Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə55/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   51   52   53   54   55   56   57   58   ...   66

çıxarılırdı  (161).  Səhiyyə  sahəsində  də  xidmətin  keyfiyyətinin 
yüksəldilməsində  qadınların maraqları  dövlət tərəfindən müda­
fiə olunurdu (11,  s.  990;  158;  166). AXC hökumətində milliləş­
mə  ilə  bağlı  həyata  keçirilən  tədbirlər  zamanı  məktəblərin 
adlarının  dəyişdirilməsi  prosesində  məzmun  və  keyfiyyət 
dəyişikliklərinə  cəhd  göstərilmiş,  milli  qadın  kadrlarından 
təhsil  prosesində  istifadə  edilməsi  həyata keçirilmişdir  (150,  s. 
251-252;  157).
Cümhuriyyət  dövründə  təhsilin  yeniləşməsi,  dünya  təhsil 
və  təlim-tərbiyə  sisteminə  inteqrasiyası  yolunda  da  uğurlu 
addımlar atılmış, tədrisdə oğlanlarla qızların birgə təlimi həyata 
keçirilməyə  başlanmışdı  (53,  s.  50).  Eləcə  də  uşaqların  erkən 
yaşlarından  təlim-tərbiyəsinə  dövlət  qayğısının  artırılması  və 
anaların  əmək fəaliyyəti  ilə  səmərəli  məşğul  olmasının  həyata 
keçirilməsi  məqsədi  ilə  I  Milli  Qadın  Gimnaziyası  nəzdində 
Frebel  sistemli  uşaq  bağçası  yaradılması  ilə  bağlı  qanun 
layihəsi  qəbul edilmişdi (159;  46,  s.  37).
İlk  gündən  təhsil  sahəsində  qadınların  kişilərlə  bərabərhü­
quqlu  fəaliyyətlərinə xüsusi  önəm  verən Xalq Maarif Nazirliyi 
(162)  qadın  tədris  müəssisələrində  pedaqoji  şuraların  vəzifə­
lərini dəqiqləşdirərək qızların əxlaq tərbiyəsinin istiqamətlərini
tədris  kursunun  formasını,  həcmini  və  məzmununu  müəyyən­
ləşdirməyə,  fənlər  üzrə  daha  münasib  dərslik  və  dərs  vəsaiti 
seçməyə,  qızların  əxlaqını  və  biliklərini  qiymətləndirməyin 
metodikasını  işləyib  hazırlamağa  çalışmışdır.  Belə  bir  təhsil 
siyasəti  sayəsində  məktəblərdə  idarəetmənin  strukturu  təkmil­
ləşdirilmiş,  kişi  orta təhsil müəssisələrinə müvafiq olaraq qadın 
orta təhsil müəssisələrində də sinif müəllimi köməkçisi vəzifəsi 
ləğv edilmişdi  (150,  s.  123).  1919-cu il  iyun  ayının 2-də  qadın 
orta  təhsil  məktəblərində  qanunlara  dəyişikliklər  və  əlavələr 
edilərək  (150,  s.  64,  251-252)  pedaqoji  şuranın  sədri  vəzifəsi 
direktor vəzifəsi ilə əvəz edilmiş və onlara bu vəzifədə kişi  orta 
təhsil  müəssisələrinin  direktorları  ilə  bərabər  hüquqlar  veril­
mişdi.  Eyni  zamanda  sinif  xanımı  vəzifəsi  sinif  müəllimi  ilə
164


əvəz edilmiş,  onlara da kişi  məktəblərində dərs deyən müəllim­
lərlə eyni hüquqlar verilmişdi (163;  46,  s.  38).
Xalq  Maarif  Nazirliyinin  yeni  kişi  və  qız  məktəbləri  və 
seminariyalarının  açılmasına  dair  Azərbaycan  Parlamentinə  təq­
dim  etdiyi  qanun  layihəsi  əsasında  1919-cu  ildə  4  kişi,  3  qadın 
kurslarının  açılması  qərara  alınmış  (150,  s.  401),  qadın  orta 
məktəblərində  sinif müəllimi  müavini  vəzifəsinin  təsis  olunması 
barədə  qanun  layihəsi  qəbul  edilmişdi  (11,  s.  480-481).  Dövlətin 
təhsilə və yaradıcılıq  sahələrinə belə  ciddiyyətlə diqqət yetirməsi 
sayəsində  ədəbi-mədəni  mühitin  formalaşmasında  da  qadınların 
fəallığı artmışdı. “Bu dövrdə elmi publisistik və bədii yaradıcılıqla 
məşğul  olan  Ş.Əfəndizadə,  Ş.Qaspralı,  Ş.Axundzadə,  E.Yusif- 
bəyli,  Ü.Sadıqzadə  kimi  qadın  ziyalıların  məqalələrində,  əsərlə­
rində  dövrün  ictimai-siyasi  milli-mənəvi  problemləri  öz  dolğun 
ifadəsini tapmışdır” (46, s. 38).
Cümhuriyyətin  mədəniyyət  siyasətinin  strateji  istiqamət­
lərindən  birini  də  dövlət  dili  məsələsi  təşkil  edirdi.  Təbii  ki, 
müstəqil  dövlətin  mühüm  atributlarından biri  olan  dil  məsələsi 
elə bir mövzudur ki,  mədəniyyət quruculuğunu ondan  ayırmaq 
qeyri-mümkündür.  Cümhuriyyətin  mövcud  olduğu  dövr  ərzin­
də dil məsələsi  həmişə diqqət mərkəzində  saxlanılmış və dövlət 
dili  statusu  bərqərar  edilmişdir.  Belə  ki,  Azərbaycan  Cümhu­
riyyəti  Parlamentinin  iclasları  türk  dilində  aparılmışdır.  Hətta 
bu dili “yaxşı bilməyən  azərbaycanlı  nümayəndələr öz dillərin­
də  danışmağa  məcbur  idilər.  Yalnız  Parlamentin  başqa  millət­
dən  olan  nümayəndələri  və  xarici  qonaqlar  rus  dilində  danı­
şırdılar.  Parlamentin protokolları  iki  dildə -  Azərbaycan və rus 
dillərində  rəsmiləşdirilirdi”  (10,  s.  26).  Təhsil  sisteminin  mil- 
liləşdirilməsini  sürətləndirmək  məqsədilə  Azərbaycan  dilində 
dərsliklərin  hazırlanması  və  nəşri  üzrə  xüsusi  komissiya  yara­
dılmış  və  həmin  komissiyanın  fəaliyyəti  sayəsində  təxminən 
bir il ərzində ibtidai və orta məktəblər Azərbaycan dilində xeyli 
sayda dərsliklərlə təmin olunmuşdu.
165


Nazirlər Kabinəsinin 27 iyun  1918-ci  il  tarixli  əmrini  əsasa 
alan  “Dövlət  dilinin türk dili”  olması  qəbul  edildi  və Azərbay­
canda ortaq ünsiyyət dili  olan türkcə rəsmi  status qazandı.  Türk 
dilinin dövlət dili  elan edilməsi  haqqında qərara əsasən,  ölkədə 
məhkəmə,  inzibati  idarəçilik  və  digər  vəzifələrin  başında 
duranlar  dövlət dilini  lazımi  səviyyədə  öyrənənədək,  Hökumət 
müəssisələrində  rus  dilinin  də  işlənməsinə  yol  verilirdi.  Lakin 
bu  real  şəraitdən  doğan  müvəqqəti  tədbir  olmuş  və  yalnız 
idarəçilikdə  milli  kadrların  yetişməsinə  qədər  olan  müddət 
üçün  nəzərdə  tutulmuşdu  (8,  s.  66).  Hökumət  1918-ci  il 
avqustun  28-də  ibtidai  və  orta  təhsil  müəssisələrində  təhsilin 
ana  dilində  aparılması  haqqında  qərar  qəbul  etdi  ki,  bu  qərara 
görə,  bütün  ibtidai  tədris  müəssisələrində  tədris  ana  dilində 
aparılır,  eyni  zamanda,  dövlət  dili  icbari  qaydada  tədris 
olunurdu (8,  s.  66-67).  Xalq Maarifi Nazirinin  7  oktyabr  1919- 
cu  il  tarixində  məktəb  müdirlərinə  göndərdiyi  təlimatda  isə 
hazırlıq  və  ibtidai  siniflərdə  oxumaq  istəyən  türk  şagirdlərin, 
yalnız türkcə təhsil ala biləcəkləri, xüsusilə bildirildi.
Təhsildə milliləşmə  fəaliyyəti  çərçivəsində tarix,  ədəbiyyat 
və  digər  sahələrdə  də  bənzər  tətbiqi  fəaliyyətlər  gerçəkləş­
dirildi.  Xalq  Maarifi  Nazirliyi  strukturunda  orta  dərəcəli  mək­
təblərin  dərs  proqramlarını  yenidən  işləyib  hazırlamaq  üçün 
xüsusi  bir komissiya təşkil  edildi.  Türk tarixi,  türk coğrafiyası, 
türk  dili  və  ədəbiyyatı  dərslərinin  proqramları  mütəxəssislər 
tərəfindən  təhsilin  məqsədinə  uyğun  hala  gətirildi.  Yeni  dərs 
proqramları  cəmiyyətə  milli  kimliyini  qazandırmaq  və  türkçü­
lüyü  qüvvətləndirmək  məqsədi  daşıyırdı.  Tarix  dərsi  proqra­
mında  əsas  diqqət  türk  boylarının  milli  və  ictimai  hərəkat­
larının  tədqiqinə  verilmişdi.  Bu  proqramların  “müəyyən  bir 
coğrafiyada  eyni  dövlət  çatısı  altında yaşayan  bir xalqın  tarixi 
deyil,  dil  və  kültür  birliyinə  sahib  olan,  Asiyanın  geniş  ərazi­
sinə  yayılmış  bütün  bir  türk  millətinin  tarixi  olduğu  xüsusi 
olaraq vurğulanırdı.  Eyni  şey  ədəbiyyat dərs proqramı  sahəsin­
166


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə