Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə48/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   44   45   46   47   48   49   50   51   ...   66

lər  ailəsində  özünəməxsus  bir  evə,  bir  yuvaya  malik  olmaq 
davası  ilə  eyniləşdirən  M.Ə.Rəsulzadəyə  görə  də  28  may, 
müasir Azərbaycan cəmiyyətinin hələ Mirzə Fətəli ilə başlayan 
milli  tərəqqi  və  kültürəl  inkişaf  seyrini  icmal  edərək,  ona 
yaşadığımız  milli  istiqlal  məfkurəsilə  dolu  böyük  dövr  ilə 
mütənasib bir şəkil və istiqamət vermişdir (126,  s.  119).
XIX  əsrin  ortalarından XX əsrin  əvvəllərinə  qədər  olan bir 
dövr  içərisində  getdikcə  güclənən  milliləşmə  prosesi,  1918-ci 
ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  qurulması  və  bu 
dövrdə  görülən  fəaliyyətlərlə  dini  kimlikdən  milli  kimliyinə, 
bir  başqa  deyişlə  müsəlman  camaatdan  türk  millətinə  keçidin 
təməllərin  atdı.  “Müsəlman”  qavramı  rəsmi fikirdə yerini  “türk 
milləti”  qavramına  buraxdı.  Beləcə  Əhməd  Ağaoğlunun 
bildirdiyi  kimi  “mərifəti  qövmiyyə”  yəni  milli  kimlik,  “ideal” 
sahədən “real”  sahəyə verilmiş oldu (125;  143,  s.  339).
Mayın  28-də  Həsən  bəy  Ağayevin  sədrliyi  ilə  Azərbaycan 
Milli  Şurasının  tarixi  iclasında  iştirak  edən  Həsən  bəy  Ağayev 
(sədr),  Mustafa Mahmudov  (katib),  Fətəli  xan  Xoyski,  Xəlil  bəy 
Xasməmmədov,  Nəsib  bəy  Usubbəyov,  Mir  Hidayət  Seyidov, 
Nəriman  bəy  Nərimanbəyov,  Heybət  Qulu  Məmmədbəyov, 
Mehdi  bəy  Hacınski,  Əli  Əsgər  bəy  Mahrnudbəyov,  Aslan  bəy 
Qar-daşov,  Sultan  Məcid  Qənizadə,  Əkbər  Ağa  Şeyxülislamov, 
Mehdi  bəy  Hacı-bababəyov,  Məmməd  Yusif  Cəfərov,  Xudadat 
bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, 
Firudun bəy Köçərlinski,  Camo bəy  Hacınski,  Şəfı  bəy Rüstəm- 
bəyov,  Xosrov  Paşa bəy  Sultanov,  Cəfər  Axundov,  Məhəmməd 
Мəhərrəmov,  Cavad  Məlik-Yeqanov  və  Hacı  Molla  Səlim 
Axundzadə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdilər.
İstiqlal  Bəyannaməsi  bütün  türk-müsəlman  dünyasında, 
ümumiyyətlə  bütün  Şərqdə,  ilk  dəfə  olaraq  Azərbaycanda  ən 
demokratik respublika idarə üsulunun -  parlamentli respublika­
nın  yaradılacağından  xəbər  verirdi.  Bu  mənada  Milli  Şuranın 
qərarları  olmasaydı,  elan  edilmiş  olan  istiqlal  bir  “Bəyanna- 
mə”dən  ibarət  olaraq  qala  bilərdi.  Məhz  bu  qərarların  bəşəri
143


dəyərləri  ehtiva  etməsi  nəticəsində  Milli  Cümhuriyyət  höku­
məti,  qısa  bir  zamanda,  anarxiya  halında  olan  məmləkətdə 
əmniyyət  və  asayişi  təmin  etdi,  ordu,  jandarma  və  polis 
təşkilatı vücuda gətirdi.  Azərbaycan Parlamenti  sosial islahatlar 
hazırladı,  lisələr,  müəllim  seminariyaları  və  universitet  təsis 
etdi,  qonşu dövlətlərlə dostluq müqavilələri imzaladı (129,  s.  6­
7).  1918-ci  il  sentyabr  ayının  15-də  Qafqaz  İslam  Ordusu 
tərəfindən  Bakı  azad  edildikdən  sonra  Azərbaycan  Cümhuriy­
yəti  hökuməti  Bakıya  köçdü,  noyabrın  ortalarında Azərbaycan 
Cümhuriyyəti  Milli  Şurası  öz  fəaliyyətini  bərpa  etdi.  Noyabrın 
9-da Azərbaycan Xalq  Cümhuriyyətinin  dövlət bayrağı  üzərin­
də  aypara  və  səkkizguşəli  ulduz  təsviri  olan üçrəngli  bayraqla 
əvəz olundu.  İctimai-siyasi, iqtisadi və mədəni həyatın müxtəlif 
sahələrində quruculuq işlərinə başlanıldı.
“Milli  həyat,  milli  varlıq,  milli  mənlik  və  milli  ruhun 
əsasını, baş mənbəyini təşkil  edən milli harsdır (kültür -  M.S.)” 
-   deyən  M.B.Məmmədzadə  yazırdı  ki,  28  may  “milliyyət 
dövrü”nün  sonu,  “millət”  dövrünün  əvvəli  idi.  Mədəni-ictimai 
təşəkkül  və  inkişafın  məhsulu  olan  “millət”  dövrü  ilə,  Azər­
baycan  cəmiyyəti  “milli bir məfkurə”  ətrafında siyasi  hakimiy­
yət  davasına başlayırdı.  Sonralar  “milli  davasını  silah  gücüylə 
davam  etdirməyə məcbur olmuşdu.  Bu  surətlə biz  15  sentyabra 
qədər  milli  hərəkatımızda  üç  mərhələ  görürük:  1  -   Milliyyət 
dövrü  dediyimiz  kültürəl  inkişaf  dövrü.  2  -   Millət  dövrü 
dediyimiz  siyasi  şüur və  müştərək  məfkurənin  təəssüsü,  siyasi 
mücadilənin başlaması.  3 -  Millətimizin bu müqəddəs haqqına, 
hürriyyət  və  istiqlal  istəyinə  qan  və  atəşlə  mane  olan  rusluğa 
qarşı  müsəlləh  mücadilə”  (112,  s.  122-124).  Azərbaycan  istiq­
lal  mübarizəsinin  kültürəl,  siyasi  və  hərbi  olmaqla  üç  qol 
üzərində  davam  etdirildiyini  yazan M.B.Məmmədzadəyə  görə, 
kültürəl varlığımızın məntiqi nəticəsi olan siyasi  şüur və istiqlal 
məfkurəsinin  gerçəkləşməsi  müsəlləh  bir  mübarizə  ilə  nəticə­
ləndi  (112,  s.  127).  Bu  mənada  Azərbaycan  Xalq  Cümhuriy­
yəti,  türk  aləmində  və  müsəlman  şərqində  ilk  demokratik
144


respublika olması  etibarilə öz-özlüyündə bir inqilab  təşkil  edir­
di.  Qərbi Avropa üsulunda demokratik prinsiplər üzərinə qurul­
muş  və  xalq  hakimiyyətinin  bərqərar  olduğu  bu  cümhuriyyət, 
hər  şeydən  öncə,  demokratik bir hərəkat olan  milli  kültür  oya­
nışının  məntiqi  və  təbii  bir  nöqtəsi,  yəni  milli  bir  dövlət  idi 
(113,  s.  5-7).  M.Ə.Rəsulzadənin  qeyd  etdiyi  kimi,  “türk  mən­
şəli  bütün  digər  dövlətlər  başlıca  olaraq  dini  təməl  üzərində 
qərar tutduqları  halda,  Azərbaycan  Cümhuriyyəti  müasir milli- 
mədəni  müstəqillik  təməlinə,  türk  milli-demokratik  dövlət 
qurumu  zəmininə  əsaslanır  və  bu  baxımdan  bizim  cümhuriy­
yətimiz ilk türk dövlətidir” (129,  s. 4).
Millət  və  demokratiya  məqaləsində  M.B.Məmmədzadə 
yazırdı:  “Bir xalq  yalnız  milli  kültürü,  milli  dili  və  ədəbiyyatı, 
milli  ənənə  və  tarix  vasitəsilə  siyasi  hakimiyyətini  təsis  edə 
biləcəyindən  hər  demokratiya  hərəkatına  milli  hərəkat  deyilə 
bilir. Necə ki,  milliyyət hərəkatı  da xalq hakimiyyəti  ilə  sonuc­
lanır.  Gerçək və tam  bir  demokratiya və  milliyyət  hərəkatı  hər 
zaman  eyni  şey  və  hər  zaman  bir-birinə  qarışmış  və  bərabər 
yürüyən  eyni  qüvvələrdir”  (62,  s.  5-6;  148,  s.  218-219) 
M.B.Məmmədzadəyə  görə:  “Millətlərin  milli  dövlət  qurduğu 
və  milli  dövlət  qurmaq  üçün  uğraşdığı  və  mücadilə  etdiyi 
zaman  vardır.  Çünki  millət  varlığını  qorumaq  və  gələcəyini 
əmniyyət  altına  almaq üçün  dövlət halında təşəkkül  edir.  Döv­
lət  halında təşəkkül  etməyən  və yaxud  qurmaq  üçün  mücadilə 
etməyən  milli  toplumlar  daha  millət  olmamışlar  deməkdir” 
(148,  s. 224).
1918-ci il  dekabrın 7-də saat  13.00-da H.Z.Tağıyevin qızlar 
məktəbinin  binasında  təntənəli  surətdə  açılmış  Azərbaycan 
Parlamenti  bütün  müsəlman  şərqində  о  dövrün  ən  demokratik 
prinsipləri  əsasında  formalaşdırılmış  ilk  parlament  idi.  Bu 
mənada Azərbaycan Xalq  Cümhuriyyəti,  şübhəsiz,  1917-1920- 
ci  illərdə  Avropa,  Rusiya  və  Qafqaz  miqyasında  özünü  geosi­
yasi  maraqların  obyektiv  olaraq  şərtləndirdiyi  tarixi  hadisə idi. 
Lakin  o,  daha  əvvəl  Azərbaycanda yaxın  iki  əsrin  və  xüsusən
145


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə