Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə49/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   45   46   47   48   49   50   51   52   ...   66

ADR-ə  qədərki  son  üç  onilin  sosial-ictimai  və  ədəbi-mədəni 
hərəkatı  ilə  hazırlanmış  milli-məfkurəvi,  mənəvi-ideoloji  bir 
fenomen  idi  (52,  s.  471).  İqtidarın  sabitliyi  istiqamətində  ən 
böyük  iş  Cümhuriyyət  hakimiyyətinin  “Milli  istiqlal  şüuru” 
baxımından  təminatı  sahəsində  görüldü.  M.Ə.Rəsulzadə  Cüm­
huriyyətin  birinci  ildönümü  münasibətilə  “Azərbaycan”  qəze­
tində (28 may  1919) yazırdı ki, “Milli kültür əsasına dayanması 
və  milli  demokratik  türk  dövlətçiliyi  təməli  üzərinə  qurulması 
etibarilə,  Azərbaycan  ilk türk dövləti və  ilk müsəlman  cümhu­
riyyətidir”.  Qəzetin  növbəti  sayında  (№  190)  Ü.Hacıbəyov  da 
Azərbaycan  Cümhuriyyətinin  “sağlam  bir milliyyət  fikri,  türk­
lük  şüuru  üzərinə  qurulduğu”nu  vurğulayırdı.  M.B.Məmməd- 
zadə  də,  Cümhuriyyətin  quruluşunu  “xanlıq  və  dərəbəylik 
dövründən  sonra  demokratik  bir  hərəkat  olaraq  ortaya  çıxan 
Azərbaycan  türk  milliyyətçiliyinin  məntiqi  bir  sonucu”  olaraq 
dəyərləndirməkdədir  (120,  s.  20).  M.Ə.Rəsulzadə  deyirdi  ki, 
Rusiya  idarəsindəki  müsəlmanlara  “türk”  dedirtmək  bu  gün 
qazanılmış bir davadır.  Yalnız “türk”  kəlməsi  deyil,  “Azərbay­
can” adı da qazanılmışdır” (81,  s.  65;  143,  s.  129-130).
Həm  türk,  həm  də  Azərbaycan  kəlməsinin  təsadüfi  deyil, 
böyük  bir  milli  şüur  və  özünüdərketmə  prosesinin  məhsulu 
olduğunu  önə  çəkən Y.Qarayev yazır (51,  s.  29) ki,  tarix boyu 
neqativ  strateji  qütblər  də  Azərbaycanda  dövlətçilikdən  əvvəl 
kültürü,  mədəniyyəti  məhv  etmək,  heç  olmasa  danmaq,  inkar 
etmək  yolunu  əsas  mübarizə  üsulu  kimi  seçmişlər.  Bu  meyl 
özünü  sosial-mədəni  intibah  məqamlarında xüsusilə  hiss  etdir­
mişdir.  1918-ci  ilin  tarixi  mayı  ərəfəsində  Bakı  mətbuatında 
açıq erməni imzası ilə “Azərbaycan”  adını və  simvolikasını ələ 
salan  yazılar  peyda  olmuş,  İran  dövləti  isə  Xalq  Cümhuriyyə­
tinin  “Azərbaycan”  (AXC)  adlanmasına  hətta  rəsmi  şəkildə 
etiraz etmiş,  “Aran Xalq Cümhuriyyəti”  variantını təklif etmiş­
dir.  Eyni  milli  müəyyənlik  meyarına  və  sosial-tarixi  motivə 
görə,  üçüncü  təklifi  -   “Cənubi  Qafqaz  Türk  Respublikası” 
adını  da  Milli  Şura  qəbul  etməmişdi.  Çoxqütblü,  mürəkkəb
146


geosiyasi  bir  durumda,  ən  gərgin  tarixi  müqavimət,  təzyiq  və 
sınaq  məqamında  hələ  pöhrə,  kövrək  Azərbaycan  ideyası  və 
adı qalib gəlmişdir. Milli-mənəvi və bəşəri inteqrasiyada strate­
giyanın  strukturunu,  yaxın və uzaq proqramını  əvvəl  Azərbay­
can,  sonra  türk  dünyası  və  nəhayət,  Şərq  və  islam  miqyasında 
mənəvi-mədəni  yaxınlaşmanın  fasiləsizliyi,  bir-birini  əvəz 
etməsi,  tamamlaması  və bütün bu mərhələlərin hamısında milli 
kültürün istiqlalı,  suverenliyi təşkil edir.
Azərbaycan  milli  dövlətinin yarandığını  dünyaya bəyan  və 
bununla  da  şəxsin  hürriyyət və  bərabərliyini  elan  edən  İstiqlal 
Bəyannaməsi,  insanın  hüquqi  vətəndaşlığının  mühafizəsini 
təmin  edəcək  qanunların  “milli  iradənin  ifadəsi  olduğunu”  da 
qeyd etmişdir.  Məhz bu prinsipin də  dövlətlərin milliyyət əsası 
üzərinə  qurulmasını  zəruri  etdirən  ehtiyaca  qüvvətli  təsiri 
olmuşdur.  M.B.Məmmədzadəyə  görə,  qanunun  milli  iradənin 
ifadəsi  olduğunu  elan  etmiş  1789-cu  il  “Hüquq  Bəşər  Bəyan­
naməsi”, bununla ən təbii  dövlətin “Milli  dövlət”  ola biləcəyini 
də  elan etmişdir.  Çünki  milli  iradə yalnız milli  dövlət,  milli  bir 
cəmiyyət  daxilində ümumi  ola bilir.  Və  ancaq belə bir ümumi 
iradədir ki, ümum üçün əmri bir mahiyyət kəsb  edər (62).  Belə 
bir  təbii  zərurətə  söykənən  “Müsavat”  proqramının  başında: 
“Milli  istiqlala  malik  olmayan  bir  millət  hürriyyət  və  harsını 
dəxi  hifz  edəməz”,  bayrağında isə  “İnsanlara hürriyyət,  millət­
lərə  istiqlal!”  sözləri  yazılmışdı  (63,  s.  58;  121,  s.  51). 
M.Ə.Rəsulzadə  deyirdi  ki,  insan  öz  hərəkətlərini vicdanla  dərk 
edən ictimai  bir məxluq  olduğu üçün  cəmiyyət halında yaşayır 
və  ancaq  cəmiyyət  halında  yaşaya  bilir.  Cəmiyyətin  isə  ən 
mükəmməl,  ən  dəyişməz  şəkli  dövlət  halında  təşəkkül  etmiş 
millətdir (63,  s. 231).
Azərbaycan  parlamentinin  açılışındakı  çıxışında  M.Ə.Rə- 
sulzadə  deyirdi:  “Cəbr  ilə  qəbul  etdirilən  bir  şeydə  səadət 
olmaz.  Çünki  səadət  və  hürriyyət  istiqlaldır.  (Alqışlar).  İştə 
bunun  üçün  əfəndilər,  müstəqil  Azərbaycanı  təmsil  edən  o  üç 
boyalı  bayrağı  Şurayi-Milli  qaldırmış,  türk  hürriyyəti,  islam
147


mədəniyyəti  və  müasir  Avropa  iqtidarı  -   əhrarınəsini  təmsil 
edən  bu  üç  boyalı  bayraq  daima  başlarımızın  üstündə  ehtizaz 
edəcəkdir.  Bir  dəfə  qaldırılmış bayraq bir  daha enməyəcəkdir” 
(10,  s.  34-35).  M.Ə.Rəsulzadənın  parlamentin  açılışında  dilə 
gətirdiyi  bu  fikir  bir  əsrə  yaxın  bir  müddətdə  bütün  istiqlal 
mücahidlərinin  inanc  və  ilham  mənbəyinə,  mübarizə  şüarına 
çevrildi.  M.Ə.Rəsulzadə  1919-cu  il  28  mayında  “Azərbaycan” 
qəzetində  (№  190)  dərc  olunmuş  “Nə  böyük  bayram”  adlı 
məqaləsində  də  İstiqlal  bayramı  münasibətilə  yazırdı  ki,  “Bir 
kərə  yüksələn  livai-istiqlal  (istiqlal  bayrağı  -   M.S.),  bir  daha 
enməz!“  (80).  Təbii  ki,  bu istiqlal  şüarı,  milli  dövlətçilik tərəf­
darı  və  cümhuriyyət  qurucuları  olan  bütün  ictimai-siyasi  xa­
dimlər  və  ziyalılar  tərəfindən  dəstəklənmişdir.  Azərbaycan 
parlamentinin  açılışında F.X.Xoyski  deyirdi  ki,  “Hələ  çox  şey 
edə  bilməmişik,  amma  bunu  cürətlə  deyə  bilərəm  ki,  höku­
mətin  nöqsanları  ilə bərabər yol  göstərən işıqlı  ulduzu  bu  şüar 
olmuşdur. Millətin hüququ, istiqlalı, hürriyyəti!” (10,  s.  44).
İstər  milli  istiqlalın  mühafizəsində,  istərsə  də  mədəniyyət 
quruculuğu məsələlərində cümhuriyyətin bütün dövlət struktur­
ları  vahid  mövqedən  çıxış  etmişlər.  Azərbaycan  Xalq  Cümhu­
riyyəti  Parlamentinin  birinci  iclasında  Azərbaycan  Hökuməti­
nin fəaliyyəti barədə hesabat və onun istefası haqqında bəyanat 
verən  F.X.Xoyski  bildirirdi  ki,  “o  vaxt  nə  məktəb  var  idi,  nə 
ədliyyə  idarələri  var  idi.  Hökumət  buna  da  diqqət  etməli  idi. 
Çünki,  ədliyyə  idarəsi  olmayınca  məmləkəti  polis  qüvvəsi  ilə 
idarə etmək olmaz. Bu ikisi birdir ki,  əvvəl baş milliləşməli idi. 
Şimdi  məktəblər milliləşdilər.  İbtidai məktəblər və bəzi  siniflər 
milliləşmişlər, bir çox yeni  məktəblər açılmışdır.  Bundan əlavə 
hökumət  əldən  gələn  qədər  çalışaraq  yox  olan  ədliyyə  idarə­
lərini təmdid etdi.  İndi Allaha  şükürlər hər yerdə olamaz isə  də 
bir çox ədliyyə idarələrinə türk dili bilən adamlar təyin edilmiş­
lər.  Qüvvəmiz  qədər  vəzifəmizi  ifa  etdik.  Hələ  çox  şey  edə 
bilməmişik,  amma  bunu  cürətlə  deyə  bilərəm  ki,  hökumətin 
nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur:
148


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə