Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə47/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   43   44   45   46   47   48   49   50   ...   66

Qəbul  etdiyi  proqramda  Azərbaycan  muxtariyyatını  cəsarət və 
dəqiqliklə  təsbit  edən  bu  fikrə,  o  gündən  etibarən,  gürcülərdə 
menşevik,  ermənilərdə  daşnak  partiyaları  kimi,  Zaqafqaziyada 
Azərbaycan  türklüyünü  təmsil  edən  üçüncü  bir  güc  halına 
gəlmişdi  (134,  s.  4).  Məqsədlərini  hələ  Rusiya  inqilabından 
əvvəl  elan  etmiş  “Müsavat”  firqəsi  “mədəniyyətin  təmin  və 
mühafizəsini mədəni  hökumət təsisilə mümkün və bəşər mədə­
niyyəti  bəhrələrindən ibarət olduğu üçün ən təbii hökumətin də 
milli hökumət olmasını” təbii görürdü (61,  s.  140).
Çarlığın  devrilməsindən  bir  ay  belə  keçmədən,  1917-ci  il 
aprel  ayının  əvvəllərində  Bakıdakı  “İsmailiyyə  Sarayı”nın 
möhtəşəm  salonunda  toplanan  “Qafqaz  Müsəlmanları  Qurul- 
tayı”nda çarlığın yerinə gələcək rejim məsələsi  qarşısında türk­
lərin tutacaqları mövqe müzakirə və münaqişə edilərkən, yalnız 
dini  və  kültürəl  muxtariyyətlə  kifayətlənən  “vahid  və  mər- 
kəziyyətli  Rusiya  Cümhuriyyəti”  tərəfdarlarının  sağdan  və 
soldan  gələn  hücumlarına  qarşı  türk  demokratiyasının  milli 
dövlət  fikrini,  Nəsib  bəy  Yusifbəyli  ilə  bərabər  yalnız 
M.Ə.Rəsulzadə  müdafiə  edə  bilmişlər.  1-11  may  1917-ci  ildə 
Moskvada  toplanan  Rusiya  türklərinin  böyük  qurultayında  da 
şiddətlə  çarpışan  bu  iki  tezisdən  milli  dövlət  fikri  M.Ə.Rəsul- 
zadənin  hesabatından  və  müdafiə  nitqindən  sonra  qəbul 
edilmişdir (117,  s.  10).
Türk mədəni birliyini yalnız müstəqil türk dövləti  daxilində 
gerçəkləşdirmənin  mümkün  olacağı  qənaət  və  imanından 
doğan  siyasi-dövlətçi türk milli hərəkatı  həyat və həqiqətlə üz- 
üzə gəlincə  ortaq  kültür birliyi  əsasına bağlı  və  sadiq  qalmaqla 
bərabər  ayrı-ayrı  türk  milli  dövlətçiliyinə  gətirib  çatmışdır. 
Hələ  1917-ci  ilin mayında Moskvada toplanan Rusiya türkləri­
nin  birinci  qurultayında  “torpaqlı-territorial  milli  muxtariyyət” 
tezisinə  qarşı  torpaqsız,  sırf  mədəni  muxtariyyət  tezisini  dilə 
gətirənlər  və  ortaq  ruhani  idarəsinin  təşkili  ilə  bütün  türk  və 
müsəlmanları  bir  mərkəzdən  idarə  etməyi  düşünənlər  də  milli 
birlik  əndişəsilə  hərəkət  edirdilər.  Məlum  olduğu  kimi,  həm
140


Bakı,  həm  də Moskva  qurultaylarında milli  dövlət tezisini  dilə 
gətirən  “Müsavat”  firqəsi  və  onun  nümayəndəsi  M.Ə.Rəsul- 
zadə  idi,  Moskva  qurultayı  onun  bəyin  tezisini  qəbul  etmişdi 
(63,  s. 203).
İnsanlıq  və  mədəniyyət  baxımından  milli  dövlət  qurmağın 
zəruri  və  vazkeçilməz  ən  demokratik  yol  olduğunu  isbat  edən 
M.Ə.Rəsulzadə isə bütün millətlərlə bərabər rus əsarətində olan 
türklər  üçün  də  milli  dövlət  qurmaq  haqqının  tanınmasını 
hərarət  və  müvəffəqiyyətlə  müdafiə  edə  bilmişdir.  O,  milli 
mövcudiyyətlərini  mühafizə  və  milli  kültürlərini  inkişaf etdir­
mək  üçün  milli  hüdudları  daxilinə  çəkilib  milli  hürriyyət  və 
istiqlala qovuşmalarını müdafiə etməklə bərabər,  həm də bütün 
millətlərin “cahan federasyonu  camiasında”  birləşə biləcəkləri­
nə  inanmış və hər kəsi  də inandırmışdır.  7  dekabr  1918-ci  ildə 
Bakıda  şəxsən  onun  açılış  nitqi  ilə  fəaliyyətə  başlayan  Azər­
baycan Parlamentində istiqlal fikrinin ələmdarı  olan “Müsavat” 
partiyasının  bəyannaməsini  oxuyarkən  M.Ə.Rəsulzadə  bu 
məsələyə  toxunmuşdur  (117,  s.  10).  Onun,  parlamentin  təşkil 
etdiyi  üçüncü  Fətəli  Xan  hökumətinin  bəyannaməsi  ilə  bağlı 
çıxışı  (açılış  nitqindən  sonra)  bir  hökumət  proqramı  mahiyyə­
tində idi.  M.Ə.Rəsulzadənin yeni  qurulan milli  dövlətin istinad 
etməsi  lazım  olan  demokratik  əsasları,  daxili  və  xarici  siya­
sətini  bir-bir izah  edən bu nitqi,  “milli  kültür təməlinə dayanan 
gələcək  demokratik  konstitusiya  layihəsini  də  təşkil  edirdi.  O, 
Azərbaycan  Cümhuriyyətinin  təşəkkülü  ilə  milli  dövlət 
məfkurəsinin  zəfərini  görür və bu  zəfər nəşəsi  ilə  coşur və  hər 
kəsi  çaşdırırdı”.  28  may  1919-cu  ildə,  Azərbaycan  istiqlalının 
birinci  ildönümü  münasibətilə  “Azərbaycan”  qəzetinə  verdiyi 
bəyanatda:  “Milli  kültür  əsasında  dayanması  və  milli  demok­
ratik  türk  dövlətçiliyi  təməli  üzərinə  qurulması  etibarilə 
Azərbaycan,  ilk türk dövləti və ilk müsəlman cümhuriyyətidir” 
deyir və bunu izah və isbat edirdi (117,  s.  13-14).
Tarix  milli  dövlətçilik  ideoloqlarının  fikirlərinin  nə  qədər 
doğru  olduğunu  təsdiqlədi.  Belə  ki,  nə  qərbçilik,  nə türkçülük,
141


nə  islamçılıq,  nə  də  etnik  millətçilik  öz  namizədliyini  “milli 
ideya”  missiyasına  sonralar  da  irəli  sürə  bilmədi.  Xüsusən  ilk 
Xalq  Cümhuriyyətinin  təşəkkülü  ərəfəsində  “azərbaycan- 
çılığın”  dəyəri  hələ  ideya  halında  olan  bütün  digər  dövlətçilik 
dəyərlərini  üstələdi.  “Azərbaycan”  sözü  müasir  siyasi-hüquqi 
məzmunu  Azərbaycan  ideologiyası  formalaşandan,  rəsmi  döv­
lət  adı  statusunu  isə  Azərbaycan  Xalq  Cümhuriyyəti  yaranan­
dan sonra alıb.  İstiqlal  düşüncəsinin təşəkkülündə milli-mənəvi 
(ədəbi-bədii-mədəni)  amilin  təməl  rolunu  sonralar  milli-əməli 
hərəkat  dövrünün  öz  xadimləri  dəfələrlə  etiraf etmişlər  (51,  s. 
28).  M.B.Məmmədzadə bununla bağlı  yazırdı  ki,  “Azərbaycan 
milli  xartiyasının”  təşəkkülündə,  istiqlal  fikrinin  təsisində 
Vaqifdən tutmuş  Cavidə  qədər,  Mirzə  Fətəlidən Üzeyirə  kimi, 
“Əkinçi”dən  “Azərbaycan”  və  “Yeni  Qafqaziya”yadək  hər 
birinin olduqca böyük və dəyərli rolları  olmuşdur.  Zənnimizcə, 
Mirzə Fətəli  və  Həsən  bəy  Zərdabi  əlli  il  sonra  dünyaya gəlsə 
idilər,  istiqlal  fikri,  Azərbaycan  milli  xartiyası  da  əlli  il  sonra 
meydana  gələcəkdi.  Bunların  arasında  sıx  bir  münasibət  və 
rabitə  vardı...  Özünü,  türkçülüyünü  və  azərbaycançılığını  dərk 
etməyən bir xalq  istiqlal  bəyannaməsini  verə bilməzdi”  (61,  s. 
132).  Azərbaycan  istiqlal  məfkurəsinin  formalaşmasında  və 
milli  xartiyanın  ümumi  mahiyyət  qazanmasında  mətbuat  və 
ədəbiyyatının  böyük  rolu  danılmazdır.  A.Şaiq,  Ə.Müznib, 
H.Cavid,  Ə.Cavad  kimi  ədəbi  simalar  milli  dövlət rəmzlərinin 
gözəlliyini,  haqq  və  hürriyyəti  idealizə  edən  əsərlər  yazdılar. 
“Qəzetlər  onun  haqqını  və  hüququnu,  istiqlal  və  hürriyyətini 
müdafiə  etdilər,  ümumiləşdirdilər.  Mühərrirlər,  dramaturqlar 
istiqlal  mübarizəsinə aid dramlar yazdılar.  Azərbaycanın tarixi, 
ədəbiyyat tarixi,  məktəb kitabları  milli  istiqlal  ruhunda yazıldı. 
“Müntəxabat”,  “Türk  çələngi”,  “Türk  ədəbiyyatı”  və  sairələri 
istiqlal dövründə,  milli  istiqlal  ruhunda olaraq çıxdı.  “Azərbay­
can”,  “İstiqlal”  qəzetləri,  “İstiqlal”  məcmuəsi  o  zaman  hakim 
olan  ruhu,  1918-1920-ci  illərdəki  fikirləri  bizə  yadigar  olaraq 
saxlamışdır”  (61,  s.  147).  Milli  istiqlal  davasını  mədəni  millət­
142


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə