Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Rusiya diplomatiyasında arxiv işi böyük yer tuturdu, XVI əsrdən diplomatik sənədlərin müntəzəm sistemləşdirilməsi həyata keçirilir



Yüklə 81,96 Kb.
səhifə68/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   64   65   66   67   68   69   70   71   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Rusiya diplomatiyasında arxiv işi böyük yer tuturdu, XVI əsrdən diplomatik sənədlərin müntəzəm sistemləşdirilməsi həyata keçirilir.

I Pyotr hakimiyyətə gəldikdən sonra diplomatiya suveren dövlətlərin qarşılıqlı münasibətlər sistemi kimi başa düşülür, hansı ki, bu sistem daimi nümayəndəliklərin qarşılıqlı mübadiləsi əsasında həyata keçirilirdi. I Pyotr radikal şəkildə dövlət hakimiyyəti və dövlət qulluğunda islahat aparırdı. Səfirlik prikazını diplomatik kanselyariyaya – çevirdi.

I Yekaterinanın dövründə Səfirlik prikazının rolu azaldı və 1726-cı ildə ona yaxın adamlardan Gizli Şura yaradıldı. Xarici və hərbi kollegiyaların başçıları bura daxil idi. Xarici siyasət kursunun hazırlanmasında və həyata keçirilməsində Şuranın rolu artdı. Xarici İşlər Kollegiyası burada icraedici konselyariyaya çevrildi.

XVIII-XIX əsrlərdə xaricdəki diplomatik nümayəndəlik rəhbərliyinin kadr tərkibinə də diqqət ayırmağa başladılar. 1800-cü ildə Vyana, Stokholma səfirlər, Berlin, London, Kopenhagen və s. elçilər təyin olundu. Drezden və Hamburqa işlə r müvəkkilləri (nazirlərin yerinə) və Dansiq və Venesiyaya isə baş konsullar təyin olunmağa başladı. Xarici İşlər Kollegiyasının bu idarəçilikdə rolu heçə endi. 1832-ci ildə I Nikolayın " Xarici İşlər Nazirliyinin yaradılması haqqında" sərəncamı ilə Kollegiya tam olaraq ləğv edildi və xarici siyasət idarəsinin struktur bölməsinə çevrildi. XIX əsrin 90-cı illərin əvvllərinə yaxın 6 səfirlik və 26 missiya, 25 baş konsulluq, 86 konsul və vitse konsul vardı.

Bu gün Rusiya XİN-i icraedici hakimiyyətin mərkəzi federal orqanıdır. Bura Mərkəzi aparat, xaricdəki rus diplomatik nümayəndəlikləri və konsulluqları, beynəlxalq təşkilatlardakı nümayəndəli, Nazirliyin Rusiya Federasiyasının subyektlərində nümayəndələri, nazirliyin işini təmin edən idarə və şöbələr daxildir. Diplomatik akademiya da bura daxildir. XIN Strukturu


Yüklə 81,96 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə