Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə39/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   35   36   37   38   39   40   41   42   ...   66

lərdə  Stolıpinin  təbliğ  etdiyi  fikirlər bunun  bariz  nümunəsidir: 
“Xristian  millətinin  müsəlman  dünyası  ilə  olan  çarpışmaları 
dini  olmayıb  siyasi,  kültürəl  və  dövlət  səviyyəsində  bir  savaş­
dır.  Panislamizmin  son  zamanlarda  qazandığı  müvəffəqiyyət 
bu  üzdəndir.  Bu  uğur  bizim  Rusiyada  böyük  önəmə  malikdir. 
Bir  çox  millətləri  əhatə  edən  rus  müsəlmanlığının,  bəzi  əhə­
miyyətsiz  istisnalarla,  müxtəlif ləhcələrlə  olsa  da,  ümumilikdə 
bir  dildə  danışan  türk  irqinə  mənsub  olduğu,  xüsusilə,  göz 
önündən uzaq tutulmamalıdır”(142,  s. 27).
İ.Qaspıralının  “Tərcüman”  vasitəsi  ilə  yaydığı  və  maarif 
islahatının  təbliğinə  həsr  olunmuş  yazıları  Orenburqda  çıxan 
“Vaxt”  qəzeti,  Kazanda  çıxan  “Yıldız”  qəzeti  və  “Şura”  dər- 
gisi,  Azərbaycanda  çıxan  “Molla  Nəsrəddin”  dərgiləri  tərəfin­
dən  də  dərc  edilir,  bu  qəzet və  dərgilər isə  bütün  Türküstanda 
oxunurdu.  Sadə  türkcə  ilə  nəşr  olunan  “Tərcüman”  qəzeti  ya­
yıldığı  hər yerdə,  xüsusilə Kazanda,  Şərqi  və  Qərbi  Türkistan- 
da,  Balkanlarda  və  Osmanlı  Türkiyəsində  yaşayan  bütün 
türklər  tərəfindən  başa  düşülən  tərzdə,  anlaşılan  bir  dildə  idi. 
İ.Qaspıralı  bütün  gücüylə  məsləkdaşlarını  sadə  dildən istifadə­
yə  təşviq  etmişdir.  Azərbaycan  millətçi  ziyalıları  ilə  vaxtaşırı 
əlaqə  yaratmış  və  onların  ideya  mübarizəsinə  təsir  göstərmiş 
İ.Qaspıralının  Ə.Hüseynzadəyə  ünvanlanmış  məktubu  bu 
baxımdan  çox  səciyyəvidir:  “Füyüzat”ın  birinci  sayını  aldım. 
Gözəl  tərtib  və  dərc  olunmuş,  xeyirli  olsun.  Dilini  bir az  daha 
sadələşdirsəniz  avam  arasında  daha  ziyadə  nəşrə  faydalı  olur­
du,  zənnindəyəm.  Yazmaqdan  usanmıyoram,  lakin  lisansızlıq- 
dan canım yandı.  Volqa, Kazan və bu aralıq  çıxardıqları  qəzet­
ləri müxtəlif və qaba dilləri və “Tatarlıqları” millət qəzetəsənin 
təsisinə  məni  məcbur  etdi.  Sadə  türkcəyi  intişara  məxsus 
olacaqdır” (102,  s.  13).
1905-ci  ilin  avqustunda  eyni  düşüncə,  əqidə  ətrafında 
birləşən  İ.Qaspıralı,  Ə.Topçubaşov  və  Y.Akçuraoğlu  “Rusiya 
Müsəlmanları  İttifaqı”nı  quraraq  türklərin  haqlarının  Dumada 
tələb  olunması  barəsində  fəaliyyətə başlamışlar ki,  bu ittifaqın
116


irəli  sürdüyü başlıca  prinsiplər vicdan  azadlığı,  kültür  sahəsin­
də  milli  inkişafa  qanuni  icazə  verilməsi  və  bütün  Rusiya 
vətəndaşları  arasında hüquq  bərabərliyinin tələb  olunmasından 
ibarət idi.  1906-cı ilin yanvarında Peterburqda toplanmış ikinci 
qurultay  “İttifaqın”  nizamnaməsini  müzakirə  və  qəbul  etmiş, 
eyni  ilin  avqustunda  Ə.Topçubaşovun  sədrliyi  və  İ.Qaspıralı, 
Yusuf  Akçuraoğlu,  Sədri  Maqsudinin,  Fateh  Kərimbəy  və 
digərlərinin  iştirakı  ilə  Nijni-Novqorodda  toplanan  üçüncü 
qurultay “İttifaqın” proqramını  qəbul və Ə.Topçubaşovun sədr­
liyində  mərkəzi  komitəni  təsdiq  etmişdir  (100,  s.  143-158;  16, 
s.  145-163).  Bu  qurultayda  İ.Qaspıralının  dil  birliyi  haqqında 
təklifi  alqışlarla  qarşılanmış  və  yekdilliklə  qəbul  edilmişdir: 
“Ümumi  Türklərin əsli  nəsli birdir.  Zaman və məkan ixtilafiylə 
şivə  və  adətlərimizdə  ixtilaf  peyda  olmuşdur.  Bu  ixtilaf  biri 
digərini  anlamayacaq  dərəcəyə  gəlmişdir.  Bundan  sonra  mək­
təblərimizi  bir olan  ədəbi  dilimizə yararlı  olacaq hala gətirmək 
lazımdır. Konqrenin məktəb və mədrəsə komissiyası tərəfindən 
hazırlanmış  layihəsində  ibtidai  məktəblərimiz  üçün  dörd  illik 
tədris təyin  olunmuşdur.  Bunun  üç  ilində  sadə məhəlli  şivə  ilə 
tədrisat  icra  edilib,  son  ilində  ümumi  türk  dili  ilə  yazılmış 
kitablar  oxunmalıdır.  Bunun  sayəsində  tədricən  müxtəlif şivə 
və ləhcələr birləşmiş olur”  (119,  s.  6).
“Can və Həyat Məsələsi” adlı məqaləsində İ.Qaspıralı məhəlli 
dil,  yəni  şivə  yerinə  türkcə  oxutmanın  zərurətini  anlatmağa 
çalışırdı  (141,  s.  54).  Dilimizə  müxtəlif  adlar  qoyanlara  cavab 
verərək İ.Qaspıralı deyirdi:  “Tatar qövmü mövcud deyil, tatar dili 
məlum  deyil,  lisanımıza  hər nə  isim  verilirsə  verilsin,  həqiqətdə 
türk  dilindən  başqa bir  şey  olmayacaqdır”  (107,  №  26  s.  1).  Və 
yaxud:  “Doğma  dil  demək,  qövmin,  millətin  ədəbi  dilidir.  Rus- 
lann  doğma  dili  Voloqodski,  Yaroslanski,  Kurski,  Saranski  şivə­
ləri  deyildir.  Ruslann  lisani-ədəbiyyəsidir.  Bizim  də  doğma  dili­
miz türk dilidir, lisani-ədəbiyyəmizdir.  Əski  lisani-ədəbiyyəmizin 
bir sütunu Mir Əlişir Nəvai isə, yeni  lisani  ədəbiyyəmizin  sütunu 
Füzulidir” (107, № 50, s. 2).
117


Bütün  bu  saydığımız  fəaliyyətlərin  nəticəsi  idi  ki,  1917-ci 
ildə  (1-11  may)  M.Ə.Rəsulzadənin  də  proqram  xarakterli 
məruzə  ilə  çıxış  etdiyi  Rusiya  Müsəlmanları  Qurultayında  dil 
və maarif məsələləri  müzakirə olunarkən İ.Qaspıralının xatirəsi 
şərəf  və  hörmətlə  anılmış  və  dil  xüsusunda  qərar  qəbul 
edilmişdir:  “Maarif  və  kültür  işləri  hər  xalqın  öz  idarəsində 
yürüdülür.  İbtidai  məktəblərdə  təhsil  dili  olaraq,  hər  qəbilənin 
öz  ana  dili  işlədilir,  orta  məktəblərdə  ümumi  türk  dilinin 
işlədilməsi  məcburidir.  Yüksək məktəblərdə  də təhsil  dili  türk- 
tatar qəbilələri üçün ortaq olan türk dili  olacaqdır”  (141,  s.  60).
Lakin dil və kültür birliyi  siyasəti  heç də bütün türk ziyalıları 
tərəfindən  birmənalı  qarşılanmamışdır.  Bir  çoxları  bu  ideyaya 
qarşı  çıxmış  və  hər  cür təhsilin  qəbilələrin,  qövmlərin  danışdığı 
ləhcədə  və  ya  şivədə  olmasını  müdafiə  etmişlər.  H.Zərdabi  və 
İ.Qaspıralı  tərəfindən  irəli  sürülmüş  dil  birliyi  ideyasının  ən 
etibarlı və ardıcıl tərəfdarları Türkiyədə Hüseyn Kazım Kadri bəy, 
Ziya  Gökalp  bəy,  Rusiya  türkləri  içərisində  isə  Ə.Hüseynzadə, 
Ə.Ağaoğlu,  Ə.Topçubaşov,  Y.Akçuraoğlu  və  M.Ə.Rəsulzadə 
kimi türkçülər olmuşlar ki, heç şübhəsiz, bu ziyalılar içərisində də 
məsələyə  fərqli  yanaşmalar var  idi.  Məsələn,  Y.Açkura,  Ə.Ağa­
oğlu və  Ə.Hüseynzadə  bir az  da irəli  gedərək dil,  fikir və  kültür 
birliyi  ilə yanaşı  türklər arasında  əsgəri  və  siyasi  birlik  fikrini  də 
müdafiə  edirdilər.  Lakin  Ənvər  Paşanın  aqibətini  gördükdən 
sonra,  siyasi  baxımdan  yanıldıqlarını  başa  düşmüş,  Ziya  Göyalp 
və  onun  məsləkdaşlarına  qatılaraq  Türk  Milli  Mücadiləsini  və 
onun  öndəri  Qazi  Mustafa  Kamal  Paşanı  bütün  gücləriylə 
dəstəkləmişlər (141,  s. 70-71).
Bütün  hallarda  Azərbaycan  ziyalılarının  dil  probleminə 
münasibətində  S.C.Əfqani  və  İ.Qaspıralının  təsiri  açıqca  hiss 
olunmaqdadır.  Dilin milli birlik və tərəqqidəki  rolunu  Ş.C.Əfqani 
belə  dəyərləndirirdi:  “Əgər  dil  birliyi  olmasa,  milli  vəhdətin 
həqiqi  mahiyyəti  və  həyat  gücü  ola  bilməz.  Dil  birliyi  insanlar 
arasında  çox mühüm əhəmiyyət kəsb  edən əsas əlaqə vasitəsidir. 
O,  müxtəlif  məzhəbə  qulluq  edən  tayfaları,  müxtəlif  arzularla
118


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə