Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Gündüz qəbulları: şampan qədəhi, şərab qədəhi, səhər yeməyi



Yüklə 81,96 Kb.
səhifə38/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   34   35   36   37   38   39   40   41   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Gündüz qəbulları: şampan qədəhi, şərab qədəhi, səhər yeməyi.

Şampan qədəhi milli bayramla əlaqədar, səfirin ölkəni tərk etməsi, nümayəndə heyətinin olması, böyük tədbirin açılışı ilə bağlı təşkil olunur.

Axşam qəbulları: kokteyl, a lya furşet, nahar, şam yeməyi, nahar-bufet, çay. Kokteyl 17-18.00 radələrində başlayır və saat-yarımiki saat davam edir.

Nahar diplomatik praktikada ən şərəfli, hörmətli qəbul növlərindən biri hesab edilir. O, bir qayda olaraq, 20 yaxud 21.00 radələrində başlayır.

Şam yeməyi nahardan az fərqlənən, ən hörmətli qəbul növlərindən biridir.

  1. Gündüz qəbulları və onların keçirilməsi qaydası

Gündüz qəbulları: şampan qədəhi, şərab qədəhi, səhər yeməyi. Şampan qədəhi milli bayramla əlaqədar, səfirin ölkəni tərk etməsi, nümayəndə heyətinin olması, böyük tədbirin açılışı ilə bağlı təşkil olunur. Bu cür qəbul adətən 12.00 radələrində başlayır və bir saata yaxın davam edir. Qonaqlara ofisiantların payladıqları şampan, şərab, şirələr, mineral su, yüngül qəlyanaltı təklif edilir. Bu, hazırlıq nöqteyi-nəzərindən ən sadə qəbul növüdür. Şərab qədəhi, demək olar ki, bu qəbul növündən heç nə ilə fərqlənmir. Onun adı qəbulun xarakterini vurğulayır. Səhər yeməkləri diplomatik praktikada geniş yayılıb. Onlar müxtəlif yubiley tarixləri, səfirlərin gəlişi və gedişi ilə bağlı, ölkəyə ali qonaqların gəlməsi şərəfinə təşkil olunur. Səhər yeməkləri həmçinin konqresslər və digər beynəlxalq forumlar zamanı təşkil edilir. Hər nümayəndə heyəti, demək olar ki, hər gün ya özü başqa nümayəndə heyətləri üçün səhər yeməyi təşkil edir, ya da digərləri onu dəvət edirlər. Bu qəbullarda nümayəndə heyətlərinin mövqeləri dəqiqləşdirilir, tərəflər hər hansı məsələ üzrə konfransda birgə hərəkətetmə barədə razılığa gəlirlər. Səhər yeməyi 12.00-15.00 radələrində keçirilir və 13.00-dan gec olmayaraq başlayır.

Qəbul saat yarımdan çox davam etmir, onun təxminən saatı yemək masası arxasında keçir, yarımsaatı isə elə həmin masa arxasında, yaxud qonaq otağında verilən qəhvə, çay qonaqlığına sərf edilir. Əgər dəvətnamədə geyim forması göstərilməyibsə, qonaqlar səhər yeməyinə gündəlik geyimlərində gəlirlər. Hər qəbulun olduğu kimi, səhər yeməyinin hazırlığı zamanı təşkilati məqamlara – dəvətnamələrin paylanması, qonaqların əyləşdirilməsi və s. riayət etmək lazımdır. Lakin digərlərindən fərqli olaraq səhər yeməyində təklif olunanların sayı azdır və qəbulun ümumi abu-havasında rəsmiyyətçiliyə daha az yer verilir. Dəvət olunmuş xanımlar ölkənin adətlərinə müvafiq olaraq şlyapada, yaxud şlyapasız (evin sahibəsi şlyapa taxmır) ola bilərlər.


  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə