Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Azərbaycan diplomatiya məktəbinin formalaşmasında Ə.Topçubaşovun rolu



Yüklə 81,96 Kb.
səhifə72/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   64   65   66   67   68   69   70   71   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

85.Azərbaycan diplomatiya məktəbinin formalaşmasında Ə.Topçubaşovun rolu

86.M.Ə.Rəsulzadənin diplomatiyaya dair baxışları

87.Azərbaycan Respublikasında diplomatik xidmət strukturlarının formalaşması prosesi

88.Azərbaycan Respublikasının diplomatik fəaliyyətinin hüquqi əsasını təşkil edən mühüm sənədlər

89.Heydər Əliyevin diplomatiyaya dair baxışları

90.Müasir dövr Azərbaycan diplomatiyası
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Konstitusiya Aktına əsasən, Azərbaycan Respublikasının başqa dövlətlərlə münasibətlərinin diplomatiyası 6 tənzimlənməsi beynəlxalq hüquq normalarına uyğun, dövlətlərin suveren bərabərliyi və hamılıqla qəbul edilmiş prinsiplər əsasında təsbit edildi. Azərbaycan yenidən müstəqilliyini elan etdikdən sonra onun beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanınması prosesi başlandı. Azərbaycan Respublikası 8 dekabr 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatına, 30 yanvar 1992-ci ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, 2 mart 1992-ci ildə BMTyə üzv qəbul edildi. 4 aprel 1992-ci ildə isə Birləşmiş Millətlər Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi təyin edildi. İlk olaraq, 14 yanvar 1992-ci ildə Türkiyə Cümhuriyyəti ilə diplomatik əlaqələr quruldu. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 9 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında yeni Əsasnamə təsdiq edilmişdir. 1993-cü ildə böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlməsindən etibarən Azərbaycan Respublikası müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan xalqının təhlükəsiz gələcəyinin təminatına, Xəzər-Qafqaz bölgəsində Azərbaycanın ən mühüm ölkəyə çevrilməsinə yönəlmişdir. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Kompleks və çoxşaxəli xarakter daşıyan Azərbaycan diplomatiyasının başlıca prioritetlərindən biri müasir mərhələdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə nail olunmasıdır.

Azərbaycan Respublikasının Prezidentinin 31 oktyabr 2005-ci il tarixli fərmanı əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi yaradılmışdır. İdarənin yaradılmasının məqsədi Azərbaycan Respublikasının vahid xarici siyasi xəttinin, Xarici İşlər Nazirliyinin müvafiq vəzifə və funksiyalarının Naxçıvan Muxtar Respublikasında fasiləsiz və ardıcıl həyata keçirilməsini, Naxçıvanda fəaliyyət göstərən xarici dövlətlərin konsulluqları, beynəlxalq təşkilatların nümayəndəlikləri ilə qarşılıqlı əlaqələrin nizamlanmasını, həmçinin muxtar respublikanın iqtisadi, ticarət, elmi-texniki və mədəni əlaqələrinin genişlənməsini təmin etməkdən ibarətdir. Hazırda Azərbaycan Respublikasının 183 xarici ölkə ilə diplomatik əlaqələri qurulmuşdur. Azərbaycanın 59 ölkədə səfirliyi, 9 şəhərdə baş konsulluğu, 17 ölkədə fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycanın 19 beynəlxalq təşkilat yanında nümayəndəliyi mövcuddur. Eyni zamanda, Azərbaycanda 66 ölkənin səfirliyi və 3 ölkənin 4 baş konsulluğu, 13 ölkənin fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycanda 21 beynəlxalq təşkilatın nümayəndəliyi fəaliyyət göstərir. Hazırda ölkə daxilində və xarici dövlətlərdə, beynəlxalq və regional təşkilatlarda Azərbaycanın xarici siyasət kursunu həyata keçirən 1000-ə yaşın peşəkar diplomat korpusu fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə indiyədək 150-dən artıq diplomata fövqəladə və səlahiyyətli səfir və elçi rütbəsi verilmişdir. Azərbaycan diplomatiyası Dövlət müstəqilliyi əldə edildikdən sonra qısa müddət ərzində xarici siyasətlə bağlı qanunvericilik bazasının yaradılması və beynəlxalq konvensiyalara qoşulmaq istiqamətində ilk addımlar atıldı. Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmağa başladı, bir sıra dövlətlərlə diplomatik əlaqələr quruldu, beynəlxalq təşkilatlarda təmsilçiliklər institutu formalaşdırıldı. 1993-cü ilin iyun ayından 2019- cu ilin iyun ayınadək 26 il ərzində xarici siyasətlə bağlı Azərbaycan Respublikasının 1365 Qanunu, Azərbaycan Respublikası Prezidentinin 443 Fərmanı və 2413 Sərəncamı imzalanmışdır. Azərbaycan Respublikasının daxili və xarici siyasətinin əsas istiqamətlərinə uyğun, beynəlxalq münasibətlərin ayrı-ayrı sahələrinə aid imzalanmış 300-ə yaxın konvensiyanın tam mətni mövcud layihədə öz əksini tapmışdır. Elektron nəşrsdə Azərbaycan diplomatiyasına və xarici siyasətinə dair müxtəlif dillərdə 150-yə yaxın kitabın, 550-yə yaxın məqalənin elektron versiyaları öz əksini tapmışdır. Elektron nəşrsdə həmçinin 650-yə yaxın kitabın, 15 minə yaxın məqalənin və 375 avtoreferatın biblioqrafiyası toplanılmışdır.



Azərbaycan Respublikasının Milli Məclisində bir sıra ölkələrin parlamentləri ilə qarşılıqlı əməkdaşlıq edən parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Hazırda Azərbaycan Respublikası özünün unikal etnik və dini müxtəlifliyi, burada yaşayan xalqların birgəyaşayış ənənələri, tolerantlığı və multikulturalizm siyasətinin yeni modeli ilə sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanına çevrilmişdir. Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinin varisi olan və onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və milli maraqlara cavab verən siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ciddi uğurlara imza atmış, sürətli iqtisadi inkişafla dünyada mövqelərini qoruyub saxlamağa nail olmuşdur.
Yüklə 81,96 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə