Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə53/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   49   50   51   52   53   54   55   56   ...   66

başladılan  mədəniyyət  quruculuğu  prosesinin  nəticələri  sözün 
tam  mənası  ilə  bir  mədəni  inqilabdan  ibarət  idi.  Çox  qısa  bir 
müddət  ərzinə  həyata  keçirilən  bu  milli-mədəni  inqilab  Azər­
baycan  tarixində  yaddaşlardan  heç  bir  vaxt  silinməyəcək  bir 
mərhələ yaratmışdır.  Belə  ki,  İran və Rusiya işğalı  nəticəsində 
hakimiyyət mövqeyindən endirilmiş “türk dili, rəsmi dövlət dili 
olaraq,  zəfər  taxtına  yenidən  oturulmuş”,  bütün  məktəblərdə 
türk  dili  tədris  edilməyə başlamış,  “türk ədəbiyyatı,  türk  tarixi, 
türk  sənəti,  türk  ruhu  ana  dərslər  halına  gəlmişdi”.  Müəllim 
kadrları  yetişdirmək  üçün  qadın  və  kişilərə  məxsus  müəllim 
məktəbləri  və  kurslar  təsis  olunmuş  və  Türkiyədən  müəllim 
kadrları  cəlb  olunmuşdu.  “Milli  kültür  inqilabı”  adlı  məqalə­
sində  M.B.Məmmədzadə  yazır:  “Hərbi,  donanma,  ticarət, 
sənaye  və  bir  çox  peşə  məktəblərindən  başqa,  Azərbaycan 
Parlamentinin  1919-cu  ildə  qəbul  etdiyi  bir  qanun  ilə,  Bakıda 
bir dövlət universiteti  qurulmuşdu.  Türkləşdirilən əski  məktəb­
lər  ilə  açılan  yeni  məktəblərə  kitab  yetişdirmək  üçün  Maarif 
Nəzarəti  yanında  “Telif  və  Tərcümə  Encüməni”  təşkil  olun­
muşdu.  Avropaya yüzə  qədər tələbə  göndərilmiş  və  daha  artıq 
göndərilməsinə  də  qərar verilmişdi.  Bakıda təsis  olunan böyük 
və  modern  bir  dövlət  mətbəəsi,  milli  kitabxana,  milli  muzey, 
komediya,  dram  və  opera  şöbələri  ilə  bərabər,  milli  dövlət 
teatrı  haqqında  söz  söyləməyə lüzum  görmürəm”.  M.F.Axund- 
ovun həyata keçirməyə  çalışdığı  əlifba islahatının cümhuriyyət 
dövründə gerçəkləşdirilməsi üçün təşəbbüslər göstərildiyini, bu 
xüsusda  tənzimlənən  müxtəlif  layihələri  bir  araya  gətirmək 
üçün bir komitə qurulmasını və bu komitənin qəbul  etdiyi  yeni 
milli  əlifba  ilə  örnək  kitabların  nəşr  edilməsini  qeyd  etdikdən 
sonra  M.B.Məmmədzadə  yazır  ki,  “ən  mühümü  isə  bu  kültür 
inqilabının dayandığı demokratik prinsiplər idi” (113,  s.  7).
Milli  dövlətin həyata keçirdiyi mədəni inqilabın demokratik 
prinsiplərini  çarizmin  yürütdüyü  siyasətlə  müqayisəli  təhlil 
edən  M.B.Məmmədzadə  yazır  ki,  milli  dövlətdən  əvvəl,  rus 
hakimiyyəti  dövründə:  1)  Hər  kəs  oxuya  bilməzdi.  Maarif
158


ümumi  və  kütləvi  deyildi.  Bütün  sinif və  zümrələri  bir  gözlə 
görən və bərabərlik əsasına dayanan azad və  sərbəst bir maarif 
siyasəti  yox  idi.  Məhdud  miqdardakı  xalq  məktəbləri  yanında 
seçmə  siniflər  məktəbi,  onun  yanında  da  papaz  (xristian  din 
adamı)  və  missionerlər  məktəbi  vardı  (bugünkü  kommunist 
universiteti  və  Allahsızlar  məktəbi  kimi);  2)  Maarif  milli 
deyildi.  Sovetlərdə  olduğu  kimi,  çarlıq Rusiyasında  da  məktəb 
bir  ruslaşdırma  mexanizmindən  ibarət  idi.  Türkcə  orta,  lisə  və 
yüksək  tədrisat 
imkansızdı. 
Uşaqlarımızı 
milli 
ruhda 
yetişdirmək qanuni yasaqdı;  3) Maarifdən məqsəd rejimə sadiq 
qapı  qulu  məmur  sinfi  yetişdirməkdən  ibarət  idi;  4)  Yenə  bu 
səbəblə  tədrisatda  azadlıq  yox  idi;  Tədrisatda  təhlükəsizlik 
mövcud deyildi.  Terror, təzyiq və qorxu hakim idi (113,  s.  6).
Bu  imperialist,  müstəbid,  qeyri-milli  və  qeyri-mədəni 
maarif  sistemini  milli  hökumət  bir  həmlədə  yıxdı  və  onun 
yerinə  bütün  müsəlman  şərqi  üçün  örnək  ola  biləcək  yeni  bir 
sistem  qoydu.  Bu  maarif sisteminə  görə:  1)  Maarif dar -   sinfi 
deyil,  ümumi  və  tam  mənasilə  milli  məktəb  idi.  Məktəblər 
bütün  qadın  və  kişi  vətəndaşlara  açıqdı.  İlk  tədrisat  hər  kəs 
üçün  məccani  və  məcburi  idi;  2)  Tədrisat  kosmopolit  deyil, 
milli  idi  və  bəşəri  dəyərlərə  əhəmiyyət  verirdi;  3)  Tədrisat 
tamamilə  azad  olub  proqramlara yalnız  elmi  üsullar hakim  idi. 
Təfəkkür,  vicdan,  etiqad  və  içtihad  hürriyyəti  qanunun 
himayəsində  idi;  4)  Tədrisatdan  məqsəd  qapı  qulu  məmur 
hazırlamaq  deyil,  hür  düşüncəli  və  kültür  sahibi  münəvvər 
vətəndaş  yetişdirməkdi;  5)  Məktəblərdə  qorxu  deyil  -   sakitlik 
və  təhlükəsizlik,  terror  deyil  -   sevgi,  təzyiq  deyil  -   təşviq, 
himayə  və  şüurlu  milli  vəzifədən  doğan  bir intizam  hakim  idi 
(113,  s.  6-7).
Azərbaycan  Xalq  Cümhuriyyətinin,  strateji  prinsipləri 
demokratik  əsaslar  üzərinə  qurulmuş  milli-mədəni  inqilabının 
əsas  məqsədi  əvvəlki  nəsillərin  ideallarını  gerçəkləşdirməkdən 
və  Türk  dünyası  birliyində  modern  bir  Azərbaycan  türklüyü 
yarada  biləcək  ziyalı  bir  nəsil  yetişdirməkdən  ibarət  idi.
159


Türklüyünə bağlı  olan bu  nəsil,  həm  də  Avropa mədəniyyətini 
mənimsəmiş,  hərtərəfli  hazırlıq görmüş azad düşüncəli və azad 
vicdanlı  ziyalı  bir  ordu  təşkil  etməyi  öz  qarşısına  bir  vəzifə 
olaraq qoymuşdu.
Belə  bir  milli-mədəni  inqilab  tərəfdarları  kommunistlərin 
irəli  sürdüyü  “sinif  kültürü”  iddiasını  tamamilə  uydurma  və 
yanlış  hesab  edir  və  buna  qarşı  “milli  kültürü”,  başqa  sözlə, 
“proletar mədəniyyəti”nə qarşı “milli mədəniyyət”i  qoyurdular. 
Azərbaycan  milli  dövlətçiliyinin baniləri  sonrakı  mərhələdə  də 
kommunistlərin  “formaca  milli,  məzmunca  sosialist”  şüarına 
qarşı  “məzmunca  da,  formaca  da  milli  mədəniyyət”  tezisini 
qoymuşlar.  Onların fikrincə,  millət xaricində hər hansı bir sinif 
mövcudiyyəti düşünülə bilməz.  Çünki fəhlə də hər yerdə və hər 
zaman,  bütün  digər  siniflər  kimi,  öz  yurduna,  dilinə,  ədə­
biyyatına,  sənətinə və ümumiyyətlə milli varlığına və kültürünə 
bağlı və sadiq qalmışdır.
M.Ə.Rəsulzadə yazırdı ki,  milliyyətini inkar edən hər hansı 
bir  fəhlə  sinfi  təsəvvür  edilə  bilməz.  “Milli  kültürdə  hər  sinif 
xalqın  payı  və  hissəsi  vardır.  Milli  kültür  hər  sinif  xalqın 
həyatını,  istəklərini  və  dərdlərini  əks  etdirir.  Hələ  yoxsul  xalq 
təbəqələri,  ən  böyük  müdafiələrini  və  hamilərini  milli  ədiblə­
rimizin,  milli  sənət ərbabımızın və  elm  adamlarımızın  qüvvətli 
qələmlərində  və  fırçalarında  tapırlar”  (131,  s.  1-2).  “Kültür 
sinfi  deyil  millidir”  başlıqlı  məqaləsində  fəhləni  millətindən 
ayırma  hədəfini  güdən  xəyanətkar  kommunistlərin  təşəbbüslə­
rini,  qoyunu  sürüdən  ayırmağa  və  boğmağa  çalışan  qurdun 
hərəkətinə  bənzədən  M.Ə.Rəsulzadə  əminliklə  bildirirdi  ki, 
digər xalq zümrələri  qədər fəhlə  də  rifahını  və  səadətini  ancaq 
milli  camiada  və  bütün  millətin  müştərək  və  yekdil  səyi 
nəticəsində  təmin  edə  bilər.  Milli  topluluq  xaricində  heç  bir 
rifah  və  salamat  olamaz!  “Milli  kültür  yoxdur,  sinif  kültürü 
vardır”  deyənlər,  heç  də  kültürlə  əlaqələri  olmayıb,  sırf 
imperialist məqsədlər güdən rus uşaqlarıdır. Bu kimilər, fəhləni 
öz  dilindən,  öz  teatrından,  öz  musiqisindən  məhrum  edib,  ona
160


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə