Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə42/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   38   39   40   41   42   43   44   45   ...   66

larını  “Meymunlar”  məqaləsində  “Molla  Nəsrəddin”in  dili  ilə 
cavablandırırdı  (13,  s.  221).  Problemə Y.Qarayevin münasibəti 
də  orijinallığı  ilə  fərqlənir:  “Hər  kəs  öz  şəxsi  şəcərəsini 
“əsilsiz”  və  “zatsız”,  “babasından  bixəbər”  elan  eləyə  bilər, 
lakin  xalqı,  milləti  “babasından  xəbərsiz”  elan  etməyə  heç 
kəsin mənəvi hüququ yoxdur”  (50,  s.  455).
Birmənalı  şəkildə deyilməlidir ki, XX əsrin əvvəllərində dil 
mübahisələri  dilimizin adı üstündə deyil,  ortaq ədəbi  dil uğrun- 
da  olmuşdur.  Bu,  bir  inkar  olunmaz  faktdır  ki,  ədəbi  dilimiz 
uğrunda gedən mübarizədə  mövcud  fikir ayrılıqlarından,  fərqli 
siyasi  mövqelərindən  asılı  olmayaraq  bütün  ziyalılarımız 
dilimizi  şərtsiz-şübhəsiz  türk  dili  adlandırmışlar.  Dil  birliyi 
ideyasını  hələ  “Əkinçi”  vasitəsilə  qaldırmış  H.B.Zərdabi 
“Həyat”  qəzetində  çap  etdirdiyi  “İttihadi-lisan”  məqaləsində 
bildirirdi  ki,  “Bizim  əsl  dilimiz  türk  dilidir”  (13,  s.  13-14).  O 
da,  İ.Qaspıralı  da  sadə  türkcə  tərəfdarı  olmuşdur.  Dilin  əsas 
zənginləşmə  qaynağının  da xalq  arasında  axtarılması  tövsiyəsi 
bir  çox  ziyalıların  mövzuya  dair  əsərləri  üçün  xarakterikdir. 
Məsələn,  Y.V.Çəmənzəminliyə  görə  üç-dörd  adamın  bir  dildə 
yazmağı  ilə dil  birliyi  olmaz:  “dil gərək işlənsin,  tədricən gəlib 
birləşsin.  (...)  Dilin  kökü  camaatımızın  yaratdığı  el  ədəbiyya- 
tındadır,  gərək  onlar  toplansın,  öyrənilsin,  əzbərlənsin.  Dil 
axtaran  gərək  camaatımızın  arasında  gəzsin,  dolaşsın,  öyrənə 
bilsin.  Əsil  dilimiz  bazarlarda,  xalqın  toplandığı  yerlərdə, 
tərəkəmə  elinin  içində  danışılmaqdadır”  (13,  s.  643).  “Ey 
millətin  istiqbalını  təmin  edəcək  türk  gəncliyi,  haradasan?”  -  
deyə müraciət edən M.Ə.Rəsulzadə gənclərə maraqlı və maraq­
lı  olduğu  qədər  də  faydalı  bir  işlə  məşğul  olmalarını  tövsiyə 
edirdi  ki,  bu  da  hər  kəsin  yaşadığı  yerdə  mövcud  lüğətləri, 
zərbi-məsəlləri,  atalar  sözlərini  və  s.  xalq  ədəbiyyatına  aid  hər 
bir  şeyi  toplayaraq  arzu  olunan  türk  lüğətini  tərtib  etməkdən 
ibarət  idi.  Onun  fikrincə  bununla  ayrı-ayrı  şivələrin  lüğəti 
yazıldıqdan  sonra ümumi  bir türk lüğəti  hazırlamaq olar ki,  bu 
da  narahatlıq  doğuran  dil  təmizliyi  məsələsinə  yardım  etmiş
125


olar (74,  1914-cü  il,  №  3;  №  5).  Ö.F.Nemanzadə  də bu  fikridə 
idi  ki,  “dil  nə  qədər  açıq,  sadə  və  anlayışlı  olarsa,  bildirdiyi 
fikirlər də o qədər tez mənimsənib işə keçər” (70,  s. 451).
Öz  millətindən  olanlarla  belə  yad  dildə  danışan  “oxumuş­
lar” bir çox Azərbaycan ziyalılarının tənqid hədəfinə çevrilmiş­
dir.  Ü.Hacıbəyov təkidlə bildirirdi ki,  hətta “Azərbaycan höku­
məti  dairələrində  qulluq  etmək  istəyən  və  türk  dilinə  malik 
olmayan məmurlar kurslara girib,  türk dili  öyrənməyə məcbur­
durlar  (33).  Y.V.Çəmənzəminli  bu  qənaətdə  idi  ki:  “...  Dil 
məsələsinə  gəldikdə,  əlbəttə,  Azərbaycan  məktəblərində  işlə­
nən  türk  dili  olmalıdır.  Çünki  buranın  çox  cəmaəti  türkdür... 
Bizim  dil  (türk  dili)  dövləti  dil  olduğundan  onu  bilmək  cəmi 
azərbaycanlılara vacibdir”  (71, 2 may  1995-ci il). N.Nərimanov 
da  dilimizə  qara  yaxanlara  qətiyyətlə  cavab  verirdi:  “Azər­
baycan  bildiyimiz  siyasi,  iqtisadi  mülahizələrə  uyğun  olaraq 
özünün  torpaqlarından,  təbii  sərvətlərindən  keçə  bilər,  amma 
doğma  dilindən  keçə  bilməz.  Və  o  heç  kimin  bu  dili  gözdən 
salmasına  yol  verməz.  Qoy  Azərbaycanda  çeşidli  bəhanələrlə 
türk dilinə qarşı çıxanların hamısı bunu yaxşı-yaxşı bilsin”  (71, 
2  may  1995-ci  il).  Sonralar Atatürk bu  fikri  belə bir  qətiyyətli 
şəkildə  ifadə  etmişdir:  “Türk  millətindənəm,  deyən  bir  insan, 
hər  şeydən  əvvəl  və  mütləq türkcə  danışmalıdır.  Türkcə  danış­
mayan  bir  insan  Türk  mədəniyyətinə,  cəmiyyətinə  bağlılığını 
iddia edərsə,  buna inanmaq doğru olmaz”  (54,  s.  124).  Bu fikri 
təqdir  edərək  deməliyik  ki,  Azərbaycan  Xalq  Cümhuriyyəti 
Parlamentinin  iclasları  məhz  Azərbaycan  türkcəsində  aparıl­
mışdır.  Hətta  bu  dili  yaxşı  bilməyən  azərbaycanlı  nümayən­
dələr belə  öz  dillərində danışmağa məcbur idilər.  Yalnız Parla­
mentin  başqa  millətdən  olan nümayəndələri  və xarici  qonaqlar 
rus  dilində  danışa bilərdilər.  Müvəqqəti  olaraq  isə  Parlamentin 
protokolları  iki  dildə  -   Azərbaycan  və  rus  dillərində  rəsmiləş­
dirilirdi (10,  s. 26).
Dövrün  mütərəqqi  ziyalılarının  dillə  bağlı  mübahisələrində 
M.Ə.Rəsulzadənin  fikirləri  obyektivliyi  və  orijinallığı  ilə
126


fərqlənir.  O,  “Şəlalə”də  dərc  etdirdiyi  “Asan  dil-yeni  lisan”, 
“Yeni  lisançılar  və  türkçülər”,  “Dil  -   ictimai  mühüm  bir  amil 
kimi”  məqalələrində  (78)  bir-biri  ilə  çarpışmada  olan  iki  qütb 
arasında bir sintez yaratmağa müvəffəq olmuşdur.  Dilin ictimai 
əhəmiyyətini  təhlil  edərək,  onun  birləşdirici  ictimai  bir  rol 
oynaya bilməsi üçün, xalqın bütün təbəqələri tərəfindən  anlaşı­
lan  formada  olması  vacibliyini  irəli  sürən  M.Ə.Rəsulzadə  hər 
iki  cərəyanın  ifrat  tərəflərini  rədd  edirdi.  O,  “türk  kültür 
birliyi”,  “türk  dil  birliyi”,  “sadə  və  təmiz  dil  uğrunda”  tezis­
lərini  müdafiə etməklə bərabər həm  də bu tezislərin əhəmiyyə­
tini,  mahiyyətini izah edərək xalqa çatdırmağa çalışırdı  (130,  s. 
1-3;  131,  s.  1-2).  Eləcə də türklüyü bir küll olaraq qəbul  edir və 
bu küllün də dil üzərində qurulduğunu iddia edirdi.  M.Ə.Rəsul­
zadə  bir  yandan  hər  bir  məhəlli  şivənin  müstəqil  dilə  çevril­
məsini  istəmirdi,  digər yandan  da  heç  kimin  anlamadığı,  türk­
lüyə o qədər də aidiyyatı  olmayan və milli təəssübkeşlik qayğı­
sından  uzaq  olan  osmanlıcanın  ədəbi  dil  səviyyəsinə  qaldırıl­
masını  qəbul  etmirdi.  Onun  sadə və təmiz türk  dili  formasında 
ifadə  edilmiş  tezisi  qısa  bir  müddət  ərzində  özünə  rəğbət 
qazandırdı.  Geniş  xalq  kütlələrinin  də  bundan  bəhrələnməsi, 
istifadəsi üçün o, tezliklə orta və təmiz türk dili cərəyanını daha 
da dərinləşdirdi və bu  dildə millətçi bir ədəbiyyatın doğmasına 
yol açdı.
Ziyalıların yüzillik  dil  mübarizələrini  qədirşünaslıqla xatır­
layır  və  onların  bu  müqəddəs  amal  uğrundakı  fəaliyyətlərinin 
müasir  mədəni  dünya  tərəfindən  də  təqdir  edildiyini  vurğula- 
maq  istəyirik.  Bu  gün  də  dünyada  dil  -  hər bir millətin  maddi 
və  mənəvi  irsini  qoruyan  və  inkişaf  etdirən  ən  mühüm  və  ən 
güclü vasitə  kimi  qəbul  edilməkdədir.  Dünyanın mədəni  ekzo- 
tikasının  qorunmasına  çalışan  beynəlxalq  təşkilatların  rəsmi 
sənədlərində də belə bir müddəa təsdiqini tapır ki,  hər bir insan 
öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.  Ana dili insanın 
mənəvi  aləminin  zənginləşməsində,  dünyagörüşünün  genişlən­
məsində,  mükəmməl  təhsil  almasında,  öz  soydaşları  ilə  ünsiy­
127


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə