ADR-ə qədərki son üç onilin sosial-ictimai və ədəbi-mədəni
hərəkatı ilə hazırlanmış milli-məfkurəvi, mənəvi-ideoloji bir
fenomen idi (52, s. 471). İqtidarın sabitliyi istiqamətində ən
böyük iş Cümhuriyyət hakimiyyətinin “Milli istiqlal şüuru”
baxımından təminatı sahəsində görüldü. M.Ə.Rəsulzadə Cüm
huriyyətin birinci ildönümü münasibətilə “Azərbaycan” qəze
tində (28 may 1919) yazırdı ki, “Milli kültür əsasına dayanması
və milli demokratik türk dövlətçiliyi təməli üzərinə qurulması
etibarilə, Azərbaycan ilk türk dövləti və ilk müsəlman cümhu
riyyətidir”. Qəzetin növbəti sayında (№ 190) Ü.Hacıbəyov da
Azərbaycan Cümhuriyyətinin “sağlam bir milliyyət fikri, türk
lük şüuru üzərinə qurulduğu”nu vurğulayırdı. M.B.Məmməd-
zadə də, Cümhuriyyətin quruluşunu “xanlıq və dərəbəylik
dövründən sonra demokratik bir hərəkat olaraq ortaya çıxan
Azərbaycan türk milliyyətçiliyinin məntiqi bir sonucu” olaraq
dəyərləndirməkdədir (120, s. 20). M.Ə.Rəsulzadə deyirdi ki,
Rusiya idarəsindəki müsəlmanlara “türk” dedirtmək bu gün
qazanılmış bir davadır. Yalnız “türk” kəlməsi deyil, “Azərbay
can” adı da qazanılmışdır” (81, s. 65; 143, s. 129-130).
Həm türk, həm də Azərbaycan kəlməsinin təsadüfi deyil,
böyük bir milli şüur və özünüdərketmə prosesinin məhsulu
olduğunu önə çəkən Y.Qarayev yazır (51, s. 29) ki, tarix boyu
neqativ strateji qütblər də Azərbaycanda dövlətçilikdən əvvəl
kültürü, mədəniyyəti məhv etmək, heç olmasa danmaq, inkar
etmək yolunu əsas mübarizə üsulu kimi seçmişlər. Bu meyl
özünü sosial-mədəni intibah məqamlarında xüsusilə hiss etdir
mişdir. 1918-ci ilin tarixi mayı ərəfəsində Bakı mətbuatında
açıq erməni imzası ilə “Azərbaycan” adını və simvolikasını ələ
salan yazılar peyda olmuş, İran dövləti isə Xalq Cümhuriyyə
tinin “Azərbaycan” (AXC) adlanmasına hətta rəsmi şəkildə
etiraz etmiş, “Aran Xalq Cümhuriyyəti” variantını təklif etmiş
dir. Eyni milli müəyyənlik meyarına və sosial-tarixi motivə
görə, üçüncü təklifi - “Cənubi Qafqaz Türk Respublikası”
adını da Milli Şura qəbul etməmişdi. Çoxqütblü, mürəkkəb
146
geosiyasi bir durumda, ən gərgin tarixi müqavimət, təzyiq və
sınaq məqamında hələ pöhrə, kövrək Azərbaycan ideyası və
adı qalib gəlmişdir. Milli-mənəvi və bəşəri inteqrasiyada strate
giyanın strukturunu, yaxın və uzaq proqramını əvvəl Azərbay
can, sonra türk dünyası və nəhayət, Şərq və islam miqyasında
mənəvi-mədəni yaxınlaşmanın fasiləsizliyi, bir-birini əvəz
etməsi, tamamlaması və bütün bu mərhələlərin hamısında milli
kültürün istiqlalı, suverenliyi təşkil edir.
Azərbaycan milli dövlətinin yarandığını dünyaya bəyan və
bununla da şəxsin hürriyyət və bərabərliyini elan edən İstiqlal
Bəyannaməsi, insanın hüquqi vətəndaşlığının mühafizəsini
təmin edəcək qanunların “milli iradənin ifadəsi olduğunu” da
qeyd etmişdir. Məhz bu prinsipin də dövlətlərin milliyyət əsası
üzərinə qurulmasını zəruri etdirən ehtiyaca qüvvətli təsiri
olmuşdur. M.B.Məmmədzadəyə görə, qanunun milli iradənin
ifadəsi olduğunu elan etmiş 1789-cu il “Hüquq Bəşər Bəyan
naməsi”, bununla ən təbii dövlətin “Milli dövlət” ola biləcəyini
də elan etmişdir. Çünki milli iradə yalnız milli dövlət, milli bir
cəmiyyət daxilində ümumi ola bilir. Və ancaq belə bir ümumi
iradədir ki, ümum üçün əmri bir mahiyyət kəsb edər (62). Belə
bir təbii zərurətə söykənən “Müsavat” proqramının başında:
“Milli istiqlala malik olmayan bir millət hürriyyət və harsını
dəxi hifz edəməz”, bayrağında isə “İnsanlara hürriyyət, millət
lərə istiqlal!” sözləri yazılmışdı (63, s. 58; 121, s. 51).
M.Ə.Rəsulzadə deyirdi ki, insan öz hərəkətlərini vicdanla dərk
edən ictimai bir məxluq olduğu üçün cəmiyyət halında yaşayır
və ancaq cəmiyyət halında yaşaya bilir. Cəmiyyətin isə ən
mükəmməl, ən dəyişməz şəkli dövlət halında təşəkkül etmiş
millətdir (63, s. 231).
Azərbaycan parlamentinin açılışındakı çıxışında M.Ə.Rə-
sulzadə deyirdi: “Cəbr ilə qəbul etdirilən bir şeydə səadət
olmaz. Çünki səadət və hürriyyət istiqlaldır. (Alqışlar). İştə
bunun üçün əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç
boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam
147
mədəniyyəti və müasir Avropa iqtidarı - əhrarınəsini təmsil
edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz
edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir”
(10, s. 34-35). M.Ə.Rəsulzadənın parlamentin açılışında dilə
gətirdiyi bu fikir bir əsrə yaxın bir müddətdə bütün istiqlal
mücahidlərinin inanc və ilham mənbəyinə, mübarizə şüarına
çevrildi. M.Ə.Rəsulzadə 1919-cu il 28 mayında “Azərbaycan”
qəzetində (№ 190) dərc olunmuş “Nə böyük bayram” adlı
məqaləsində də İstiqlal bayramı münasibətilə yazırdı ki, “Bir
kərə yüksələn livai-istiqlal (istiqlal bayrağı - M.S.), bir daha
enməz!“ (80). Təbii ki, bu istiqlal şüarı, milli dövlətçilik tərəf
darı və cümhuriyyət qurucuları olan bütün ictimai-siyasi xa
dimlər və ziyalılar tərəfindən dəstəklənmişdir. Azərbaycan
parlamentinin açılışında F.X.Xoyski deyirdi ki, “Hələ çox şey
edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, höku
mətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar
olmuşdur. Millətin hüququ, istiqlalı, hürriyyəti!” (10, s. 44).
İstər milli istiqlalın mühafizəsində, istərsə də mədəniyyət
quruculuğu məsələlərində cümhuriyyətin bütün dövlət struktur
ları vahid mövqedən çıxış etmişlər. Azərbaycan Xalq Cümhu
riyyəti Parlamentinin birinci iclasında Azərbaycan Hökuməti
nin fəaliyyəti barədə hesabat və onun istefası haqqında bəyanat
verən F.X.Xoyski bildirirdi ki, “o vaxt nə məktəb var idi, nə
ədliyyə idarələri var idi. Hökumət buna da diqqət etməli idi.
Çünki, ədliyyə idarəsi olmayınca məmləkəti polis qüvvəsi ilə
idarə etmək olmaz. Bu ikisi birdir ki, əvvəl baş milliləşməli idi.
Şimdi məktəblər milliləşdilər. İbtidai məktəblər və bəzi siniflər
milliləşmişlər, bir çox yeni məktəblər açılmışdır. Bundan əlavə
hökumət əldən gələn qədər çalışaraq yox olan ədliyyə idarə
lərini təmdid etdi. İndi Allaha şükürlər hər yerdə olamaz isə də
bir çox ədliyyə idarələrinə türk dili bilən adamlar təyin edilmiş
lər. Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə
bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin
nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur:
148
Dostları ilə paylaş: |