Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə110/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   106   107   108   109   110   111   112   113   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

Şəkil 1.
 Yanğının söndürülməsi üsulları
Yanğının söndürülməsi və onun dayanıqlığının azaldılmasına bu və ya digər odsöndürücü
maddələrin yanma zonasına yönəldilməsi vasitəsi ilə nail olmaq olar. Odsöndürən maddələr
bərk, maye və qaz halında ola bilər. Yanğının söndürülməsi üçün lazım olan odsöndürücünün
tipi yanar maddə ilə odsöndürücünün fiziki-kimyəvi qarşılıqlı təsiri nəzərə alınaraqdan seçilir.
Yanğının söndürülməsi üçün su və su buxarı ilə yanaşı, böyük söndürücü effektliyinə
malik olan bərk maddələrin tozundan, müxtəlif maye və qazlardan istifadə edilir. Bu və ya digər
odsöndürücünün seçilməsində, onların insan orqanizminə və texnoloji avadanlıqlara mənfi təsir
etməyəcəyi əsas tutulmalıdır.
11.4. Yanğınsöndürücü maddələrin seçilmə prinsipi
Yanğının söndürülmə üsulu və vəsaiti hər bir konkret hal üçün, onun inkişaf
mərhələsindən, maddələrin yanma xüsusiyyətindən və s. asılı olaraq seçilir. Bərk və maye
yanacaq maddələrinin yanmasında yanğının artmasının üç mərhələsi qeyd edilir.
Başlanğıc mərhələdə yanmanın davamiyyəti az, temperaturu alçaq olmaqla bərabər kiçik
sahəni əhatəedir (1-2m
2
). Bu mərhələdə yanğın ən sadə vəsaitlərlə tez bir zamanda asanlıqla
söndürülə bilər.
İkinci mərhələdə yanğından ayrılan istilik yanar maddənin buxarlanması və ya
parçalanmasına sərf olaraq onun sürətini artırır. Yanma səthi və alovun yüksəkliyi artır, yanma
daha dayanıqlı forma alır. Bu zaman, ətraf mühitin temperaturu yüksəlir və şüa enerjisinin təsiri
güclənir. Yanğının söndürülməsi üçün, xeyli miqdarda, ilk yanğınsöndürmə vəsaiti tələb olunur.
Üçüncü mərhələdə yanma sahəsi genişlənir (on kvadrat metrlərlə), temperatur yüksəlir,
şüalanma səthinin sahəsi artır və nəticə etibarilə tikinti və konstruksiyalar deformasiyaya
uğrayaraq dağılırlar.
Yanar qazlarda yanma daha sürətlə yayıldığı üçün, onun mərhələlərə ayrılması mümkün
olmur.
Hər bir yanğının onun başlanğıc mərhələsində söndürülməsi daha asan olur. Yanğının ilk
mərhələdə məhdudlaşdırılması və söndürülməsinin müvəffəqiyyəti, mövcud yanğınsöndürmə
vasitələrindən düzgün istifadə edilməsindən asılıdır. Bu müvəffəqiyyət, həmçinin yanğın siqnal
vasitələrinin , avtomat yanğınsöndürücü qurğuların və s. tətbiqindən asılıdır.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə