Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə41/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   37   38   39   40   41   42   43   44   ...   66

Azərbaycandakı  dil  mübahisələri  görkəmli  alim  Svietoçov- 
skinin  də  diqqətini  çəkmişdir.  O  da  mətbuatında  müzakirə 
edilən mövzular içində ədəbi  dil mövzusunun daha uzun zaman 
davam  etdiyini  yazır.  Onun  fikrincə  də  “arxa  plandakı  əsl 
mövzu Azərbaycan  kimliyinə bağlı  idi.  Türk millətinə  mənsub 
olma  düşüncəsi  aydınlar  arasında  qəbul  edilmişdi,  təhsil 
görmüş  azərbaycanlılar  indidən  özlərini  türk  olaraq  tanıtmağa 
başlamışdılar,  fəqət  bəzi  sorular  hələ  keçərli  idi;  Nə  cür 
türkdürlər,  türklüklərini  necə  təyin  edəcəkdilər  və  xüsusilə, 
özlərini  osmanlılarla  eyniləşdirməli  idilərmi?”  (145,  s.  89-90). 
Bu  sualların  qoyuluşundakı  məntiqə  uyğun  olaraq  deyək  ki, 
həmin  dövrdə Osmanlı  meylli  ziyalılar müvafiq  olaraq  osman- 
lıcanı  təbliğ  edirdilər.  Lakin  əksər  Azərbaycan  ziyalıları 
H.Zərdabi,  Ş.C.Əfqani və İ.Qaspıralı tərəfindən irəli  sürülən dil 
və  kültür  birliyi  ideyasını  təbliğ  etməklə  yanaşı,  həm  də  sadə 
və təmiz türkcə tezisini  də  dəstəkləmişlər.  Hətta  ortaq türk dili 
ideyasına  fərqli  yanaşan  ziyalılar  belə  sadə  və  təmiz  dil 
məsələsində  vahid  mövqedən  çıxış  edirdilər.  Məsələn,  bəzən 
anlaşılmaz,  qarmaqarışıq  dil  mənasında  da  işlədilən  “vola- 
puk”a,  daha  doğrusu  1879-cu  ildə  Şleyer  (Johann  Martin 
Schleyer)  tərəfindən  düzəldilmiş  süni  beynəlxalq  dilə  qarşı 
çıxan  F.Köçərli  qələm  sahiblərinə  ən  qəliz  fikri  belə  sadə 
şəkildə  ifadə  etməyi  tövsiyə  edirdi:  “Millətini  sevən,  onun 
mənəvi  diriliyinə  çalışan,  tərəqqisi  yolunda  əmək  sərf  edən 
yazıçılarımızdan,  ədiblərimizdən  və  şairlərimizdən  çox-çox 
təvəqqe  edirik  ki,  dillərini  asanlaşdırsınlar,  ana  dilindən  uzaq 
düşməsinlər,  meymunluqdan  əl  çəksinlər,  fikirlərini  açıq  və 
sadə  dildə yazsınlar,  ta  ki,  onların yazdıqlarını  oxuyan anlasın, 
düşünsün  və  ayılsın.  Ancaq  bu  yolla  yazan  ilə  oxuyanın 
arasında dostluq, ittifaq və birlik əmələ gələ bilər (48,  s.  126).
“İstanbul  ləhcəsi  bütün  türklərin  ümumi  dili  olmalıdır” 
fikrini açıq  şəkildə təbliğ edən və “bu dil vasitəsi ilə bütün türk 
dünyasını  birləşdirmək”  ümidində  olan  Ə.Hüseynzadənin 
türkçülük ideologiyasında təbii ki,  əlahiddə rolu olmuşdur (21).
122


Təbii  ki,  osmanlı  türkcəsinin təbliği  çox  vaxt  ziyalılar tərəfin­
dən  etirazla  qarşılanırdı.  Çünki  əslində  Ə.Hüseynzadənin  dil 
məsələsinə  baxışlarında  ziddiyyətli  məqamlar  da  vardı.  Onun 
dilə  münasibətində  mübahisə  doğuran  cəhətlər,  əsasən  ifratçı­
lıqla bağlı  idi  və  əməkdaşlıq  etdiyi  mətbu  orqanlar bütün  türk 
aləmi  üçün  Osmanlı  şivəsini  ədəbi  dil  səviyyəsinə  qaldırmağa 
cəhd  edirdi.  H.B.Zərdabi,  İ.Qaspıralı,  M.Ə.Rəsulzadə  mövqe­
yində  duran  ziyalılardan  fərqli  olaraq  Ə.Hüseynzadənin  dili 
həm forma,  həm  də məzmunca daha mürəkkəb idi  ki,  o  özü  də 
sonralar  (1926-cı  ildə  Bakıda  keçirilən  türkoloji  qurultayda 
iştirakı zamanı) bunu səmimiyyətlə etiraf etmişdi.
Amma  bir  az  fərqli  şəkildə  olsa  da  türk  dil  birliyi  ideyası 
sonralar  da  aktuallığını  itirmədi.  Bu  ideyanı  çox  gərgin,  son 
dərəcə  ağır  şərtlər  altında  H.Cavid  davam  etdirdi.  C.Cabbarlı, 
A.Şaiq,  M.Müşfiq,  hətta  S.Vurğun  ilkin  mərhələlərdə  imkan 
daxilində  İstanbul  ləhcəsindən  istifadə  edirdilər.  Amma  1930- 
cu  illərdən  sonra  onlar,  Azərbaycanın  xalq  dilində  daha  çox 
yazmağa  başladılar.  H.Cavid  isə  idealından  dönmədi.  Onun 
üçün  turançılıq  bir  ideologiya  idi.  Adlarını  burada  çəkdiyimiz 
və  çəkmədiyimiz  yazarlar  üçün  İstanbul  ləhcəsində  yazmaq 
ideologiya  yox,  mədəniyyət  faktoru  idi.  İctimai  sifariş  idi  ki, 
sadəcə,  bu  dildə  yazırdılar.  Bir  daha  vurğulayaq  ki,  turançılıq 
H.Cavidin  məsləki  idi.  İstanbul  ləhcəsində  yazmağın  faciəsi 
H.Cavidin  şəxsi  faciəsində  təsdiq  olundu.  Ortaq  türk  dili 
məsələsinə münasibət necə idisə,  H.Cavidə  də münasibət o  cür 
idi (21).
Kültür istilası mövzusundan bəhs  edən Arslan Topçubaşıya 
görə,  Şərq  məsələsinin  ən  son  hədəflərindən  biri  olan  “əritmə 
və  yox  etmə  proqramının  tələbi  qərbliləşmə  adı  ilə  passiv 
hücum-işğalın,  yəni  topsuz,  tüfəngsiz  türk  millətinin  mənən 
çökdürülməsi,  həyata  keçirilən  bir  strategiyanın  tətbiqi  olaraq 
bilinməkdədir (146,  s.  138).  Ona görə də birliyimizi  sarsıtmağa 
və hətta tamamilə aradan qaldırmağa daha çox canfəşanlıq gös­
tərən çar imperiyası  ruslaşdırma  siyasətini  Avropa mədəniyyə­
123


tini yayma adı  altında həyata keçirmişdir.  Bu yolda ən  qüvvətli 
silah  kimi  istifadə  olunan  rus  məktəbi,  rus  mətbuatı  və  rus 
senzurasına  qarşı  kəskin  mübarizə  aparan  M.Ə.Rəsulzadə, 
sonrakı  dövrlərdə  cildini  dəyişmiş  bu  siyasətin  “Sovetlər 
Birliyi” formasına qarşı  da qətiyyətlə çıxış etmişdir.
Demək  olmaz  ki,  XX  əsrin  əvvəllərində  türk  dil  və  kültür 
birliyinin  əhəmiyyəti  hər  kəs  tərəfindən  anlaşılırdı.  Xeyr, 
bunun  mahiyyətini  dərk  etməyənlər  əksəriyyət  təşkil  edirdi. 
Çünki böyük bir qisim türklər bu dövrdə nəinki türk birliyindən 
danışmırdılar,  özlərini  adətən  “müsəlman  milləti”ndən  hesab 
edirdilər.  Halbuki  “müsəlman  adında millət yoxdur,  müsəlman 
adında  dil  yoxdur,  müsəlman  -   yəni  islam  dinini  qəbul  etmiş 
bir  adam  deməkdir.  Din başqa,  dil  başqa.  Din başqa,  milliyyət 
başqa.  Dində  dil  yoxdur,  dində  milliyyət  də  yoxdur”  (13,  s. 
567-569).
Hətta  özlərini  ziyalı  adlandıranların bir  qismi  heç  türk  di­
lində  danışmağı  belə  özlərinə  sığışdırmırdılar.  Məhz belələrini 
nəzərdə  tutaraq  Ü.Hacıbəyov  yazırdı  ki,  Azərbaycan  türkcəsi 
bütün “Qafqazda yaşayan müxtəlif dilli millətlər arasında ümu­
mi  bir  dil  olmaq  kimi  belə  bir  beynəlmiləl  əhəmiyyətə  malik 
olduğu  halda,  yəni  bir  erməninin  bir  dağıstanlı,  bir  malakanın 
bir  gürcü  ilə  qonuşub  danışmaq  üçün  türk  dilinə  müraciət 
etməyə məcbur olduqları bir halda, bu dilə malik olan türklərin
rus dilinə möhtac qalması nə qədər qərib və nə qədər gülünc bir 
haldır”  (33).  C.Əfqani  də  bu  fikirdə  olmuşdur  ki,  dil  məqsəd 
yox,  vasitə olmalıdır.  Hansı  dildə oxumaq və yazmaq deyil,  nə 
barədə  oxuyub  yazmaq  önəmlidir  (23,  s.  32).  Türk  dilində 
danışmağı özünə əskiklik bilənlərə müraciətlə C.Məmmədqulu- 
zadə  də  xatırladırdı  ki:  “Sözümü  tamam  etdim,  ancaq  bircə 
üzrüm  var:  məni  gərək  bağışlayasınız,  ey  mənim  türk  qar­
daşlarım ki,  mən sizlə türkün açıq ana dili ilə danışıram” (13,  s. 
208).  O,  müsəlman  məclisilərində hökumətin məktəblərdə türk 
dilinə  qarşı  ögey  münasibətindən  gileylənən  “obrazovannı 
müsəlman”ların  dil  davası  edərkən  belə  rus  dilində  danışma­
124


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə