Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə37/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   33   34   35   36   37   38   39   40   ...   66

millət  məsələsində  də  bu  mütəfəkkirlərin  yanaşmaları  fərqlən­
mir.  Onlar  milli  varlığın  qorunması  baxımından  dil,  kültür  və 
millət  məfhumları  arasında  bərabərlik  işarəsi  qoyurlar.  Lakin 
dilin  də  zaman  və  şərtlərə  görə  dəyişməsinə  xüsusi  diqqət yeti­
rən  Ə.Ağaoğluna  görə:  “Az-çox  əbədilik  qoxusu  dildən  gəlir. 
Fəqət,  bu  da  gerçək və  ümumi  deyildir.  Məsələn,  bu  gün  slav- 
yancanı  qəbul  etmiş  olan  bolqarlar  öz  əski  dillərini  qeyb 
etmişlər.  Bunun  kimi,  bugünkü  ingiliscə,  İngiltərədə  yaşayan 
başlıca  dörd  ünsürdən  hansına  aid  dilin  davamıdır?  Hansı  özəl 
bir  tərzdə  onu  mənimsəyə  bilir?  Bununla  bərabər,  bir  millətin 
tarixində ən sağlam olan və həmən dəyişməzlik dərəcəsinə varan 
amil  dildir,  yəni  yalnız  dildir  ki,  mahiyyəti  dəyişmədən  inkişaf 
xüsusiyyəti  daşıyır.  Demək  ki,  ümumilikdə  şəxsiyyət  və  özlük 
deyilən  məfhum  dillə  bərabər  bir  millətin  maddi  varlığından 
başqa bir şey deyildir” (95,  s.  14-15).
Dilin,  milli  tarix  və  adət-ənənə  ilə  əlaqəsi  probleminin  ilk 
tədqiqatçılarından biri alman filosofu İ.Q.Herder olmuşdur.  XX 
yüzillikdə  isə F.Baas  dillə  kültürün  əlaqəsinə  dair yeni  fikirlər 
irəli  sürmüşdür.  O,  Amerika  hindularının  kültür  və  məişətini, 
adət  və  ənənəsini  tədqiq  edərək  bu  nəticəyə  gəlmişdir  ki,  dil 
necədirsə,  kültür  də  elədir.  Dilçilik  elmində  etnoloqivistikanın 
banisi  hesab  edilən  Eduard  Sepir  də  dillə  kültürü  vəhdətdə 
tədqiq  etmişdir.  Habelə,  Danimarka  alimi  Otto  Jespersen  də 
problemə  oxşar  mövqedən  yanaşır:  “Millət  necədirsə,  dil  də 
elədir”  (86,  s.  35).
Kulturoloji  ədəbiyyatda  dilin  özünəməxsus  cəhətləri  ümu­
mi  şəkildə belə  səciyyələndirilir ki,  dil  ictimai  hadisədir,  onun 
yaranmasında  və  formalaşmasında  bioloji  amillər  mühüm  rol 
oynasa  da,  dominantlığı  ictimai  faktorlar  təşkil  etmişdir. 
Cəmiyyətin  məhsulu  olan  dil  sinfi,  bazis  və  ya  üstqurum 
hadisəsi  deyil,  tarixi  kateqoriyadır,  kültürün  mühüm  daşıyıcısı 
və  formasıdır.  Dil  bioloji,  irsi,  irqi,  psixoloji  hadisə  olmayıb, 
ünsiyyət  vasitəsidir  və  yalnız  insana  məxsusdur.  Təfəkkürlə 
vəhdətdə  olan  dil,  fikrin  ifadəsi  kimi  nitq  vasitəsilə  özünü
110


reallaşdırır.  Dil  cəmiyyətlə  birlikdə  inkişaf  edir,  dilin  xidmət 
etdiyi  cəmiyyət  öldükdə  dil  də  ölür.  Dil,  kültürün  bütün 
ünsürləri  ilə  birlikdə  və  vəhdətdə  götürüldükdə  mədəniyyət 
fenomenidir (72;  86;  152;  154).
Amma  demək  olmaz  ki,  bütün  bu  qənaətlərə  münasibət 
birmənalı  olmuşdur.  “Dil  nədir?”  sualına  müvafiq  sahə  mütə­
xəssisləri  tərəfindən bir-birindən  fərqli  çoxsaylı  cavablar veril­
mişdir.  Həm  dilçilik,  həm  də  ictimai-siyasi  mövqedən  verilən 
cavablar  müəlliflərin  elmi  dünyagörüşünü  əks  etdirmiş,  dilin 
tədqiqat metodlarının,  forma və inkişaf qanunauyğunluqlarının 
müəyyənləşdirilməsinə  ciddi  təsir  göstərmişdir.  Müəyyən 
istisnaları, xüsusilə də Ə.Cəfəroğlu və Y.V.Çəmənzəminli kimi 
tədqiqatçıların  dilçiliklə  bağlı  əsərlərini  nəzərə  almasaq, 
Azərbaycan  ziyalılarının  (xüsusilə  də,  mühacirət  mətbuatında) 
əsərlərində  də  dil  problemlərinə  əsasən  milli-tarixi,  ictimai- 
siyasi  və  ideoloji  mövqedən  yanaşılmışdır.  Çünki  milli 
istiqlalını  itirmiş bir  millətin  ziyalısı  üçün hər  hansı  elm  və ya 
mədəniyyət  hadisəsi  olmasından  asılı  olmayaraq  dil  problemi 
həm  də  milliyyət  amili  kimi  önə  çəkilmiş,  dilin  milli-ideoloji 
funksiyaları  həyat gerçəkliyi  və  dünya  reallıqları  müstəvisində 
qabardılmışdır.
Bir sözlə, müxtəlif sahə mütəxəssislərinin dilə münasibətin­
də ümumi və fərqli  cəhətlər vardır.  Məsələn,  sosioloqlara görə, 
dil  insan  həyatının  elə  bir  sahəsidir  ki,  bu  fenomensiz  nəinki 
insanın  fəaliyyətini,  hətta  bir  ictimai,  sosioloji  varlıq  kimi 
insanın özünün varlığını,  mövcudluğunu təsəvvür etmək müm­
kün  deyil.  Çünki  belə  olmuş  olsaydı,  onda  dilsiz  insan  ictimai 
varlıq  kimi  mövcudiyyətini  itirib,  ictimai  funksiyasından 
məhrum olub bioloji varlığa çevrilərdi.
Digər  tərəfdən  də  dil  tarixi  kateqoriya  olduğundan,  yalnız 
bəşər tarixinin çərçivəsində inkişaf edir;  bu çərçivədən kənarda 
nəinki  dilin  inkişafından,  hətta  onun  mövcudluğundan  belə 
söhbət  gedə  bilməz.  Dil  inkişafda  olan  dinamik  sabitlikdir, 
lakin  bu  sabitliyi  sükunət  vəziyyəti  kimi  deyil,  ünsiyyətə
111


xidmət  edən,  daima  işlənən  dilin  inkişafı  kimi  başa  düşmək 
lazımdır.  Dili  həm  fəaliyyət,  həm  də  bu  fəaliyyətin  məhsulu 
hesab  edən V.Humboldtun fikrincə,  dilin daimi  keyfiyyəti  olan 
dəyişkənlik,  tarixi  inkişaf,  dinamizm  onun  mahiyyətini  təşkil 
edir (152,  s.  51).  “Dil  sabit olanla dəyişkən olanın,  statik olanla 
dinamik olanın vəhdətindən ibarətdir”  (72,  s.  127-128).  İctimai 
hadisə  olan  dilin  vəziyyəti  xalqın  ümumi  mədəni  səviyyəsin­
dən,  təfəkkür  tərzindən  asılıdır.  Bu  mənada  dil  prosesləri  bir 
sıra  dillər  üçün  ümumidir.  Çünki  bütün  xalqlar  üçün  cəmiy­
yətin,  təfəkkürün  və  mədəniyyətin  inkişaf qanunauyğunluqları 
xeyli dərəcədə ümumidir.
Millətlərinin  gələcəyini  milli-mədəni  birliyə  bağlayan  dünya 
mütəfəkkirləri,  o  cümlədən  tədqiq  edilən  dövrdə  Azərbaycan 
ziyalılarının  böyük  bir  qismi  milli  birliyin  formalaşmasını  milli 
mədəniyyətin  mühafizəsi  və  inkişafında  görürdülər.  Bu  mənada 
mədəniyyətin  mühüm  amillərinin,  ilk  növbədə  dilin  milli  tərəq­
qidə, milli özünüdərkdə oynadığı mühüm rola dair M.F.Axundov, 
H.B.Zərdabi,  Ş.C.Əfqani,  İ.Qaspıralı,  Ə.Ağayev,  Ə.Hüseynzadə 
kimi  bir  çox  türk  böyükləri  də  əsərlər  yazmış,  dəyərli  fikirlər 
söyləmişlər.  Bunların  içərisində  M.K.Atatürk,  M.Ə.Rəsulzadə, 
M.B.Məhəmmədzadə  kimi  “milli  dövlət  ideoloqları”  bir  az  da 
irəli  gedərək  “dil-kültür-millət”  məfhumlarını  eyni  mövqedən 
dəyərləndirmişlər.  Belə  ki,  dili  kültürün  ifadə  vasitəsi,  milli 
birliyin  ən  sağlam  dayağı  kimi  dəyərləndirən Atatürkə görə milli 
dövlətin  də  əsasını  dil  və  kültür təşkil  edir:  “Türkiyə  Cümhuriy­
yətinin  təməli  kültürdür”  (54,  s.  87,  52).  M.Ə.Rəsulzadəyə  görə 
də  “dil  bir  nöqteyi-nəzərdən  həmən  millət  deməkdir”.  “Dil 
millətin  böyük bir  hissəsidir.  ...zahiri  və  batinidir.  Millətləri  bir- 
birindən ayıran  ən böyük əlamət məhz bu dil  damğasıdır”,  “Mil­
liyyətin  ümdə  rüknünü  təşkil  edən  şey  dildir.  ...Dil  milliyyətin 
hamısını təşkil  etməsə də,  yüzdə doxsanını vücuda gətirən böyük 
bir  amildif’  (78,  s.  476-479).  O,  millətin  tarixi  formalaşma 
prosesində  də  dilin  rolunu  önə  çəkir,  “milliyyət”lə  “millət”i 
mahiyyətcə  fərqləndirir  (136,  s.  2-3)  və  millətin  yalnız  “ictimai
112


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə