Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Dövlətlərin xarici siyasətində iqtisadi amilin rolu



Yüklə 81,96 Kb.
səhifə58/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   54   55   56   57   58   59   60   61   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

69.Dövlətlərin xarici siyasətində iqtisadi amilin rolu.

70.QHT-lərin diplomatiyası

71.Yeni qlobal təhlükələrin həllində diplomatik resursların rolu

72.“Nüvə diplomatiyası”nın beynəlxalq münasibətlərə təsiri

73.Enerji diplomatiyasının dövlətlərarası münasibətlərdə rolu

Enerji diplomatiyasının mahiyyəti dövlətlərin təhlükəsiz və davamlı şəkildə öz tələbatlarını təmin etmək məqsədi ilə digər ölkələrlə enerji sahəsində apardıqları iki və çoxtərəfli əməkdaşlıqlardır. Bunun əsas səbəbi tələbatın çoxluğu və enerji ehtiyyatlarının qeyri-bərabər paylanmasıdır. Enerji ehtiyyatları deyərkən ən əsas resurslar-neft və qaz, müasir dövrdən başlayaraq isə alternativ enerji mənbələri ağıla gəlir. Hal-hazırda dünyanın demək olar ki, bütün ölkələri bu enerji prossesində iştirak edirlər. Xüsusilə sənaye inqilabından sonra gündəlik həyata daxil olan və hələ də ən mühüm enerji mənbəyi olan neft birbaşa beynəlxalq aktorlarla bağlıdır: davamlı iqtisadi artım, sənaye sahələri,logistika imkanları,hərbi və müdafiə üçün.Enerji diplomatiyası beynəlxalq münasibətlərdə enerji təhlükəsizliyi, ümumi milli təhlükəsizlik və xarici siyasətlə bağlıdır. Enerji diplomatiyası iyirminci əsrin birinci yarısında başlamış və ikinci neft böhranı zamanı OPEK-in hərəkətlərini təsvir edən bir termin kimi ortaya çıxmışdır. O vaxtdan bəri o, əsasən enerji təchizatının, ilk növbədə qalıq yanacaqların, eyni zamanda nüvə enerjisinin və getdikcə dayanıqlı enerjinin ölkə və ya blok əsasında təhlükəsizləşdirilməsinə diqqət yetirmişdir. İstehsalçı və istehlakçı dövlətlər müxtəlif məqsədlər üçün də olsa, enerji siyasətlərini öz gündəmlərinə götürürlər. Enerji resursları ilə zəngin regionlara nüfuz etmək istəyən dövlətlərin rəqabətə girməsi enerjiyə sahib olan ölkələrdə qeyri-sabitliyə səbəb olur. Enerji qaynaqlarının yaratdığı qeyri-sabitlik və güc mübarizəsi səbəbindən dövlətlər silahlanma yarışına girirlər. Bu yarış həm dövlətlər arasında inamsızlıq yaradır, həm də üstünlük əldə etmək istəyən dövlətləri təhlükəsizliyi təmin etmək məqsədilə enerji bölgələrinə müdaxilə etməyə sövq edir.


Yüklə 81,96 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə