  yaxşı  maddi  imkanlı,  öz 
işində ciddi olan, dinamik həyat tərzinə və tez-tez sərbəst səyahət etməyə meylli 
olan şəxslər olduğunu görərik. Bu insanlar onlara ayrılmış iş vaxtına ciddi əməl 
etdiklərii kimi istirahətlərini də mənalı keçirməkdə maraqlıdırlar. Əgər tarixə geri 
dönüb,  məsələn,  məşhur  «Orient  Express»  ilə  səyahətə  nəzər  salsaq,  həmin 
dövrdə  turizmin  hələ  bir  aristokrat  əyləncəsi  xarakteri  daşıdığını  görərik. 
Turizmin keçən XX əsrin 50-ci illərindən etibarən geniş bir vüsət aldığını və indi 
onun  artıq  kütləvi  hal  daşıyaraq  planet  əhalisinin  üçdə  birinin  tələbatına 
çevrilməsi məhz sıx informasiya mühitində mümkün olmuşdur. Müasir dünyada 
İ
nternetin  Yer  kürəsinin  istənilən  nöqtəsinə  qədər  yayıldığını  nəzərə  alarıqsa 


133 
 
potensial müştərilərin məhz bu şəbəkədən istifadə edərək öz istəkləri çərçivəsində 
seçimlərinin etdiklərini tamamilə təbii bir hal kimi qəbul etmək olar. Məsələnin 
populyarlığını  başa  düşən  turizm  firmaları  ümümdünya  şəbəkəsində  təmsil 
olunam  bilmək  üçün  özlərinin  səhifələrini  təqdim  edirlər.  İnternet  hər  bir 
müştəriyə  (potensial  turistə)  yönəlmiş  fərdi  yanaşmanı  təmin  edir.   Müasir 
dövrdə bütün dünya üzrə belə səhifələrin sayının 80 minə çatdığını göstərməklə 
məsələnin  nə  qədər  populyar  olduğunu  bir  daha  göstərmək  mümkündür. 
Ümümdünya şəbəkəsindəki belə səhifələrin bəziləri çox böyük olub, istifadəçiyə-
bizim  misalda  potensial  turistə  kommersiya  xarakterli  informasiyadan  əlavə, 
səyahətçi məsləhətləri, turizm mərkəzlərinə bələdçiliyi, görkəmli yerlərin foto və 
video  təsvirləri,  hava  məlumatları,  valyuta  kursları,  xəritə  planlar  haqqında 
məlumatlar 
verirlər. 
Dünya 
üzrə 
onlardan- 
www.world-touris.org, 
www.yahoo.com 

www.expedia.com 

www.asiatravel.com. 
www.travelocity.com, 
www.thomascook.co.uk,  www.wttc.org,  www.excite.com,  www.travel.net, 
www.lycos.com  və  s.  göstərmək  olar.  Azərbaycan  haqqında  ümumdünya 
şə
bəkəsində  informasiya  yayan  ən  görkəmli  saytlardan  www.myst.gov.az, 
(Azərbaycan  Respublikası  Gənclər,  İdman  və  Turizm  Nazirliyinin  saytı) 
www.azeribaijan-info.com  ,  (Azərbaycan 
haqında  hər  şey)  www.culture.az,  (Azərbaycan  mədəniyyətinə  və  incəsənətinə 
həsr  olunmuş  sayt),  www.azerifolk.com,  (Azərbaycan  mədəniyyəti  haqqında 
sayt) 
www.tourizm.az 
(Virtual 
Turizm 
Agentliyinin 
xidməti), 
www.gateway.az   və  s.  göstərmək  olar.  Ümumdünya  şəbəkəsindən  istifadə 
etməklə  təkcə  informasiyanın  verilib-alınması  kimi  məsələləri  deyil  həm  də 
birbaşa  olaraq  turizm  xitmətinin  satışını  da  təşkil  etmək  mümükündür. 
Baxmayaraq  ki,  müasir  dövrdə  bunun  miqdarı  dünya  üzrə  ümumi  turizm 
xidmətinin  təqribən  1%-ni  təşkil  edir,  ancaq  mütləq  rəqəmlə  ifadə  etdikdə  bu 
məbləğin çox böyük olduğunu göstərmək mümkündür. Bu isə turizm xidmətinin 
böyük bir həcmə malik olmasından irəli gəlir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə