Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə45/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   41   42   43   44   45   46   47   48   ...   66

milliyyət  hərəkatı  hər  zaman  eyni  şey  və  hər  zaman bir-birinə 
qarışmış və bərabər irəliləyən qüvvələrdir” (62,  s. 47).
Azərbaycanın milli  dövlət ideoloqları əminliklə bildirirdilər 
ki,  millətin  “birləşdirici  müqəddəs  sementini  təşkil  edən  amil 
yalnız  din  olmayıb  milli  şüurla  tərif  edilən  əməldir”.  Onların 
inanırdılar  ki,  birləşmiş  türk  milləti  dünya  mədəniyyətinə 
orijinal  və  zəngin  kültür  əlavə  edə  biləcəkdir  (63,  s.  115). 
Çünki  artıq  XIX  əsrin  əvvəllərindən  etibarən  “mədəniyyət 
dünyası  tarixində  ən  böyük  rol  oynayan  və  ilham  verən 
milliyyət  fikri  XX  əsrin  girməsi  ilə  daha  artıq  qüvvətlənmiş, 
Avropa  və  Amerika  hüdudunu  aşaraq,  yaxın  və  uzaq  şərq 
məmləkətlərini də öz təsirilə bürümüşdü”  (126,  s.  118).
Vill  Düranta  görə,  “dövlət  son  çağlarda  gəlişən  bir 
müəssisədir,  yazılı  tarixin  başlanğıcından  öncə  rast  gəlmirik. 
(...)  Hər  dövlət bir  zorlama  ilə  başlar,  fəqət  itaət  etmə  vərdişi 
vicdanın  mühtəvası  olur və  qısa bir zaman  sonra da hər vətən­
daş bayraq  qarşısında özündən keçər”  (105,  s.  57).  S.S.Xəlilov 
da  bu  fikri  təsdiqləyərək  yazır  ki,  “Dövlətçilik  şüurunun, 
müəyyən  bir  dövlətə  mənsub  olmaq  hissiyyatının  mühüm 
əlamətlərindən  və  vasitələrindən  biri  də  dövlət  rəmzləridir. 
Buraya  ilk  növbədə  dövlət  bayrağı,  gerb  və  dövlət  himni 
aiddir”  (42,  s.  358).  Bu mənada  da  cümhuriyyət ideoloqlarının 
millət və dövlət məfhumlarına konkret və  orijinal baxış tərzləri 
olmuşdur.  Bu  ümumiləşdirilmiş  dünyagörüşünü  həmin  dövrə 
qədər  mövcud  olan  nəzəri  və  təcrübi  qənaətlərlə  müqayisəli 
təhlil  etdikdə  burada  həm  oxşar  (ümumi),  həm  də  fərqli 
(özünəməxsus)  cəhətlər  görürük.  Ümumiyyətlə,  millətin  bir 
dövlətin  zəruri  ünsürü  olub-olmaması və yaxud da bir dövlətin 
yaranması  üçün  müxtəlif  millətlərdən  (hansı  millətlərdən 
təşəkkül  edərsə  etsin)  ibarət  bir  əhalinin  mövcudluğunun 
kifayət  edib-etməsəisi  məsələsi  iki  əsrdən  artıqdır ki,  müzakirə 
edilməkdədir.  Xüsusilə  də,  bu  məsələ  böyük Fransa  inqilabın­
dan  sonra  başlayaraq  zamanımıza  qədər  ictimaiyyət  və  hüquq 
alimlərini ciddi  surətdə məşğul etməyə başlamışdır.
134


Bu  xüsusda,  millətin  mövcud  olmadığı  dərəbəylik  dövrü­
nün zehniyyətindən qurtarmamış mütəfəkkirlər mövcud olduğu 
kimi, bilavasitə demokratiya fikrinin inkişafı ilə meydana gələn 
baxışlar da vardır.  “Mançiniyə görə,  dövlət bir hüquqi  şəxs ola 
bilməz,  çünki  belə  bir  heyət  süni  bir  zihaqdır.  Halbuki  dövlət 
yerinə millət alınırsa, bu süni  zihaq yerinə həqiqi zihaq vücuda 
gətirilmiş  olur”  (62,  s.  5-6).  Kappore  də  “bir  dövlət  təşkil 
olunarkən  milliyyət  əsasının  nəzərə  alınmasının  ən  yararlı  bir 
əsas”  olduğu  qənaətində  olmuşdur.  Alman  mütəfəkkirləri  isə 
milliyyət  məfhumu  ilə  dövlət  məfhumunu  bir-birinə  qarışdır­
mağın  əleyhinə  olmuşlar.  Blönçli,  milliyyət  fikrinin  İtaliyada 
krallığı,  Almaniyada  imperatorluğu  vücuda  gətirdiyini  bəyan 
etməklə  bərabər milliyyətlə  dövlət arasında bir əlaqə və  ortaq- 
lıq  olduğunu,  bir-birinə  qarşılıqlı  təsir  icra  edə  biləcəklərini 
qəbul  edirsə  də,  bunların  bir  dövlət  içində  yaşayan  əhalinin 
mütləq  bir millət  təşkil  edəcəkləri  iddiasını  yanlış  bilir.  Lakin 
bəşər  mədəniyyətinin  ortaya  qoyduğu  gerçəklik  dövlətin  milli 
dövlətə  doğru  təkamül  etməkdə  olduğunu  göstərməkdə  idi. 
M.B.Məmmədzadə  yazırdı  ki,  artıq  I  Dünya  müharibəsindən 
sonra bütün  Avropa  millətləri,  müstəqil  dövlət hüdudları  daxi­
lində  təşəkkül  etməkdə  idilər  (62,  s.  6).  Sərhədlərin  müəyyən­
ləşdirilməsi  və  ortaq  maraqlara  uyğun  beynəlxalq  səylərin 
təmin  edilməsi  məsələsi  milli  dövlət  şəklində və milli  ocaqları 
ətrafında təşəkkül  etmiş  olan  Qərbi  Avropa  millətləri  qarşısın­
da duran əsas problem kimi  durmaqda idi.  Bu dövrdən etibarən 
milli  dövlətçilik  ideoloqları  belə  bir  ideya  uğrunda  daha 
əminliklə  mübarizə  aparırdılar  ki,  istiqlal  və  milli  dövlət  -   ən 
yüksək,  ən  qüdsi  və  ən  insani  bir  məfkurəni  milli  sərhədlər 
daxilində  gerçəkləşdirmək  üçün  bir  vasitədir.  “Zatən  siyasi 
türkçülük,  milli  dövlət  qurmaq  hərəkatı  milli  varlığı  qorumaq 
əndişəsindən  və  mədəni  millətçiliyi  gerçəkləşdirə  bilmək 
arzusundan doğmamışdırmı?”  (63,  s.  210).  “İnsan öz hərəkətlə­
rini  vicdanla  dərk  edən  ictimai  bir  məxluqdur.  O,  cəmiyyət 
halında  yaşayır  və  ancaq  cəmiyyət  halında  yaşaya  bilir.
135


Cəmiyyətin  isə  ən  mükəmməl,  ən  dəyişməz  şəkli  dövlət 
halında təşəkkül etmiş millətdir” (63,  s.  231).
XIX  əsrin  ortalarına  doğru  başlayıb  1905-ci  ildə  tamamilə 
yetkinləşən  modern  milli  kültür  hərəkatı,  milli  dövlət  halında 
təşəkkül  etmənin həyatı  bir zərurət olduğu nəticəsinə varmışdı. 
Yabançı  zülm  və  təzyiq  altında  milli  kültürün  mühafizə  və 
inkişaf  edə  bilməyəcəyi  bütün  aşkarlığı  ilə  anlaşılmaqda  idi. 
Milli  kültürünü  mühafizə  edə  bilməyən  bir  toplumun  isə  bir 
millət  olaraq  yaşamayacağı  da  aşkar  idi.  1905-ci  ildən  sonra 
müxtəlif  mərhələlərdən  keçən  və  nəhayət  “milli  dövlət” 
tezisinə  söykənən  “milli  dövlət  şüuru”  məhz  bu  təcrübələrin 
nəticəsində  doğmuşdu.  Rusiya inqilabının ilk aylarında Qafqaz 
Müsəlman  Qurultayı  (aprel  1917),  bütün  Rusiya  Türkləri 
Konqresində  (may  1917) və  eyni  ildə başlayan  seçki  dövründə 
milli  dövlət  tezisinin  ələmdarı  olan  “Müsavat”  partiyası  bu 
şüarı  meydana  atmışdı:  “Ən  təbii  dövlət  milli  olan  dövlətdir. 
Milli  istiqlalına  malik  olmayan  bir  millət,  milli  kültürünü  və 
milli mövcudiyyətini mühafizə edəməz” (113,  s.  5).
Artıq  XX  əsrin  əvvəllərində  çar  hökumətinin  ucqarlarda, 
xüsusilə  müsəlman  xalqları  arasında yeritdiyi  müstəmləkəçilik 
və  ayrı-seçkilik  siyasəti  hüquqları  tapdalanan  xalqların  bütün 
zümrələrindən  olan  nümayəndələrini  milli  zəmində  vahid  bir 
cəbhədə birləşməyə  sövq  edirdi.  Müsəlman xalqlarının  azadlıq 
mübarizəsinə  hazırlığının  təşkilində  Azərbaycan  ziyalılarının 
əvəzsiz xidmətləri  olmuşdur.  1905-ci  ildəki birinci  rus  inqilabı 
Rusiyada  olan  digər  xalqlarla  yanaşı,  müsəlmanların  da  icti­
mai-siyasi  şüurunun  oyanmasında  mühüm  rol  oynadı.  Rusiya 
imperiyasının Birinci  dünya müharibəsinin gedişində dağılması 
üçün  real  tarixi  şərait  yaranarkən  isə  Azərbaycan  xalqı  həm 
qədim  dövlətçilik  ənənələrinə  görə,  həm  də  özünün  qabaqcıl 
oğulları  ən  müasir  idarəçilik  mədəniyyətinə  yiyələndiyi  üçün 
müstəqil  dövlət  halında  yaşamağa  hazır  idi.  Ölkənin  qacarlar 
sülaləsi  tərəfindən  idarə  olunan  və  İran  şahlığının  tərkibində 
qalmış  cənub  rayonlarından  fərqli  olaraq  Şimali  Azərbaycan
136


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə