Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə44/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   40   41   42   43   44   45   46   47   ...   66

tarixilə  əlaqəli  şəkildə  öyrənilməlidir.  Məhz  bu  mənada  XX 
əsrin ilk onilliklərində kulturoloji irsimizi öz dəyərli fikirləri ilə 
zənginləşdirmiş  və  millətimizi  milli-mədəni  birliyə  səsləyən 
Azərbaycan  mütəfəkkirlərinin  əsərlərinin  tədqiqi  və  təbliğini 
təmin etmək də ən başlıca milli vəzifələrimizdəndir.
Nəticə olaraq deyə bilərik ki, “milli həyat, milli varlıq, milli 
mənlik və  milli  ruhun  əsasını,  baş  mənbəyini  təşkil  edən  milli 
kültürdür”  qənaəti  istiqlalçı və milli  şüur sahibi  olan ziyalıların 
mövzuya  dair yazılarının  ana xəttini  təşkil  edir.  Dil  məsələləri 
də  məhz  bu  mövqedən  dəyərləndirilir.  Onların  düşüncəsinə 
görə,  milli  xüsusiyyətlərini  və  milli  kültürünü  yaşatmağa 
müvəffəq  olan  hər  millət,  gec-tez  müstəqil  bir  milli  dövlət 
qurmağa  namizəddir.  Milli  xüsusiyyətlərini  və  milli  kültürünü 
itirmiş  olan  millətlər,  milli  mənliklərini  və  ilham  alacaqları 
milli  qaynaqlarını  da  itirmiş  olurlar.  Bu  kimi  millətlərin 
gələcəyi yoxdur.  Onlara ölmüş nəzərilə baxmaq lazımdır.  Milli 
xüsusiyyət  və  milli  kültürün  başında  isə  milli  dil  gəlir.  Milli 
varlığın  mühafizəsində  dilin  rolu  həlledicidir.  Dil  və  kültür 
birliyi  milli  hafizə  və  düşüncəni  möhkəmləndirməyin  mühüm 
amili, milli şüurun əsas meyarıdır.
131


Dövlət və mədəniyyət
Hər millətin özünəməxsus bir tərzi,  özünə xas fiziki və ruhi 
bir  strukturu  olması  inancı  bir  çox  mütəxəssislər  tərəfindən 
dəstəklənməkdədir.  Bu  struktur,  millət  olma  heysiyyətini 
qazanmış  cəmiyyətlərdə,  tarixin  dərinliklərindən  bu  yana 
gəlmiş  və  millət  fərdlərində  müştərək bir  düşüncə və  davranış 
örnəyi  olaraq  ortaya  çıxmışdır.  Buna  müştərək  kültür  və  ya 
milli  kültür  də  deyə  bilərik.  Milli  kültür  isə  öz  əksini  məhz 
fərdlərin müştərək  davranış və  düşüncəsində tapır.  Milli  kültür 
sayəsində  fərdlər fərdilikdən  qurtularaq  özlərini  şüurlu  surətdə 
mənsub  olduğu  millətin  bir  parçası  hesab  edirlər.  Çünki  milli 
kültür  elə  bir  dinamik  gücdür  ki,  ona  sevgi  ilə  yanaşanları 
milliləşdirir, yabançı qalanları  isə kənara ataraq uzaqlaşdırır.
Əksər  tədqiqatlarda  belə  bir  fikir  təsdiqlənir  ki,  millət 
keyfiyyətinə layiq bir cəmiyyət olmadan milli  kültür,  kültürdən 
məhrum olaraq da millət var ola bilməz. Millət olma keyfiyyəti 
baxımından  bir  cəmiyyət,  ilk  növbədə  milli  kültür  birliyidir. 
“Bunun  üçün  hər  şeydən  öncə  dövlət,  parlament,  hökumət 
səviyyəsində  bir  “millət  və  milliyyət”  və  bir  “milli  kültür” 
zərurətinin dərk edilməsi lazımdır”  (98,  s.  48).
Milli  dövlət  mövzusunu  tədqiq  edən  mütəxəssislərin  ümu­
mi  qənaəti  əsasən budur ki,  “milli  dövlət kültür yaradıcılığının 
ən  yüksək  şəklidir”  (MBM),  “kültürün  zəmini  millətin  səciyə- 
sidir”  (98,  s.  50),  “kültür nizamının  ən  yüksək təzahürü  dövlət 
nizamıdır”,  millətsiz  dövlət  olmadığı  kimi,  dövlətsiz  millət də, 
hələ  millət  deyil,  toplumdur  (24,  s.  3).  Dövlət  kültürün  ən 
yüksək forması  olduğu üçün onu yalnız  millət yarada bilər.  Bu 
anlamda hər bir millətin öz dövlətçilik fəlsəfəsi vardır.  “Dövlət 
millət həyatının ən əhəmiyyətli bir fenomenidir” (123,  s.  17).
Bəşər  mədəniyyəti  milli  kültürlərin  iştirakından  və  gözəl­
liklərinin  məcmusundan  hasil  olma  bir  yekun  hesab  edən 
M.B.Məmmədzadə  yazırdı:  “Mədəniyyətin  təmini  insanların 
cəmaətliklə  yaşaması  ancaq  mədəni  hökumət  təsisi  ilə  müm­
132


kündür.  Mədəniyyəti-bəşəriyyə  milli  harsların  (kültür  -   M.S.) 
məcmusundan  ibarət  ikən  ən  müvafiq  və  ən  təbii  dövlətin  də 
milli  dövlət  olması  aşkardır.  Milli  istiqlala  malik  olmayan  bir 
millət  hürriyyət  və  harsını  hifz  edəməz”  (121,  s.  54). 
M.B.Məmmədzadəyə  görə,  bəşər  mədəniyyəti  naminə  milli 
harsların  mühafizəsini  və  bunun  üçün  də  millətlərin  hürriyyət 
və istiqlalını  istəyən bu nəzəriyyə “millətin  özünü  də dili,  dini, 
ənənələri,  ədəbiyyatı,  tarix və adətləri bir olan, yəni hars birliyi 
üzərində  qurulu bir  cəmiəyi-bəşəriyyə  olaraq  qəbul  edir”.  Ona 
görə  də  Azərbaycan  Milli  Hərəkatı  dövründə  formalaşmış 
millətçilik  “mistik və  yaxud  siyasi  imperialist mülahizələrlə  irəli 
sürülən  süni millətçilik olmayıb harsi-ictimai vəhdət kimi reallığa 
əsaslanan sağlam bir millətçilikdir^ (63, s. 61;  121, s.  54).
XVIII  əsrin  sonlarına  qədər  Avropada  əsrlərdə  millət  və 
milli  hakimiyyət  fikir  və  məfhumları  mövcud  olmamışdır. 
Hətta kralların şəxsi hakimiyyətlərini xalqın hakimiyyətilə əvəz 
etdiyini  elan  edən  və  “Hər  cür  hakimiyyətin  əsasını  millətdə 
aramaq  lazım  gəldiyi  prinsipini”  irəli  sürən  1789-cu  il  hüquqi 
bəşər  bəyannaməsində  belə  milliyyətin  mahiyyəti  bugünkü 
mənasında deyildi.  Millətin  öz hakimiyyətini və milli  dövlətini 
yaratmaq  üçün  Avropada  XVIII  əsrin  sonlarından  etibarən 
başlayan hərəkatın türk tarixində hələ VI-VII  əsrlərdən başlan­
dığını  yazan  M.B.Məmmədzadəyə  görə,  Fransa  inqilabının 
təsis  etmiş  olduğu  demokratiya  dövrü  nəticə  etibarilə  müasir 
milliyyət  hərəkatını  doğurmuşdur.  Çünki  get-gedə  bir  xalqın 
ancaq  milli  kültürü,  milli  dili,  milli  ədəbiyyatı  və  tarixi 
vasitəsilə  siyasi  bir  canlılıq  göstərib  hakimiyyətini  əldə  edə 
biləcəyi  həqiqəti  anlaşılmışdır.  Bir  xalqın  yalnız  milli  mədə­
niyyəti,  milli  dili və ədəbiyyatı,  milli  ənənə və tarixi vasitəsi ilə 
siyasi  hakimiyyətini  təsis  edə  biləcəyi  qənaətində  olan 
M.B.Məmmədzadə yazır ki, “hər bir demokratiya hərəkatı milli 
hərəkat  demək  olur.  Necə  ki,  milliyyət  hərəkatı  da  xalq 
hakimiyyətilə  nəticələnir.  Həqiqi  və  tam  bir  demokratik  və
133


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə