Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə46/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   42   43   44   45   46   47   48   49   ...   66

Rusiya ağalığı  dövründə Rusiyanın və Rusiya vasitəsilə Qərbin 
yeni  -   demokratik dövlət quruculuğu  ənənələri  ilə -  parlament 
mədəniyyəti  ilə  yaxından  tanış  ola  bilmişdi.  Azərbaycan 
ziyalılarının  mühüm  bir  hissəsi,  о  cümlədən  Ə.Topçubaşov, 
İ.Ziyadxanov,  F.Xoyski,  X.Xasməmmədov,  M.Y.Cəfərov 
(M.Şahtaxtinski isə həm  Sarbonna, həm də Leypsiq universitet­
lərində  fəlsəfə  üzrə  təhsil  almışdı)  peşəkar  hüquqşünaslar 
Rusiyanın  Dövlət  dumalarında  zəngin  parlamentçilik təcrübəsi 
qazanmışdılar.  Onlar  Rusiya  mütləqiyyətindən  tamamilə  fərq­
lənən, bütün hüquq və azadlıqların hökmran olduğu ən demok­
ratik  respublika  sistemi  yaratmağa  hazır  idilər.  Azərbaycan 
Xalq  Cümhuriyyəti  xadimlərinin  demokratik  dövlət  yaratmaq 
ideyaları  onların  hələ  Rusiya  Dövlət  dumalarında  fəaliyyət 
göstərdikləri  dövrdə  formalaşmışdı.  Buna  görə  də  Azərbaycan 
Xalq  Cümhuriyyətinin  parlamentli  respublika  kimi  formalaş­
ması  tarixi  reallıqdan  doğurdu.  Çarizmin  devrilməsindən 
sonrakı  hadisələrin real  inkişafı  da işi  buna  doğru  aparırdı  (58, 
№ 6,  s.  94-95).
“Dirilik”  dərgisində, millətin elmi tərifini verən “Milli dirilik” 
başlıqlı  silsilə  məqalələrində  millətin  din  birliyinə  deyil,  dil  və 
kültür birliyinə  dayandığını,  müsəlmanlığın milləti  deyil,  dini  bir 
camia  olan  ümməti  ifadə  etdiyini  əsaslı  bir  surətdə  izah  edən 
M.Ə.Rəsulzadə,  milliyyəti  təşkil  edən  amilləri  bir-bir  təhlil 
etməkdədir. Milliyyətin dar və birtərəfli tərifi yerinə,  Azərbaycan 
türklərinin,  Rusiya  İmperatorluğu  daxilində  hakim  və  işğalçı 
milliyyətlə  heç bir münasibəti  olmayan  ayrı və müstəqil  milli bir 
mövcudiyyət  olduğunu  izah  edən  M.Ə.Rəsulzadə  “Açıq  söz” 
qəzetini  belə  bir  milli  məfkurənin  orqanı  olmaq  üzrə  nəşrə 
başlamışdır. Milliyyət fikrinə əsaslı  surətdə bağlı olan “Açıq  söz” 
hələ  ilk  nüsxəsində  M.Ə.Rəsulzadənin  imzasını  daşıyan  ideoloji 
məqaləsini  bu  sözlərlə bitirirdi:  “Ayrı-ayrı  milliyyətlər,  bir millət 
olaraq  yaşaya  bilmək  üçün,  hər  şeydən  əvvəl  özlərini  bilməli, 
müəyyən  fikir və  əməllər  ətrafında  birləşərək  böyük  bir  məfku­
rəyə  sahib  olmalıdırlar”  (117,  s.  9).  M.Ə.Rəsulzadənin  həmin
137


dövrdəki  qənaətləri  təsdiqləyir ki,  azərbaycanlıların  milli  mənlik 
şüurunun  ümummüsəlman  və  ümumtürk  şüurundan  ayrılması 
prosesi  artıq  qarşısıalınmaz  xarakter  almışdı.  Tədqiqatçı  A.Bala- 
yevə  görə,  “şübhəsiz  ki,  həmin  dövrdə  azərbaycanlıların  milli 
identikliyinin  yetkinlik  dərəcəsi,  onun  xalq  kütlələri  arasında 
yayılma  miqyası  barədə  mübahisə  etmək  olar.  Lakin  onun 
mövcudluğu artıq inkarolunmaz fakt idi” (15, s.  59).
Azərbaycan  milli  dövlətinin  yaradılması  layihəsinin  bitkin 
və  ardıcıl  konseptual  sistemini  işləyib  hazırlanması  və  bu 
ideyanın praktikada reallaşması  uğrunda  mübarizə M.Ə.Rəsul- 
zadənin  sonrakı  siyasi  fəaliyyətinin  əsas  məzmununu  təşkil 
etmişdir  (15,  s.  67).  Dünyəvilik  ideyalarının  ardıcıl  tərəfdarı 
olmuş  M.Ə.Rəsulzadə  dini  ayinlərin  yerinə  yetirilməsi  istisna 
olmaqla,  ictimai  həyatın  bütün  digər  sahələrində  ruhanilərin 
fəaliyyətinin tamamilə  dayandırılması və yaxud,  ən azı,  maksi­
mum  məhdudlaşdırılmasını  təklif  edirdi.  Bu  mənada  onun 
“Müsavat”ın  I  qurultayındakı  çıxışı  çox  səciyyəvidir.  Həmin 
nitqində  o,  qətiyyətlə  bildirirdi:  “Məscidə  daxil  olan  şəxs 
siyasəti,  partiyanı,  ideyanı  unutmalı  və  ancaq  Allaha  dua 
etməlidir.  Ümumiyyətlə,  ruhanilər  siyasətlə  məşğul  olmamalı 
və  siyasi  mübarizədə  məscid  bitərəf  qalmalıdır”  (156,  f.894, 
s.10).  M.Ə.Rəsulzadənin  təkidi  ilə  partiya  proqramına  əlavə 
olunmuş  xüsusi  bənd  bənddə  deyilirdi  ki  “hökumət  din  və 
məzhəblərdən heç birini  digərlərindən üstün tutub,  onu himayə 
və  mühafizə  edə  bilməz”.  Bununla  da,  sonradan  Azərbaycan 
Cümhuriyyətində  həyata  keçirilmiş  dinin  dövlətdən  ayrılması 
prinsipinin  əsası  qoyulmuş  oldu.  Qurultayın yekunları  göstərir 
ki,  əsas  müddəaları  M.Ə.Rəsulzadə  tərəfindən  işlənib  hazır­
lanmış azərbaycançılıq konsepsiyası rəsmi  şəkildə “Müsavat”ın 
siyasi  doktrinası  qismində  təsdiqlənmiş  oldu.  Bütövlükdə  isə, 
“Müsavat”  partiyasının  proqramı  “Şərqdəki  milli  qurtuluş 
ideyaları  ilə  Qərbin  kültür  və  demokratik  cərəyanlarının  təbii 
sintezindən ibarət idi” (15,  s.  79-80).
138


Dünyəvilik  (sekulyarizm)  ideyaları  M.Ə.Rəsulzadənin 
siyasi  baxışlar  sistemində  mühüm  yer  tuturdu.  O,  “bütün 
müsəlman  ölkələrində  milli  özünüdərkin  oyanışı  prosesini 
gücləndirməyi”  təklif  edirdi,  “çünki  hər  bir  tərəqqinin  ilkin 
mənbəyi,  eləcə  də  milli  istiqlalın  təməli  yalnız  dərk  olunmuş 
milli  “Mən”in  mövcudluğudur”  (76,  s.  41).  Sonralar  “Pantu- 
ranizm  haqqında”  əsərində  isə  açıq  şəkildə  bəyan  edirdi  ki, 
islam  dini  müsəlman  xalqlarının  milli  şüurunun  oyanmasına 
maneçilik  törədərək,  onların  tərəqqisini  ləngidir.  Bununla  da, 
islam  həmin  xalqların  müasir  millətlərə  çevrilməsinə  mane 
olur.  O,  vurğulayırdı  ki,  “milli  özünüdərkin  oyanmasına  mane 
olmaq  -   xalqların  öz  müstəqil  dövlətlərini  yaratmasını 
əngəlləmək  deməkdir”  (15,  s.  167).  Cümhuriyyətə  qədərki 
dövrdə  Azərbaycan  topluluğundakı  üç  əsas  fikir  cərəyanından 
bəhs  edərək  M.Ə.Rəsulzadə  yazır  ki,  bunlardan  biri,  dini 
düşüncədən  irəli  gələrək  milliyyət  fikrinə  xor  baxan  islami 
ittihadçılıqdır.  Buna  müqabil,  yenə  milliyyət  ayrılığını  rədd 
edən kosmopolit bir fikir cərəyanı -  sosializm vardı.  Biri  sağçı, 
digəri  solçu  olan  hər  iki  kosmopolit  cərəyana  Azərbaycan 
çərçivəsi  daxilində  qalmaq  çox  dar  gəlirdi.  Azərbaycan  məf­
humu  onları  təmin  etmirdi.  Onlar  üçün  ya  “Rusiyada  müsəl­
manlıq”,  ya  da  “Rusiyada  sosializm”  vardı.  Milli  olmayan  bu 
cərəyanların  arasında milli  Azərbaycan  milliyyətçiliyi  mərkəzi 
bir  mövqedə  dururdu.  Tarix  və  kültür  anlayışında  türkçü  olan 
bu  milliyyətçi  zümrənin  hədəfi,  siyasi  sahədə  Azərbaycan 
muxtariyyət  və  istiqlalı  idi  (134,  s.  3).  Azərbaycan  türk 
özəlliyinin  formulunu  verən  və  Rusiya  hakimiyyətindəki  türk 
elləri üçün milli-məhəlli avtonomiyalar halında öz müqəddərat­
larını  müstəqil  idarəetmə tələbini  irəli  sürən  bütün  fəal  qüvvə­
lər  “Müsavat”  Xalq  Firqəsi  ətrafında  birləşmişdilər.  1917-ci 
ildə  təşəkkül  edən  “Türk  Ədəmi  Mərkəziyyət  Firqəsi”  ilə 
birləşən  “Müsavat”  partiyasının  Bakıda  toplanan  ilk  konqresi 
sadəcə  Azərbaycan  tarixində  deyil,  Rusiya  məhkumu  bütün 
türk  ellərinin  yaxın  tarixində  də  mühüm  bir  hadisə  olmuşdu.
139


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə