Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə51/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   47   48   49   50   51   52   53   54   ...   66

mühəndislik  görəvini”  şəxsiyyətlərin  öz  üzərlərinə  götürmələ­
rinə  dair tarixdən  çox  misallar gətirmək mümkündür.  G.Gənc- 
alp  “Rəsuzlzadə  və  antirəsulzadəçilər”  adlı  məqaləsində  belə 
bir  fikri  xüsusilə  vurğulayır  ki,  “bu  gün  dünyada  bağımsız 
dövlət  kimi  tanınan  ölkəni  Rəsulzadə  var  etdi.  Azərbaycan 
adını  siyasi  tarixə  və  uluslar  arası  ilişkilərə  Rəsulzadə  soxdu. 
Əgər  Rəsulzadə  olmasaydı  bugünkü  Azərbaycan  da  olmaya­
caqdı.  Bizim  milli  kimliyimizin inşasında Rəsulzadənin böyük 
rolu  olduğu  üçün  hər  an  onun  mənəvi  varlığını  düşüncələri­
mizdə və  duyğularımızda hiss  edirik.  Bizim  Türk birliyi  fəlsə­
fəmizi  Rəsulzadə  müəyyən  etmişdir.  Türk birliyi  fiziki  məsafə 
deyildir,  mənəvi  və  fikri  məsafədir.  Biz  Türk  birliyindən 
yanayıq.  Türk  birliyini  istəyirik  (32,  s.  227-233).  S.Xəlilova 
görə  də  milli  ruhun  daşıyıcıları  olan  ayrı-ayrı  şəxslərin  düşün­
cə,  həyat tərzi və fəaliyyət prinsiplərini bütün millətin malı  edə 
bilmək  üçün,  milli-ictimai  şüurun  seçilmişlərin  örnəyi,  nümu­
nəsi  ilə  formalaşdırılması  üçün  milli-siyasi  iradənin  də  bu 
istiqamətə  yönəldilməsi  tələb  olunur.  Siyasi  iradə  (dövlətin 
yeritdiyi  ideoloji  xətt)  milli  ziyalı  məfkurəsi  ilə  üst-üstə 
düşdükdə  milli  inkişaf təşkilatlanmış  surətdə  həyata  keçir  və 
milli-ictimai  şüurun  intibahı  təbəddülatlarsız  ötüşür.  Əks 
təqdirdə,  yəni  siyasi  iradə  milli  ruhu  ifadə  etmirsə  və  onların 
pozitiv  həlli  üçün  mübarizə  qaçılmazdır.  Siyasi  iradə  milli 
ruhun  və  milli  maraqların  əleyhinə  işləyirsə,  onda  sosial- 
mədəni  mübarizədən  daha  çox,  siyasi  mübarizəyə  ehtiyac 
yaranır”  (43,  s.  7).
Təbii  ki,  milli  istiqlal,  milli  dövlətçilik  uğrundakı  mübari­
zəni  konkret  şəxslərin  adına bağlanması  mübahisəli  məsələdir. 
M.Ə.Rəsulzadə  özü  də  yazırdı  ki,  böyük  bir  milli  davanı 
şəxslərə  bağlamaq  və  onu  parlament  və  ya  hökumətdə  təmsil 
olunmuş  ayrı-ayrı  insanların  vərəsəlik  malı  kimi  hesab  etmək 
çox xatalı bir anlayışdır:  “Davamızı” fikir müəssisələrinə deyil, 
ayrı-ayrı  şəxslərə  bağlayanlar,  mənsub  olduqları  millətin 
inkişaf  etməmiş,  ibtidai  bir  cəmiyyət  olduğunu  bildirmiş
152


olduqlarının fərqində olmayanlardır.  “Davamız”ın yaxın tarixi­
ni,  tariximizdəki  fikir  müəssisələrindən  təcrid  edərək  izaha 
qalxanlar,  bilərək  və  ya  bilməyərək,  tarixi  təhrif  edənlərin  ta 
özləridir  (134,  s.  4).  Bununla  M.Ə.Rəsulzadə  heç  də  tarixdə 
şəxsiyyətlərin  rolunu  danmır.  Onun  qənaətinə  görə,  belə  şəx­
siyyətlərin  dəyəri  onların  “fikirlərə  sədaqətləri  və  fikir  müəs­
sisələrinə  bağlılıqları  nisbətindədir.  Bu  sədaqət  və  bağlılığın 
şəkil  və  dərəcəsi  ancaq,  bir  şəxsi  bir  şəxsiyyət  mərtəbəsinə 
yüksəldir.  Tarixdə dəyər və əhəmiyyət kəsb  edən  şəxslər,  məhz 
müəyyən fikir cərəyanlarına və müəssisələrinə bağlanan,  onlara 
simvol  olan şəxsiyyətlərdir”  (134,  s.  5).  Yoxsa sadəcə hökumət 
və ya parlament üzvü olmaq,  insana xüsusi bir imtiyaz və şərəf 
verməz.  Əsl  imtiyaz,  əsl  şərəf  ideyaya  sədaqətdə  və  ona 
hüsniyyət  və  səmimiyyətlə  bağlı  qalmaqdadır.  Parlament  və 
hökumətdən  kənarda  Firidun  Köçərlilər,  Piri  Mürsəlzadələr, 
İslam  Kabulzadələr,  Mirzə  Abbaslar,  müəllimə  Vəsilə 
xanımlar,  Qasımzadə  Qasım  bəylər,  Rəfibəyli  Xudadat bəylər, 
Şair  Hüseyn  Cavid  ilə  Əhməd  Cavadlar;  gənc  öyrənci  və 
zabitlərdən  Ağa  Kərim  Əlizadə,  Ağa  Səlim  Rəhimzadə,  Sal­
man Rəhimzadə, İbrahim  Axundzadə, Dr. Dadaş Həsənzadə və 
sairələri  kimi  nəmi-nişanı  zikr  edilməyən  daha  neçə  qurban­
larımız  və  şəhidlərimiz  vardır.  İsimləri  və  xatirələri  hamımıza 
əziz  olan  Fətəli  Xan,  Nəsib  Bəy,  Həsən  Bəy,  Səməd  Paşa, 
Abuzər  Bəy,  Məmməd  Bağır  Bəy,  Musayyib  Bəy,  Murataza 
Bəy,  Rəhim  Bəy  və  sairə  kimi  şəxsiyyətlərlə  bərabər,  düşmən 
tərəfinə  keçmiş  və  milli  iradəyə  xəyanət  etmiş  Qarayevlər, 
Qarabəyovlar kimi  bədbaxtlar da,  təəssüf ki,  parlamentin üzvü 
olmuşlar  (134,  s.  5).  Bu  ziddiyyətli  mövqe  sahibləri  olan 
şəxsiyyətlərə  müxtəlif  dövrlərdə  fərqli  qiymət  verilmişdir. 
Həmin  mürəkkəb  və  ziddiyyətli  dövrdə  milli  istiqlalın  alter­
nativ  yollarının  olmasını  önə  çəkən  tədqiqatçılar  da  vardır. 
Məsələn,  N.Nərimanovun  şəxsiyyətinə  fərqli  kontekstdən 
yanaşılan  tədqiqatçılar  içərisində  Ş.Qurbanovun,  H.Əzizoğ- 
lunun,  S.Xəlilovun adlarını çəkə bilərik (29;  35;  44; 45;  57).
153


Təbii  ki,  şəxsiyyətlərə  münasibətdə  müəyyən  mübahisəli 
məqamlar  olsa  da  Azərbaycan  mədəniyyətinin  inkişafında 
onların  hər  birinin  müəyyən  xidməti  olmuşdur.  Bu  mənada 
tədqiqatçılar Azərbaycanın  mədəniyyət tarixinin  ən  mürəkkəb, 
çətin və eyni  zamanda ən  şərəfli  dövrlərindən birinin XX əsrin 
əvvəllərinə  təsadüf etməsi  fikrində  həmrəydirlər.  Lakin  həmin 
şəxslərin  hər  birinin  Azərbaycan  mədəniyyət  və  dövlətçilik 
tarixində  müəyyən  yerləri  olsa  da,  söhbət  istiqlal  məfkurəsin­
dən  və  milli  dövlətdən  getdiyi  təqdirdə,  əksər  tədqiqatçıların 
gəldiyi  qənaət budur ki,  həmin dövr Azərbaycan milli tarixinin 
ən  parlaq  şəxsiyyəti  M.Ə.Rəsulzadədir.  Ona görə  də,  “hətta  ən 
möhtəşəm  abidə  də  öz  yerini  Məhəmməd  Əminə  verməyə  və 
etiraf  etməyə  hazırdır:  Bakıda  ən  uca  təməldə  durmağa,  ən 
işıqlı  uzağı  -   zirvəni  görməyə  məhz  sənin  haqqın  var.  Çünki, 
hamıdan uzağı və irəlini, yüzilliyin sonunu, XXI əsri hələ onda, 
əsrin  lap  əvvəllərində  hamıdan  qabaq  Sən  gördün!  Sonrakı  ən 
çətin  anlarda  da,  Vətən  müharibəsi  illərində  də  vətən  oğlunun 
əlindən  tutan,  halına  yanan  Sən  oldun!  (50,  s.  125-126). 
M.Ə.Rəsulzadə  milli,  müstəqil,  azad  Azərbaycan  barədə  həm 
ilk bitkin ideyanın,  təlimin,  elmi-siyasi  proqramın,  konsepsiya­
nın,  həm  də  müasir tipli,  vahid  demokratik Azərbaycan  dövlə­
tinin  yaradıcısı,  rəhbəri  və tarixçisidir.  Azərbaycan  Cümhuriy­
yətinin  bütün  islam  aləmində  ilk  cümhuriyyət,  bütün  türk 
dünyasında  ilk  respublika  kimi  təşəkkülü,  ümumbəşər  və 
ümumtürk  əhəmiyyəti  kəsb  etməsi  Rəsulzadənin  adı  ilə 
bağlıdır (50,  s.  369).
Sovet Rusiyasının  beynəlxalq  hüquq  normalarını  kobudca­
sına  tapdalayan  hərbi  müdaxiləsi  və  XI  Qırmızı  Ordu  hissə­
lərinin  qanlı  döyüş  əməliyyatları  nəticəsində  Şimali  Azərbay­
can  yenidən  Rusiya  tərkibinə  qatılsa  da,  Azərbaycan  Xalq 
Cümhuriyyəti  xalqımızın  azadlıq  hərəkatı  tarixində  dərin  iz 
qoydu  və  sübut  etdi  ki,  ən  qəddar  müstəmləkə  və  repressiya 
rejimləri  belə  Azərbaycan  xalqının  azadlıq  ideallarını  və 
müstəqil  dövlətçilik  ənənələrini  məhv  etməyə  qadir  deyildir.
154


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə