Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə43/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   39   40   41   42   43   44   45   46   ...   66

yət  qurmasında  mühüm  rol  oynayır.  Ana  dili  millətin  özünə­
məxsusluğunu  qorumaqla  yanaşı,  tərcümə  vasitəsilə  başqa 
xalqların  mədəni  irsi  ilə  tanış  olmağa,  onlarla  ünsiyyət  qur­
mağa  imkan  yaradır.  Dilin  bəşər tarixindəki  əvəzedilməz  yeri­
nin  bundan  sonra  da mühafizə  olunması  vacibliyini  önə  çəkən 
YUNESKO  bu  məqsədlə  1999-cu  ildən  etibarən  21  fevralı 
Beynəlxalq  Ana Dili  Günü elan  etmişdir.  Azərbaycan Respub­
likası  Prezidentinin  9  avqust  2001-ci  il  tarixli  (552  saylı) 
Fərmanı  ilə  1  avqustun  Azərbaycan Respublikasında Azərbay­
can əlifbası və Azərbaycan dili günü elan edilməsi isə xalqımı­
zın da bu prosesdən kənarda qalmadığının rəsmi sübutu idi.
Mədəni  müxtəlifliyin bəşəriyyətin  fərqləndirici  xüsusiyyəti 
olduğunu  təsdiqləyən  Birləşmiş  Millətlər  Təşkilatının  Təhsil, 
Elm  və  Mədəniyyət  Təşkilatının  Baş  Konfransı  isə  3-21 
oktyabr  2005-ci  il  tarixində  Paris  şəhərində  keçirilən  33-cü 
sessiyasında “Mədəni  özünüifadə müxtəlifliyinin qorunması  və 
təşviqi  haqqında”  konvensiya  (Paris,  20  oktyabr  2005-ci  il) 
qəbul  edilmişdir  ki,  burada  dil  müxtəlifliyinin  mədəni  müxtə­
lifliyin fundamental  elementi  olduğu ayrıca bənd şəklində qeyd 
edilmişdir (18).
Ortaq  dil  məsələsində  mövqeləri  üst-üstə  düşən  Çingiz 
Aytmatov,  Oljas  Süleymenev,  Şükrü  Xaliq,  Anar,  Nizami 
Cəfərov  kimi  türk  ziyalılarının  dilimizin  gələcəyi  ilə  bağlı 
düşüncələri  də  Türk  dünyasının  dil  və  kültür  birliyi  problemi 
ilə  bağlı  nikbin  ovqat  yaradır.  Türk  Dil  Qurumunun  başqanı 
Şükrü  Xaliq  Türk  dünyasını  təmsil  edən  ziyalıların  bir-biri  ilə 
rus  və  ya  ingilis  dilində  deyil,  məhz  türk  dilində  ünsiyyətə 
girmələri  zərurətini  xüsusilə  vurğulamışdır.  O,  həmçinin  bu 
istiqamətdəki  çalışmaların  birləşdirilməsi  üçün  TDK  ilə 
AMEA-nın toplantılarının müntəzəm xarakter  daşıması  ehtiya­
cına,  ortaq  bir  mərkəzin  yaradılması  və  mətbuat,  radio, 
televiziya,  internet yolu ilə ümumi  ünsiyyət dilinin formalaşdı­
rılması  məsələsinə  də  toxunmuş,  ən  önəmli  nöqtə  kimi  isə
128


toplantılarda  elmi  terminlərlə  bağlı  problemi  və  bu  sahədə 
razılaşmaların əldə edilməsi vacibliyini qeyd etmişdir.
Türk  dünyasının  dil  və  kültür  birliyi  ideyası  bu  gün  artıq 
dövlət başçıları  və  türk  dövlətlərinin  rəsmi  qurumları  səviyyə­
sində  dəstəklənməkdədir.  Arzulanan məqsədlərə  doğru bir  sıra 
real  işlər  də  görülməkdədir.  Türk  dünyasının  bu  inteqrasiya 
prosesinin mədəni-etnik birlikdən siyasi birliyə doğru istiqamət 
alması  ziyalılar  və  dövlət  rəsmiləri  tərəfindən  də  etiraf  edil­
məkdədir.  Məsələn,  Azərbaycan Respublikası  Milli  Məclisinin 
Mədəniyyət  Məsələləri  Daimi  Komissiyasının  sədri  Nizami 
Cəfərov  da  dil  və  kültür  birliyi  ilə  başlanan  bu  inteqrasiyanın 
ilk  növbədə  mədəni-mənəvi  birlik  mahiyyətli  olması  qənaətin­
dədir.  Onun  fikrincə  də,  mədəni  dünya tərəfindən  təbii  sayılan 
belə  bir  mədəni-mənəvi  birliyin  açarı  birinci  növbədə  dildir: 
“Bu mədəni-mənəvi birliyə çox nəsnələr daxildir.  Buraya həyat 
tərzi və məişət vərdişlərindən tutmuş düşüncə tərzinə qədər hər 
şey  daxildir.  Bu  gün  türk  dünyasında  fərqliliklərin  birləşməsi 
prosesi  gedir.  İnteqrasiya  prosesi  bütün  dünyada  getdiyi  kimi, 
ayrı-ayrı ümumi tarixi mədəniyyətlər arasında da gedir.  Vaxtilə 
ümumi  olmuş,  sonradan  müxtəlif  səbəblərdən  diferensiasiya 
olunmuş mədəniyyətlərin özündə də gedir. Bütün dünya bu gün 
çəkinmədən  ərəb  birliyindən,  slavyan  birliyindən,  anqlo-saks 
birliyindən  danışır.  Bunlar  artıq  xeyli  vaxtdır  dünya  gerçəkli­
yinə  çevrilib.  Yeni  dünya  düzəninin formalaşdığı  bir  dönəmdə 
türklərin  də  birləşməsi  təbiidir.  Bu  inteqrasiya  dünya  birliyi 
tərəfindən  də  normal  qarşılanır.  Ərəb,  slavyan,  anqlo-saks 
birliklərinin  genetik  əsasları  olduğu  kimi,  türklərin  də mənəvi- 
mədəni birliyinin özülündə kök,  soy yaxınlığı durur”  (21). Hələ 
vaxtilə  “Azərbaycan  Cümhuriyyəti”  əsərində  azərbaycanlıları 
milliyyət  etibarı  ilə  türk,  din  etibarilə  islam,  mədəniyyəti- 
əsasiyyə  etibarilə  şərqli  olaraq  təqdim  edən  M.Ə.Rəsulzadə 
dünyaya  bəyan  edirdi  ki,  “Azərbaycan  türkü  müxtəlif şivələrə 
malik  və  olduğu  yerlərə  nisbətlə  müxtəlif  isimlər  daşıyan 
böyük Türk ağacının bir budağıdır”  (138,  s.  7).
129


Dünya elmi  fikrinin  qənaətləri  də təsdiqləyir ki,  dil  daima bir 
millətin  təməlini  təşkil  edir.  Bu  nöqtədə  dil,  millət  və  milliyyət 
məfhumları  ilə birləşməkdədir.  Yəni  dil, millət,  milliyyət və milli 
mədəniyyət  bir  bütündür  ki,  tamamən  bir-biri  ilə  qaynayıb- 
qarışmış,  birləşmişdir.  Bu  tarixi,  sosial  və  kulturoloji  gerçəklik 
dilin dəyərini  ortaya qoymaqdadır.  Və bu da qaçılmaz bir reallıq­
dır ki,  dil  bir  sıra  çeşidli  şərt  və  amillərin təsiri  altında meydana 
gəlmişdir.  Yəni  dil,  cəmiyyətin  mahiyyətindən,  strukturundan 
doğan,  cəmiyyətə  məxsus  olan  başlıca  xarakterik  bir  ünsürdür. 
Hər  hansı  bir  toplumun  dilini  soysuzlaşdırmaq,  degenerasiya 
etmək,  o  toplumu  hər  şeyi  ilə  ortadan  qaldırmaq  deməkdir. 
Azərbaycan ziyalılarının əsərlərində dil  mövzusu əsasən məhz bu 
aspektdən  araşdırılmışdır.  Onların  gəldikləri  qənaətlərə  görə,  dil 
birliyi  bütün  sadalanan  məziyyətlərə  ancaq  o  zaman  sahib  ola 
bilər  ki,  ayrı-ayrı  fərdlərin  dilindən  təşəkkül  tapmış  milli  dilin 
mühafizəsi  və  zənginləşməsi  üçün  lazım  olan  hər  şey  edilsin. 
Millətin  ayn-ayrı  təbəqələrinin  ifadə  və  istifadəsi  üçün  möhtac 
olduğu  bütün  istilahları  və  kəlmələri  ahəngdarlıqla  təmin  edə 
bilməyən  dil,  o  millətin  fərdlərini  ayrılıqdan,  pərakəndəlikdən 
qurtarıb onların birliyini yarada bilməz.
Ümumiləşdirilmiş  təhlil  və  şərhlərdən  də  göründüyü  kimi, 
Azərbaycan  mütəfəkkirlərinin  kulturoloji  irsində  dil  mövzusu 
millət  və  mədəniyyət  fenomenləri  kontekstində  araşdırılmış, 
dilin  tarixi-mədəni  və  milli-ideoloji  aspektlərdən  tədqiqi 
problemlərinə  xüsusi  diqqət  yetirilmişdir.  Onların  qənaətincə, 
milliyyət  xaricində  səadət  olmadığı  kimi,  dilsiz  də  milliyyət 
yoxdur.  Mədəniyyət  sinfi  olmadığı  kimi,  dil  də  sinfi  deyil, 
millidir.  Bütün  təbəqə  və  siniflərin  ifadə  və  istifadəsini  təmin 
etməyincə  də bir  dil  qərarlaşmış  olmaz.  Ümumiyyətlə,  türk dil 
birliyini  müdafiə  və  təbliğ  etmiş  ziyalılarımız  Azərbaycan 
dilinin  tarixinin  də  yalnız  türk  dilinin  tarixi  ilə  birgə  öyrənil­
məsini  elmi  saymışlar.  Bu  mənada  Azərbaycan  xalqının  tarixi 
də  məhz  kompleks  şəkildə  -   xalqın  mədəniyyətinin,  milli- 
mənəvi  dəyərlərinin,  elminin,  ədəbiyyatının  və  nəhayət  dilinin
130


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə