Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti



Yüklə 81,96 Kb.
səhifə60/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   56   57   58   59   60   61   62   63   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Təbliğat funksiyası.
76.Münaqişələrin tənzimlənməsində müasir diplomatik vasitələrin rolu

77.ABŞ-da diplomatik xidmət aparatının yaradılması və təkmilləşdirilməsi.

Amerika Birləşmiş Ştatlarında ilk diplomatik qurumlar birbaşa nümayəndəlik orqanları tərəfindən yaradılmışdır. Üstəlik, onlar bir neçə il ərzində hətta birbaşa icra hakimiyyəti strukturlarına deyil, qanunvericilik strukturlarına tabe olublar. 1781-ci ilin yanvarında Konqres xarici əlaqələr şöbəsi yaratdı. Məhz bu tarix ABŞ-da mərkəzi diplomatik qurumun ad günü kimi qeyd olunur.
ABŞ-da diplomatlar xarici siyasət kursunun həyata keçirilməsində mühüm vasitələrdən biri hesab olunurlar. ABŞ prezidenti professional diplomatların, dövlət deparatamenti rəhbərlərinin və xaricdəki səfirlərin fikrini nəzərə ala da bilər, almaya da.Bu xidmət ABŞ Xarici Xidməti adlanır.


ABŞ Dövlət Departamenti xarici siyasət səlahiyyətlərini digər orqanlarla birgə həyata keçirir-Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Şurası, Mərkəzi Kəşfiyyat İdarəsi, Konqress, Ağ Ev aparatı və sahəvi nazirliklərlə. Bu idarələr ABŞ prezidentinin xarici siyasət qərarlarına təsir etməklə yanaşı, dövlət departamenti və xaricdəki diplomatik nümayəndəliklərdə kadrların yerləşməsini də təyin edə bilirlər.

Dövlət departamentinə dövlət katibi, ümumnazirlik məsələləri üzrə I müavini, 5 I nazir, 16 müavin, ondan çox direktor vəzifəsi daxildir. Hazırda ABŞ-ın 160 dövlətdə 260 diplomatik və konsulluq idarələri var.

Amerika "imicini" qoruyub saxlamaq üçün çoxsaylı diplomatların təyin edilməsi, kadrların tez-tez dəyişməsi və əksər diplomatik qulluqçularının öz gələcəklərinə əminliklərinin olmaması, müxtəlif idarələrin nümayəndəlikləri arasında gərginliyin olması, aparatın tez-tez yenidən qurulması və nəhayət, ABŞ səfriliklərinə və əməkdaşlarına qarşı terror aktlarının artması Dövlət departamenti və səfirliklərrin işinə mənfi təsir göstərir. ABŞ-da da professional diplomatik xidmət kadrları, Britaniyada olduğu kimi qəbul imtahanları verməklə açıq konkurslar əsasında seçilir. ABŞ Xarici xidmət orqanlarına qəbul 1980-ci ildən bəri bərabər imkanlar prinsipi əsasında seçilir.

ABŞ-da da professional diplomatik xidmət kadrları,qəbul imtahanları verməklə açıq konkurslar əsasında seçilir. ABŞ Xarici xidmət orqanlarına qəbul 1980-ci ildən bəri bərabər imkanlar prinsipi əsasında seçilir.




Yüklə 81,96 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə