Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


-müəyyən müddətə qədər ictimaiyyətə və KİV-ə problemin qapalı qalması



Yüklə 81,96 Kb.
səhifə62/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   58   59   60   61   62   63   64   65   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

-müəyyən müddətə qədər ictimaiyyətə və KİV-ə problemin qapalı qalması

-kompromiss yolu ilə məsələni həll etməyə çalışmaq, sonda isə qəraraı konsensus əsasında həll etmək.

Böyük Britaniyanın xarici siyasətin əsas istiqamətləri digər dövlətlərlə siyasi münasibətlərin qorunub saxlanılması, beynəlxalq təşkilatların işində və qlobal xarakterli məsələlərin həllində yaxından iştirak etmək, beynəlxalq ictimaiyyəti öz ölkəsində baş verən hadisələr barədə xəbərdar etmək vəs ibarətdir.
79.Fransa diplomatiyasının səciyyəvi xüsusiyyətləri

Fransız diplomatiyası müasir diplomatiyanın banisidir və bu gün də diplomatiyaya böyük təsir göstərir. Fransız diplomatiyası tarixən çoxşaxəli olmaqla yanaşı, latın dilini əvəz edərək ümumqəbul olunmuş diplomatik dilə çevrilmişdir.

Bu gün Fransa diplomatik nümayəndəliklər şəbəkəsinə görə ABŞ-dan sonra ikinci yerdə durur.. Rişelye ciddi diplomatiya üçün mövud komponentlərdən əsas müəyyənlik və məsuliyyəti qeyd edir.Onun dövründə Fransız diplomatiyası daha da inkişaf etdi, ciddi sistemlilik qazandı.

XVII əsrin böyük Fransız diplomatı Kalyer qeyd edir ki, yalan diplomatiyada xeyirdən çox ziyan gətirir. Ciddi diplomatiya etibar üzərində qurulur, etibar isə yalnız xoşməramlılığın nəticəsidir.

Kalyer qeyd edir ki, gənc diplomatları seçəndə familiya əlaqələrə görə deyil, şərəflərinə görə seçilməlidir.

Fransanın qəbul edilmiş Konstitusiyasına görə xarici siyasətin müəyyən olunması və həyata keçirilməsi prezidentə məxsusdur. Hökumət iclaslarına sədrlik edir. O, səfir və diplomatik xidmətin digər vəzifəli şəxslərinin vəzifəyə təmin olunmasında heç kimi razılığını və ya fikrini almaq məcburiyyətində deyil, müqavilələri həm ratifikasiya edir (buna parlamentin razlılığı tələb olunur), həm də onların imzalanması ilə bağlı danışıqlar aparır. Hər hansı beynəlxalq sazişin imzalanması ilə bağlı aparlan danışıqlar haqqında perzidentə məlumat verilməlidir; konstitusiyaya zidd olmayan müqavilənin ratifikasiyasına və institutların fəsliyyətinə təsir edə bilən hər hansı bir qanun layihəsini ratifikasiya etmək məqsədi daşıyan qanun layihəsini referenduma vermək hüququna malikdir. Prezident XİN-dən diplomatik yazışmaları alır və bu və ya digər orqandan ona lazım olan materialları tələb edir.

Baş nazir hökumətin xarici siyasət fəaliyyəti haqqında parlamentə məlumat verir və bu sahədə digər nazirliklərin işini əlaqəlındirir.

Parlament xarici siyasət məsələlərini müzakirə edir. Parlament deputatları və senatorlar xarici işlər nazirinə yazılı və şifahi sorğu göndərə bilərlər.

Xarici işlər naziri hökumət üzvü və XİN-in rəhbəridir. O, xarici siyasət məsələləri üzrə prezidentin məsləhətçisi və onun siyasi kursunun həyata keçirilməsinə görə məsuliyyət daşıyır. XİN gündəlik olaraq Fransanın diplomatik xidmətinə rəhbərlik edir.

Nazirə gündəlik işində onun şəxsi kabineti kömək edir. Nazirlikdə həmçinin Baş Tədqiqat idarəsi, Təhlil və Proqnozlaşdırma Mərkəzi, Fransız –alman əməkdaşlığı məsələləri üzrə Nazirlərarası Komissiya, dini məsələlər üzrə müşavir fəaliyyət göstərir.


Yüklə 81,96 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə