Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Rusiya Federasiyasının Təhlükəsizlik Şurası Prezident qəraralarının ölkədə həyata keçirilməsi və onun icrasına nəzarət edir



Yüklə 81,96 Kb.
səhifə70/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   64   65   66   67   68   69   70   71   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Rusiya Federasiyasının Təhlükəsizlik Şurası Prezident qəraralarının ölkədə həyata keçirilməsi və onun icrasına nəzarət edir.

Xarici siyasət kursunun həyata keçirilməsində gündəlik fəaliyyəti XİN həyata keçirir. XİN Federal mərkəzi aparat olub, Rusiyanın digər dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələrini həyata keçirir. XİN hüquqi şəxs statusuna malikdir və Dövlət gerbi və özünün adı olan ştampa və möhürə malikdir, özünün həm yerli və xarici valyutada hesabları var.

83.Ağqoyunlu və Səfəvilər dövlətinin diplomatiyası

XV əsrin ortalarından Azərbaycanın Avropa ölkələri ilə qarşılıqlı surətdə yaxınlaşmasında xarici siyasət amilinin rolu artmağa başlayır. Ağqoyunluların xristian dünyası ilə yaxınlığı Trapezund yunan dövlətilə olan əlaqələrlə başlayır. Trapezund sarayının köməyilə Ağqoyunlu dövləti Qərb ölkələrilə, o cümlədən Papalıqla, Kipr krallığı, Rodos dövləti, Macarıstan, Albaniya və digərləri ilə yaxın münasibətlər yaradır. Ağqoyunlu dövləti Venesiya - Avropanın qüdrətli dəniz dövlətlərindən biri ilə geniş diplomatik əlaqələr yaratmışdı. İkitərəfli müqaviləni imzalamaq üçün Ağqoyunlu hökmdarının sarayına Venesiya diplomatı Lazero Kvirino gəlmişdi. Ağqoyunlu dövləti də öz növbəsində nümayəndələrini, onların arasında Həsən Azan adlı məşhur diplomatı da diplomatik missiya və məktublarla Venesiyaya göndərmişdi. XV əsr 60-cı illərin sonu - 70-ci illərin əvvəllərində yaranmış obyektiv tarixi şərait Ağqoyunlu dövlətilə Avropa ölkələri arasında diplomatik əlaqələrin daha da genişlənməsi üçün zəmin yaratdı. Bütün bu addımlar, həmçinin Ağqoyunlu hökmdarı Uzun Həsənin həyata keçirdiyi digər islahatlar Azərbaycanda xarici təhlükəyə qarşı müqavimət göstərməyə qadir olan qüdrətli mərkəzləşmiş dövlət yaratmağa xidmət edirdi. Ölkənin beynəlxalq nüfuzu artdı. Yaxın və Orta Şərqin Qərbi Avropa ölkələrilə qarşılıqlı münasibətlərində Ağqoyunlu dövləti mühüm rol oynamağa başladı. Ağqoyuilu dövlətinin Venesiya respublikası, Böyük Moskva knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Papalıq, Burqundiya, Neapol krallığı, Rodos, Kipr, Qaraman bəyliyi, Misir, Hindistan və bir çox digər dövlətlərlə diplomatik əlaqələri daha da genişləndi. Müxtəlif Avropa dövlətlərinin səfirləri müntəzəm olaraq Təbrizdə diplomatik danışıqlar aparırdılar. Venesiya respublikasının Ağqoyunlu sarayında daimi səfirliyi var idi. Bu dövrdə Uzun Həsənin anası Sara xatunun və arvadı Dəspinə xatunun diplomatik fəaliyyəti geniş şöhrət qazanmışdı.

Ağqoyunlu dövlətinin ərazisində daha geniş əraziyə malik və hərbi-sıyası cəhətdən daha güclü olan Səfəvilər dövlətinin meydana çıxması bir çox ölkələrlə diplomatik əlaqələrin, yaranması və genişlənməsi üçün zəmin oldu. Səfəvilər dövlətilə diplomatik münasibətlər yaradan ilk Qərb ölkəsi, vaxtilə Ağqoyunlu dövlətilə olduğu kimi, Venesiya respublikası idi. Səfəvlər dövlətinin yaranması Papalığın da diqqətini cəlb etmişdi. 1503-cü ildə hakimiyyətə gələn Roma papası II Yuli Almaniya, Fransa, İspaniya, Portuqaliya, həmçinin Skandinaviya feodal dövlətlərinin başçılarına məktubla müraciət edərək «Səfəvilər dövlətinin yaranmasını və Şah İsmayılın hərbi nailiyyətlərini allah tərəfindən xristian dünyası üçün yaradılan əlverşili an» kimi qiymətləndirirdi. Səfəvi - Venesiya əlaqələri də genişlənirdi. 1603-cü ilin martında Səfəvilər dövlətinin 11 nəfərdən ibarət yeni səfirliyi Fəthi bəyin başçlığı ilə Venesiyaya gəldi. Səfəvi diplomatlarını Venesiyada böyük səmimiyyətlə qarşıladılar. «Venesiya hökmdarının əmrilə o dövrün məşhur rəssamı Qabrilla Kaliari səfirlərin qəbulu mərasimini təsvir etmişdi». XV əsrin ikinci yarısında - XVII əsrin əvvəlində Qərbi Avropa ölkələrilə geniş əlaqələr yaradan Ağqoyunlu və Səfəvilər dövlətinin diplomatik fəaliyyətinin təhlili göstərir ki, bu əlaqələr tərəflərin ümumi mənafeləri ilə şərtlənirdi.Həm şərq,həm qərb Avropa dövlətləri üçün eyni dərədə mühüm olan beynəlxalq problemlərin həllində əsas rol oynayırdı.


Yüklə 81,96 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə