Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Azərbaycan Xalq Cumhuriyyətinin diplomatiyası



Yüklə 81,96 Kb.
səhifə71/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   64   65   66   67   68   69   70   71   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

84.Azərbaycan Xalq Cumhuriyyətinin diplomatiyası

1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. 1917-ci ilin oktyabrında Rusiyada bolşeviklər hakimiyyətə gəldilər. 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymi (parlament) yaradıldı. Seymdə Müsəlman Fraksiyasını 44 deputat təmsil edirdi. 1918-ci il aprelin 9-da Seym Zaqafqaziyanın müstəqilliyini elan etdi. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin dağılmasına səbəb oldu. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər. 1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycan Milli Şurası yaradıldı. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının ilk iclasında Azərbaycanın Xalq Cümhuriyyəti elan edildi. Cəmi 23 ay fəaliyyət göstərmiş cümhuriyyətin İstiqlal bəyannaməsində elan olunduğu kimi, hökumətin xarici siyasət strategiyasının əsasını onun “beynəlxalq birliyin bütün üzvləri, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə dostluq əlaqələrinin qurulması” prinsipi təşkil edirdi. Cümhuriyyətin qurucuları Azərbaycanın xarici siyasət tarixinin şərəfli səhifələrini yazdılar. Bu dövrdə xarici siyasət kursunun ardıcıl şəkildə həyata keçirilməsi üçün xüsusi dövlət strukturunun yaradılmasına böyük zərurət yaranmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan diplomatiyası 5 yarandığı ilk gündən Xarici İşlər Nazirliyini təsis etmiş, müxtəlif vaxtlarda Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov bu quruma başçılıq etmişdilər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xarici İşlər Nazirliyi sistemində 239 nəfər çalışmışdır. Həmin dövrdə Xarici İşlər Nazirliyinin ən vacib vəzifəsi Azərbaycanın dövlət müstəqilliyinin Avropada tanınması və qonşu dövlətlərlə münasibətlərin tənzimlənməsi idi. Azərbaycan diplomatları 1920-ci il yanvar ayının 11-də keçirilmiş Paris sülh konfransında iştirak etməklə bu istiqamətdə olduqca əhəmiyyətli uğura imza atmışdılar. Belə ki, 1920-ci il yanvarın 11-də Versal Ali Şurasında Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi tanınmış, ona şurada hökumət başçıları səviyyəsində keçirilən iclaslarda iştirak etmək, danışıqlar aparmaq imkanları verilmişdi. 1920- ci ildə Bakıda 16 ölkənin, o cümlədən Böyük Britaniyanın, Belçikanın, Yunanıstanın, Danimarkanın, Litvanın, ABŞ-ın, Finlandiyanın, İsveçrənin və digər dövlətlərin diplomatik korpusları fəaliyyətə başlamışdı. Azərbaycanın isə Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan və digər ölkələrdə rəsmi nümayəndəlikləri açılmışdı. Lakin 1920-ci ilin aprelində bolşevik Rusiyasının hərbi-siyasi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğramış, milli dövlətçilik salnaməsində təqribən 70 illik növbəti fasilə yaranmışdır. 1920-ci ilin aprelində Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində AXC-nin süquta uğradılması, və onun yerində Azərbaycan SSR-in yaradılması milli diplomatiya tarixində Azərbaycan xalqının tarixi ərazilərin itirildiyi dövr kimi qiymətləndirilir.


Yüklə 81,96 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə