Türklüyünə bağlı olan bu nəsil, həm də Avropa mədəniyyətini
mənimsəmiş, hərtərəfli hazırlıq görmüş azad düşüncəli və azad
vicdanlı ziyalı bir ordu təşkil etməyi öz qarşısına bir vəzifə
olaraq qoymuşdu.
Belə bir milli-mədəni inqilab tərəfdarları kommunistlərin
irəli sürdüyü “sinif kültürü” iddiasını tamamilə uydurma və
yanlış hesab edir və buna qarşı “milli kültürü”, başqa sözlə,
“proletar mədəniyyəti”nə qarşı “milli mədəniyyət”i qoyurdular.
Azərbaycan milli dövlətçiliyinin baniləri sonrakı mərhələdə də
kommunistlərin “formaca milli, məzmunca sosialist” şüarına
qarşı “məzmunca da, formaca da milli mədəniyyət” tezisini
qoymuşlar. Onların fikrincə, millət xaricində hər hansı bir sinif
mövcudiyyəti düşünülə bilməz. Çünki fəhlə də hər yerdə
və hər
zaman, bütün digər siniflər kimi, öz yurduna, dilinə, ədə
biyyatına, sənətinə və ümumiyyətlə milli varlığına və kültürünə
bağlı və sadiq qalmışdır.
M.Ə.Rəsulzadə yazırdı ki, milliyyətini inkar edən hər hansı
bir fəhlə sinfi təsəvvür edilə bilməz. “Milli kültürdə hər sinif
xalqın payı və hissəsi vardır. Milli kültür hər sinif xalqın
həyatını, istəklərini və dərdlərini əks etdirir. Hələ yoxsul xalq
təbəqələri, ən böyük müdafiələrini və hamilərini milli ədiblə
rimizin, milli sənət ərbabımızın və elm adamlarımızın qüvvətli
qələmlərində və fırçalarında tapırlar” (131, s. 1-2). “Kültür
sinfi deyil millidir” başlıqlı məqaləsində fəhləni millətindən
ayırma hədəfini güdən xəyanətkar kommunistlərin təşəbbüslə
rini, qoyunu sürüdən ayırmağa və boğmağa çalışan qurdun
hərəkətinə bənzədən M.Ə.Rəsulzadə əminliklə bildirirdi ki,
digər xalq zümrələri qədər fəhlə də rifahını və səadətini ancaq
milli camiada və bütün millətin müştərək və yekdil səyi
nəticəsində təmin edə bilər. Milli topluluq xaricində heç bir
rifah və salamat olamaz! “Milli kültür yoxdur, sinif kültürü
vardır” deyənlər, heç də kültürlə əlaqələri olmayıb, sırf
imperialist məqsədlər güdən rus uşaqlarıdır. Bu kimilər, fəhləni
öz dilindən, öz teatrından, öz musiqisindən məhrum edib, ona
160