Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


C kateqoriyası-stenoqraf, mühasib, ixtisaslı işçilər və s



Yüklə 81,96 Kb.
səhifə64/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   60   61   62   63   64   65   66   67   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

C kateqoriyası-stenoqraf, mühasib, ixtisaslı işçilər və s.
80.İtalyan diplomatiyasının xüsusiyyətləri

Diplomatiyanı tədqiq edən alimlərin fikrincə, diplomatiyanın "italyan modeli" müasir diplomatik xidmətin prototipidir.XII-XIV əsrlərdən etibarən xronikalarda artıq İtaliyanın şəhər kommunalarında seçilmiş elçi-nunsilər, yeni hesabat növlərinin , etimad sənədləri və təlimatların yaranması haqqında qeydlər var.Diplomatik xidmətin italyan modelinin əsas xüsusiyyətləri:

- Dövlətin xarici siyasət dəftərxanasının olması

- Xarici siyasi fəaliyyətlə məşğul olan və dövlət xəzinəsindən məvacib alan məmurlar sinfinin mövcud olması

- Qarşılıqlı daimi diplomatik nümayəndəliklər sisteminin yayılması

- Diplomatik yazışma və diplomatik arxivlərin xüsusi tipinin meydana gəlməsi

İtaliyanın diplomatiyasının formalaşmasına İntibah dövrü ideyaları və hüquqi praktikası böyük təsir göstərmişdir. XVIII əsrdə İtaliyada dövlət vəzifəsi tutmaq üçün müsabiqə keçirilməyə başlandı. İlk dəfə 1796-cı ildə Milanda təşkil olunmuşdur.Nəticədə aristokratlar, burjua və azad peşə sahibləri arasından proqressiv əhval ruhiyyədə olan nümayəndələr diplomatik xidmətə cəlb olundular. Bu şəxslərin əksəriyyəti İtaliyanın birləşdirilməsi ideyasınnı tərəfdarı idi.1871-ci ildə İtaliya birləşdirildikdən sonra xarici siyaət idarəsi Fransız modelinə müvafiq idi. Bu modeldə diplomatik xidmətin 3 növünü ayırırdı: nazirlik, xarici nümayəndəliklər və konsulluqlar. 2000-ci ildə "Xarici siyasət Xidmətinin islahatı haqqında Qanun" hazırlandı.İslahat nəzərdə tuturdu:

- İTALİYAnın XİN-nin maliyyələşməsini əsas Avropa dövlətlərinin XİNİ-nin maliyyələşməsi səviyyəsi ilə eyniləşdirmək;

- ənənəvi istiqamətlərdə fəaliyyətin keyfiyyət baxımımndan yaxşılaşdırılması, iqtisadi və sosial diplomatiyanın inkişafı, italyan dili və mədəniyyətinin xaricdə yayılması,

Nazirliyin bütün administrasiyasına baş katib başçılıq edir. Əvvəlki qədər hazırda çox da güclü deyil.

Nazirliyin özü fəaliyyəti ərzində nazirlər kabinetinə başçılıq edir. Bu kabinet nazirin üzərinə qoyulan funksiyaları həyata keçirməkdə nazirə kömək edir, gizli məsələlərlə məşğul olur, prezident və nazirlər şurası ilə məşğul olur. Kabinetin əməkdaşları parlamentin diplomatik korpusla əlaqələrinə dəstək verir, Bundan başqa, nazirin bütün yazışmalarını aparır və sənədlərin hərəkətinə nəzarət edir.Nazirin müavinləri konkret istiqamət ilə məşğul olur. Aİ məsələləri, kadr, emiqrasiya və s.

Nazirliyin hazırki strukturunda əsas idarələrin əksəriyyəti funksional xarakter daşıyır və sayı getdikcə artır. Avropa inteqrasiyası, çoxtərəfli siyasi əməkdaşlıq və insan hüquqları üzrə, çoxtərəfli maliyyə və iqtisadi əməkdaşlıq, mədəni inkişaf və əməkdaşlıq, xaricdə yaşayan italyanlar və miqrasiya məsələləri üzrə idarələr var.Hazırda İtaliyad aşağıdakı diplomatik rütbələr var:


Yüklə 81,96 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə