100
siyasi hüquqi rejimin) zorakılıq üsul və vasitələri ilə müəyyən
bir qrup şəxsdən - digərinə açıq və ya gizli, uzunmüddətli
mübariz
ə nəticəsində və ya qəflətən keçməsi. Başqa vasitə-
l
ərlə hakimiyyət resurslarını (sükanını) əllərinə keçirilməsi
mümkünsüzlüyünü d
ərk etmə nəticəsində Ç.-ə əl atılır. Təşkil
s
əviyyəsi Ç.-in müvəffəq olmasına bilavasitə təsir göstərir. Ç.
bir qayda olaraq “yüks
ək” səviyyədə düşünülüb, hazırlanır və
h
əyata keçirilir və bu (Ç.), “yüksək” idarəçilik və təşkilati
bilik v
ə qabiliyyət tələb edir. Ç.-in ən mürəkkəb mərhələ-
l
ərindən biri Ç.-ə hazır və qadir olan şəxslərin (adətən
h
ərbiçilərin) araşdırılıb tapılması, inandırılması və ümumi işə
c
əlb etməsidir. Ç.-in uğurlu və uğursuz formaları mövcuddur.
Ç. h
ər iki tərəfin (çevirən və çevrilən) nümayəndələri üçün
son n
əticədə mühacirət, zindan və, hətta ölüm, eləcə də
hakimiyy
ətdə qalma (və ya hakimiyyəti ələ keçirmə) ilə
n
əticələnə bilər. Ç.-in xarakteri siyasi istiqamətyönlüyü hansı
qüvv
ələrlə və hansı məqsədlərlə baş verməsindən asılıdır.
ÇOXDƏRƏCƏLİ SEÇKİLƏR – bax dolayı seçkilər.
ÇOXPARTİYALI SİSTEM – dövlətlərdə hökm sürən
ictimai v
ə siyasi prularizm şəraitində, mürəkkəb, çoxşaxəli
c
əmiyyətin müxtəlif təbəqələrinin zümrələrinin, qatlarının
maraqlarına, baxışlarına, mövqelərinə cavab verən bir neçə
(“çox”) siyasi partiyalarının və (ola bilsin syasi partiya
bloklarının) hakimiyyət uğrunda siyasi mübarizə aparılması
üçün,
ən əsası partiya ideyalarının, konsepsiyalarının, siyasi
kurslarının, proqramlarının və s. həyata keçirilməsi üçün real
z
əmin yaradan siyasi sistem Ç.S. vətəndaşlar üçün, cəmiyyət
üçün geniş seçim imkanlarını yaradır və daha çox insan
kütl
ələrinin aktiv siyasi fəaliyyətə, mübarizəyə qoşulmaq
imkanlarını yaradır. Ç.S. üçün dövlətin hakimiyyət struktur-
larında siyasi partiyaların bir-birini əvəz etməsi, dəyişməsi,
dövr etm
əsi, Höküməti seçkilərdə qalib gəlmiş siyasi partiya-
lar arasında kompromis (qarşılıqlı güzəşt) vasitəsi ilə forma-
101
laşdırılması, bir partiyanın uzunmüddətdə hakimiyyət mono-
poliyasının saxlanılmaması səciyyəvidir. Ç.S.-ın mövcud-
luğuna demokratik mühit, vətəndaşların, cəmiyyətin siyasi
aktivliyi, siyasi partiyalarının təsis və təşkil edilməsinin libe-
rallığı və s. xidmət edir.
D
DAXİLİ İŞLƏR NAZİRLİYİ (DİN) - ümumi mahiyyəti,
hüquq qaydasını təmin etməkdən ibarət olan, geniş ixtisaslı
hüquqmühafiz
ə orqanıdır. Bax həmçinin polis.
DEBÜROKRATİZASİYA (latın de-ayrılma, uzaqlaşdırma
v
ə fransız bureaucratie-dəftərxana hakimiyyəti) – bürokratiz-
min f
əsadlarının aradan qaldırılmasına yönəlmiş tədbirlər
sisteminin h
əyata keçirilməsi, o cümlədən: idarəçilik aparatı-
nın və digər dövlət orqanlarının rəhbər və əməkdaşlarının iş
m
ədəniyyətinin artırılması; lüzum olmayan dövlət aparatının
strukturlarının və işçi personalının təxris və ixtisar edilməsi;
idar
əçilik və ümumi iş prosesinin sadələşdirilməsi; kompyu-
ter v
ə digər texniki vasitələrin istifadə edilməsi, ümumi qərar-
ların qəbul edilmə prosesinin sadələşdirilməsi və aşkarlığı;
ümumi
əhəmiyyətli məlumat bazasına vətəndaşların azad mü-
daxil
ə etmə şəraitinin yaradılması və s.
DEFİLYASİYA (latın deflare-üfürmək) – infilyasiya döv-
ründ
ə qiymətlərin artım sürətini dayandırmaq, azaltmaq,
pulun d
əyərini, alıcılıq qabiliyyətini qaldırmaq, iqtisadiyyatı
“sağlamlaşdırmaq”, sabitləşdirmək məqsədi ilə və ya pul
islahatından öncə Hökumət tərəfindən artıq kağız pullarının
v
ə digər banknotların təadavüldən çıxarılması yolu ilə pul
kütl
əsinin azaldılması. D. məqsədi ilə kredit restriksiyası (faiz
d
ərəcəsinin artırılması, kreditlərin limitləşdirilməsi), vergi-
l
ərin artırılması, sosial-mədəni xərclərin azaldılması, əmək
haqqının “dondurulması” və digər tədbirlər görülür. D.-nın
102
müsb
ət tərəfi olduğu kimi, mənfi tərəfi də mövcuddur. Misal:
iqtisadi inkişaf sürəti aşağı düşməsinə, idxal-ixrac əməliy-
yatlarının aşağı düşməsinə və, hətta bəzi təşkilatların müflis-
l
əşməsinə və s. gətirib çıxarda bilər.
DEFİSİT (latın deficit-çatışmır) – xərclərin gəlirdən çox
olması, zərər. D. pul ehtiyatına (kassa, maliyyə D.-i) və həm
d
ə maddi sərvətlərə (xammal, yanacaq və s. əmtəələrin çatış-
mazlığı) aid edilə bilər.
DEİDEOLOGİZASİYA (latın de-ayrılma, uzaqlaşdırma və
yunan idea-
anlayış, təsəvvür və lógos-söz, təlim, nəzəriyyə) –
i
deologiyanın ləğvi; dövlətin, cəmiyyətin və yaxud bir qrup
insanın özünə rəhbər seçdiyi, riayət etdiyi (siyasi, dini)
ideologiyanı könüllü və ya məcburi surətdə (özündən) uzaq-
laşdırması prosesi. Həyatın bütün sahələrinə (dövlət
idar
əçiliyinə, elmə, ədəbiyyata, mədəniyyətə, adətə, yaşam
t
ərzinə) israr etmiş, öz təsiri altına salmış və, hətta onlara
n
əzarət və təzyiq etmiş ideologiyanın ləğvi ilə və fikir, söz,
mövqe, ideyalar azadlığı ilə xarakterizə edilir. D. bir qayda
olaraq, qeyri-demokratik, mü
əyyən ideologiyaya arxalanan və
ideoloji diktat yürüd
ən siyasi-hüquqi rejimlərin çökməsi ilə
yeni, müst
əqil siyasi subyektlərin, demokratik institutların
formalaşması ilə, hakim ideologiyasının demonopolizasiyası
vasit
əsi ilə baş verir. D.-nın əsas səbəbləri kimi, insanlarda
artıq köhnə ideologiyaya inamın qalmamasını, onlardan
m
əyus olmasını, heç bir xeyir görməməsini və, hətta köhnə
ideologiyanın ümumi inkişafa mənfi təsir göstərməsi, inkişaf-
dan geri salması təsüratının artmasını göstərmək olar. D. bir
ideologiy
anın başqa ideologiya ilə əvəz edilməsi deyil, o bir
ideologiyanın plürarizmlə əvəz edilməsidir.
DELEGİYA QANUNVERİCİLİYİ – Parlament tərəfindən
Hökum
ətə verilmiş səlahiyyət əsasında sonuncunun normativ
hüquqi aktların qəbul etməsi. Həmin aktlar əslində qanun
qüvv
əsinə malikdir və Parlamentin öz müstəsna qanunveri-
Dostları ilə paylaş: |